Fətrət Dövrü (1402-1413)

Ankara savaşında Osmanlıların məğlub olması, Teymurun Anadolunu yağmalamasına və xəzinələri ələ keçirməsinə səbəb olmuşdur. Beləliklə Teymur Osmanlı dövlətini zəiflətdiyi kimi, ərazilərim də oğulları arasında bölüşdürərək daha da zəiflətməyi düşündü. Bəyazidin oğulları arasında hakimiyyət uğrunda dava gedən vaxtda belə, balkanlar heç vaxt üsyan etmədilər. Balkanlar bu dövrdə üsyan etməməklə Osmanlı idarəsinin buradakı nüfuzunu və onlardan razı qaldıqlarını nümayiş etdirdilər.
Şahzadələr Arasındakı Mübarizələr
Ankara məğlubiyyətidən sonra Süleyman Çələbi ilə vəzir Çandarlı Əli paşa Bursadakı xəzinənin bir qismini ələ keçirərək Ədiməyə gəldi. İsa Çələbi Bursada, Məhməd Çələbi isə Amasyada hökmdar oldu. Süleyman Bizansla müqavilə imzaladı. Bəzi torpaqları və iki qardaşını da onlara girov verdi. Musa Çələbi, Bursaya gələndə burada olan İsa Çələbi qaçdı. Ordu toplayan İsa, sonra Musanı məğlub etdi. Amasyada təhlükəsizliyi bərpa edən Məhməd Çələbi, ordu toplayaraq Bursaya hücum etdi. İsa Çə-ləbini məğlub edərək Bursam ələ keçirdi. Qardaşı Süleyman və Anadolu bəylərindən kömək alsa da yenidən məğlub edilərək öldürüldü.
Süleyman İsanın ölümündən sonra Anadoludan Bursaya köçdü. Burda eyş-işrətlə məşğul olmağa başladı. Süleymanın gəlməsi ilə Məhməd Çələbi Amasyaya çəkildi. Burada Məhməd Çələbi, Musa ilə razılaşaraq ona kömək etdi. Onu Rumeliyə göndərdi. Musanın Rumeliyə gəldiyini görən Süleyman Çələbi Ədiməyə geri qayıtdı. Əflaqa qədər gedib ordu toplayan Musa, Süleymanla baş verən döyüşdə məğlub olaraq qaçdı. Süleyman Musanın geri gələcəyini düşünmədən eyş-işrətə dalarkən, Musa Çələbi topladığı ordu ilə Süleymanın üzərmə hərəkət etdi. Onu 1410-cu ildə tutaraq öldürtdü. Süleymanın Rumeli hökmdarlığı 8 il davam etmişdir.
Artıq iki qardaşı qalmışdı. Musa Çələbi Rumelidə, Məhməd Çələbi də Anadoluda hökmdar oldular. Məhməd Çələbi, Osmanlı birliyini qurmaq üçün Musa ilə mübarizəyə başladı. Bu məqsədlə Bizansla müqavilə imzaladı. Ordusunu hazırlayaraq Rumeliyə hərəkət etdi. Lakin Musaya məğlub oldu. 0,1411-ci ildə Bizansa sığındı, oradan da Anadolya keçdi. Növbəti il, yenidən ordu toplayaraq Rumelidə döyüşən Məhməd Çələbi yenə məğlub oldu. Məhməd Çələbi 1415-ci ildə qardaşı ilə üçüncü dəfə etdiyi müharibədə onu məğlub edərək öldürtdü. Musanın Rumeli hökmdarlığı üç il davam etmişdir. Beləliklə Məhməd Çələbi Osmanlı dövlətini bir bayraq altında toplamağı bacardı.
 
Çələbi Məhmədin Hakmiyyəti (1413-1421)
Çələbi Məhməd hakimiyyətə gələndə dövlətin bir çox ərazisi itirilmişdi. Bəyazidin qurduğu Anadolu birliyi tamamilə dağılmışdı. Yenidən birləşə bilməməsi planlaşdırılan dövlət yarım əsr sonra özünə gəlməyə başlamışdı.
Məhməd Çələbinin hökmdar olması səbəbilə Serb, Əflaq, Yanya, Ve-nedik və digər dövlətlərin elçiləri gəlib onu təbrik etdilər və müqavilələri yenilədilər. Çələbi Məhmədin sülhsevərliyinə baxmayaraq Karamanoğlu II Məhməd, şahzadələr arasındakı mübarizədən istifadə edərək Bursa-nı tutaraq yağmaladı. Bundan əlavə Çələbi Məhmədin dayısı Bəyazidin qəbrini də yandırdı. Musa Çələbinin gəldiyini eşidərək geri çəkildi.
Aydınoğlu bəyliyini yenidən quran Cüneyddən, İzmir alınmış, özü də Niğboluya sancaq bəyi təyin edilmişdi. Konyaya hərəkət edən Çələbi Məhməd, 1414-cü ildə Karamanoğlu ilə sülh müqaviləsi imzaladı. Bu vaxtlar Osmanlının dəniz donanması da formalaşmağa başlayırdı.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh