I Əhmədin Hakimiyyəti (1603-1617)

III Məhmədin ölümü ilə onun yerinə gələn I Əhmədin 14 yaşı vardı. Onun dövrü daxili çəkişmələr içərisində keçmişdir. 1614-cü ildə Malat-yaya səfər etməsinə baxmayaraq, oranı ələ keçirə bilmədi. Avstriya döyüşü I Əhmədin dövründə də davam etmişdir. Lələ Məhməd paşa Ester-qonu geri almış və bundan sonra 1606-cı ildə bağlanan müqavilə ilə 13 il davam edən döyüş sona çatdı. Bununla da 57 illik sülh dövrü başlamış oldu.
İstanbul müqaviləsi nəticəsində dayanmış Səfəvi-Osmanlı müharibələri 1603-cü ildə yenidən başladı. 9 il davam edən bu müharibələrdən sonra sülh müqaviləsi imzalansa da, üç il keçmədən müharibə yenidən başladı. 1618-ci ildəki Ərdəbil müqaviləsi ilə müharibə dayandı. Qafqazın bir hissəsi Səfəvilərə verildi. Bu dövrdəki Səfəvi-Osmanlı müharibəsi hər iki dövlətin zəifləməsinə səbəb oldu.
 
Cəlalilər Üsyanı
Anadoludakı iqtisadi vəziyyətin pisləşməsi, xeyli vaxtdır davam edən Səfəvi-Osmanlı və Avstriya müharibələri məkəzi hakimiyyəti zəiflətmişdi. Bu isə öz növbəsində daxili üsyanların ortaya çıxmasına səbəb olmuşdu. İlk üsyançılar Qarayazıçı adı ilə tanınan Əbdülhəlim, qardaşı Dəli Həsən və Tavil Əhməd idi. Tavil Əhmədin oğlu saxta fərmanla Bağdad valiliyini ələ keçirdi. Quyuçu Murad paşa, bütün bu üsyanları yatırmaq üçün üç il çalışdı. 30 min nəfəri öldürdükdən sonra üsyanları yatıra bildi. Qaynaqlarda onun öldürdüyü insan saymın 65 min nəfər olduğunu göstərilir. Öldürtüyü insanları quyulara doldurtduğu üçün ona Quyuçu ləqəbi verilmişdi.
I Əhməd 1617-ci ildə 28 yaşında ikən vəfat etmişdir. 14 rəqəminin bu hökmdarın taleyində xüsusi yeri var idi. 14 yaşında padşah olan I Əhməd, 14 il hakimiyyətdə olmuş və 28 yaşmda da vəfat etmişdir. Çox dindar olmasına baxmayaraq, dövlətə xidmət edənlərə qarşı amansız idi. Heç bir səfərdə iştirak etməmişdir. Sultan Əhməd camesini tikdirərək admı əbədiləşdirmişdir.
 
I Mustafanın Hakimiyyəti (1617-1618)
I Əhmədin vəfatından sonra Kösəm Sultanın təşviqi ilə, I Əhmədin uşaqlarının balacalığı səbəb göstərilərək, taxta ağıldankəm olan I Mustafa gətirildi. Xəstə olduğu üçün 3 aylıq hakimiyyətindən sonra taxtdan endirdərək onun yerinə I Əhmədin oğlu Osman keçdi.
 
II Osmanın Hakimiyyəti (1618-1622)
Osman taxta keçərkən 14 yaşı var idi. Gənc olmasına baxmayaraq islahatlara başladı. Müəllimi Ömər əfəndi ilə, anasının təsiri altında qalırdı. Dövlət işlərini yaxşı qavrayırdı. Lakin özünə yol gəstərəsi dəyərli rəhbərləri yox idi. II Osman Lehistan səfərinə çıxarkən arxasında şahzadə buraxmamaq üçün 1621-ci ildə 16 yaşlı qardaşı Məhmədi öldürtdü.
Qazaxların dənizdən hücuma keçməsi səbəbilə, padşah 1621-ci ildə Lehistan səfərinə çıxdı. Səfər 8 ay 5 gün davam etdi. Lehistan və Xo-tin qalası yaxınlığında baş verən savaşda heç bir nəticə əldə olunmadı və müqavilə imzalandı. Bundan sonra Osmanlılar geri çəkildi. Həccə getmək bəhanəsilə İstanbuldan ayrılmaq istəyən Sultan, dağılmış Yeni-çəri ordusunu yeni ordu ilə əvəz etmək istəyirdi. Bundan xəbərdar olan yeniçərilər üsyan etdi. 1622-ci ildə Osmanı taxtdan endirdilər.
Mustafa ikinci dəfə taxta çıxarıldı. Yeddiqülləyə həbs edilən Osman, I Mustafanın vəziri Davud paşanın əmri ilə öldürüldü. Buna görə, Osmanın intiqamım almaq üçün İstanbul və Anadoluda üsyanlar başladı. Nəticədə Osmanın qatilləri öldürüldü. 1622-ci ildə I Mustafa ikinci dəfə taxtdan endirildi. Onun yerinə IV Murad keçdi.
 
IV Muradın Hakimiyyəti (1623-1640)
I Əhmədin ən böyük oğlu olan IV Murad, 11 yaşındaykən Osmanlı taxtına keçdi. Uşaq yaşlarında taxta keçən IV Murad, dövlət işlərini hələ yaxşı dərk etmidi. Dövləti Kösəm sultan idarə edirdi.
Rəcəb paşanın vəzirliyi dövründə Xusrəv paşanın ölümündən ötrü yenidən üsyan edən yeniçərilər bir çox şəxsin öldürülməsi və Padşahın taxtdan endirilməsini istədilər. Lakin buna nail olmadılar. IV Muradm isə artıq 20 yaşı var idi. Yaxşı müəllimlərdən dərs alaraq yetişmişdi. Üsyana təhrik edənləri bir-bir ortadan qaldırdı. Dövlət məsələlərində bəzi dəyişikliklər etdi.
 
İrəvan və Bağdad Səfərləri
IV Murad 1635-ci ildə Qanunidən bu tərəfə unudulmuş padşahların səfərə getmək adətini yenidən dirildərək ordusu ilə səfərə çıxdı. Bu səfərin ən əhəmiyyətli tərəfi güclü hafizəsi olan Sultanın, Anadoludan keçərkən bütün üsyançıları məhv etmiş olmasıdır. O, dövlətə qarşı üsyan edənləri heç vaxt bağışlamamışdır.
Bundan sonra İrəvana gələn ordu qalanı mühasirəyə aldı. Tezliklə qala ələ keçirildi. Bundan sonra Sultan geri qayıtdı. Ancaq əlavə ordu göndərilmədiyi üçün 1636-cı ildə İrəvan geri alındı.
1638-ci ildə IV Murad Bağdada hərəkət etdi. Baş vəzir Təyyar paşa şəhəri mühasirə etdi. 37 gün keçməsinə baxmayaraq Bağdad tutulmadı. Padşah Təyyar paşanı təhdid etdi. Ertəsi gün Təyyar paşa hücuma keçdi. Lakin şəhid oldu. Mühasirənin qırxıncı günü Bağdad ələ keçirildi. Səfəvilərlə 1639-cu ildə Qəsri-Şirin sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən Qars, Axıska, Van və Şəhrizor Osmanlılara qaldı. Bununla da 1623-cü ildən 1639-cu ilə qədər 16 il davam edən Səfəvi-Osmanlı müharibəsi sona çatdı.
İrəvan və Bağdad fatehi olaraq tanınan IV Murad, 1640-cı ildə 29 yaşında olarkən xəstəlikdən vəfat etmişdir. I Əhməd türbəsində dəfn edilmişdir. Onun dörd övladı olmuş lakin heç biri yaşamamışdır. 16 il, 4 ay, 29 gün sultanlıq etmişdir.
 
Q. I İbrahimin Hakimiyyəti (1640-1648)
IV Muradm vaxtsız vəfatı, Yeniçərilərə və Kösəm sultana sərf edirdi. I İbrahim padşah nəsimin sağ qalan yeganə nümayindəsi idi. Bundan sonrakı Osmalı sultanları onun nəslindən gəlmişdir. Baş vəzir Qara Mustafa paşa dövləti müstəqil idarə edirdi. O, rüşvət alınmaması üçün çalışırdı. Buna görə də 1644-cü ildə öldürüldü. 5 il vəzir olmuşdur. Ondan sonra vəzir olan Sultanzadə Məhməd paşa sarayda böyümüş, içki və əyləncəyə düşkün bir şəxs idi. Padşahın hər istədiyini edir, ona hədiyyələr verərək, onu mədh edirdi. Vəzirlikdə olduğu 3 il ərzində dövləti 3 əsr geri salmışdır.
Sultan İbrahim əsəbi və səbirsiz bir insan idi. Heç bir səbəb olmadan dövlət adamlarım öldürtmüşdü. Onun dövründə israf son həddinə çatmış və xəzinə boşalmışdı. Bütün bu hadisələr 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilməsinə və yerinə oğlu 7 yaşlı IV Məhmədin gətirilməsinə səbəb oldu. Sarayda bir otağa həbs olunan İbrahim boğdurularaq öldürüldü.
 
IV Məhmədin Hakimiyyəti (1648-1687)
I İbrahimdən etibarən başlayan dövlətin zəifləməsi prosesi, IV Muradın dövründə daha da artdı. Bütün bu hadisələr İstanbul xalqının üsyanı ilə nəticələndi. IV Məhmədin anasının dövlət işlərinə müdaxilə etməsindən narahat olan Kösəm sultan, onu taxtdan endirməyə qərar verdi. Ocaq ağalan ilə razılaşdı. Bundan xəbərdar olan Xədicə sultan saray ağalan ilə məsləhətləşərək, 1651-ci ildə Kösəm sultanı öldürtdü. Xədicə 24 yaşmda ikən səltənətə naibə oldu. Kösəm sultanın öldürülərkən 65-70 yaşı var idi.
Bir çox xeyir işlər görmüşdür. Üsküdar çinili camesini, məktəb və hamamlar, bir çox bulaq və məscid tikdirmişdir. Bununla da şöhrət qazanmışdır. Kösəm yoldaşı I Əhmədin dövründən etibarən dövlət işlərinə müdaxilə etməyə başlamış, II Osmanın öldürülməsinə səbəb olmuşdur. Kösəm sultanın ölümündən sonra Ocaq ağalan üsyan etdilər. Lakin tezliklə üsyanlan yatınldı və öldürüldülər. İstanbulda bu hadisələr baş verərkən Qrit savaşı özbaşına buraxılmışdı. Hüseyn paşa Avropadan kömək alan Qritdə döyüşü davam etdirməyə çalışmışdır. Venedik 1654-cü ildə Çanaqqala yaxınlığında məğlub edilmişdir. Bundan iki il sonra da Egey dənizində fırtınaya düçar olan Osmanlı donanması məhv olmuşdur.
 
Xədicə Turhan Sultanın Naibəliyi
Xədicə sultan dövlətin dağılan nizamım düzəltmək, anarxiyaya son qoymaq üçün baş vəzirləri bir-bir dəyişdirirdi. Ancaq axtardığını tapa bilmədi. Sıra ilə dəyişdirilən vəzirlərdən sonra vəzirliyə Köprülü Məhməd paşa gətirildi. O, 80 yaşlı bir qoca idi. Ona geniş səlahiyyətlər verildi. Ölkənin hər tərəfini IV Muradın dövründə olduğu kimi üsyanlar bürümüşdü.
Bu əsnada Qrit savaşı hələ də davam edirdi. Qazi Hüseyn paşa Qri-tin bir çox yerini fəth etmiş, iki kilsəni məscidə çevirmiş, əhaliyə dini azadlıq verərək, orada böyük nüfiız qazanmışdı. Xalq tərəfindən çox sevilirdi. Köprülü Məhməd paşa, qazi Hüseyn paşanı özünə rəqib gördüyü üçün 1658-ci ildə öldürtdü. Hüseyn paşa öldürülərkən 60 yaşında idi. Xalq onun ölümünə kədərlənsə də səs çıxara bilmədilər.
Edel və Lehistan məsələlərini də həll edən Köprülü Məhməd paşa, Anadoluda asayişi bərpa etmək üçün hərəkətə keçdi. Onun islahatlarından narazı olan bəylərbəyi və sancaqbəyləri ona üsyan etdilər. Lakin Köprülü bunları öldürtdü. Bununla da təhlükəsizliyi təmin edə bildi.
Dövlətin zəiflədiyi bu dövrdə 1660-cı ildə İstanbulda böyük bir yanğın baş verdi. Nəticədə şəhərin 1/3-i yandı. 80 min ev, 300 saray, 360 came və məscid, 100 ticarətxana, 40 hamam, yüzlərlə məktəb, mədərəsə, imarətxana yanmış və 4 min nəfər vəfat etmişdir.
Köprülü Məhməd paşa 1661-ci ildə 5 il, 1 ay vəzirlik edəndən sonra vəfat etdi. Özünə və oğluna rəqib ola biləcək bütün dövlət adamlarını yox etmişdir. Quyuçu Murad paşadan sonra Anadoluda ən çox insan öldürən şəxs olmuşdur. 36 min insan öldürtdüyü qeyd olunur.
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.Os
 

0 şərh