Рейтинг
+28.66

İslami Hekayətlər

44 üzv, 109 topik

Dua et ki, Rəbbin sənə dəyər versin

Allahim! Əziz Peyğəmbərimizə bizim üçün dua və yalvarışları olmasa onlara nə deyə dəyər verim… dediyini bilirik. (əl-Furqan, 77)
Şanı uca Rəbbimiz! Hər gecə, gecənin son üçdə biri qaldıqda dünya göyünə nazil olaraq “Bağışlanma diləyən yoxmu, tövbə edən yoxmu, dua edən yoxmu?” “Kim Mənə dua edir, duasını qəbul edim! Kim Məndən istəyir, istədiyini verim! Kim Məndən bağışlanma diləyir, onu bağışlayım!” buyurduğunu da həbibin bizlərə xəbər verdi. (Buxari, Dəavat, 14)
Yenə “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!” (əl-Mumin, 60) deyərək tənbeh edişindən də xəbərdarıq, ya Rəbbi!
Davamı →

Müqəddəs amal uğrunda həmrəy olmaq

Yaşadığımız torpaqlar öz strateji əhəmiyyətinə, yeraltı və yerüstü zənginliklərinə görə hər zaman yadelli işğallarına məruz qalmış, məkrli düşmən siyasətinə hədəf olmuşdur. Çox da uzağa getmədən, hələ 19-cu əsrin ilk qərinəsində (1828-ci ildə) Rusiya və İran arasında imzalanmış Türkmənçay müqaviləsi ilə otaylı-butaylı Azərbaycanımızın ikiyə bölünməsini ürək ağrısıyla dilə gətirmək kifayətdir. Beləliklə də bir anda Arazın o tayında bacı, bu tayında qardaş, o tayda ata, bu tayda oğul, o tayda ana, bu tayda gəlin… qaldı. Uzun illər vətən və millət həsrəti ilə yanıb-qovruldu qəlblər. Öz vətənində öz vətəni üçün darıxan, həsrət qalan həmvətənlərimizin bu ayrılıq nisgili misralara bu cür həkk olundu:
Davamı →

İnfaqdan isara

636-cı ildə baş tutan qanlı Yərmuk döyüşü müsəlmanların zəfəri ilə nəticələnmiş, beləcə, Bizansın Suriya torpaqlarındakı hegemonluğuna son qoyulmuşdu. Aralarında minə yaxın səhabənin və yüz Bədir qazisinin də iştirak etdiyi qəlbi imanla dolu İslam ordusunun əsgərləri bu qanlı müharibədə sadəcə igidlik və qəhrəmanlıq göstərmir, eyni zamanda misilsiz alicənablıq, fədakarlıq və qardaşlıq nümunəsi sərgiləyirdilər. Dildən-dilə gəzərək dastanlaşan bu fədakarlıq nümunələrindən birini Hüzeyfətul-Ədəvi (r.a)-dan dinləyək:
Davamı →

Sevgiliyə can daşımaq

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sən düz yola yönəldirsən. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa hamısı Onundur”. (əş-Şura, 52-53).
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükür və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
İnsan olmaq böyük və məsuliyyətli bir işdir. Haqq üzrə olmaq və Haqdan endirilən əmrlərin ahənginə həyatının hər bir sahəsini könül xoşluğu ilə ram edərək bu ülvi bərəkəti başqalarına da daddırmaq və qazanılan canları haqqa yönələn qulluq karvanının bir üzvü etmək təsəvvürlərə sığmayacaq xilaskarlıq çalışmasıdır. Ətrafımızda baş verənlərə diqqətlə nəzər yetirsək görərik ki, bütün insani, texniki imkan və cəhdlərə baxmayaraq quruda baş verən qəzalarda, çay və dənizlərdə devrilən gəmilərdə həlak olanların sayı onlarla, yüzlərlə ölçülür.
Davamı →

Həyat ölçüsü

Qəza və qədərə inanmaq iman əsaslarından altıncısıdır. Aləmdəki canlı-cansız hər varlığın, Günəşin, Ayın və ulduzların yoxdan yaradıldığını bilirik. Bütün bunların müəyyən bir nizam və ölçülər içərisində hərəkət etdiyini və dəyişdiyini, zamanı gəlincə də yox olduğunu görürük.
Bu incə nizam, aramsız meydana gəlmə və yaradılış bir təsadüfün əsəri ola bilməz. Bütün bunları edən sonsuz bir güc var ki, o da Allahdır. Onun elminin xaricində heç bir şey ola bilməz. Əzəldən əbədə qədər nə olacaqsa O, hamısını bilir.
Aləmdə baş verən, cərəyan edən hər şey Allahın qəza və qədəri ilədir. Hər şey Allahın elm, iradə və qüdrətinin əsəridir, ilahi qanuna tabedir. Hər şeydə səbəblər, bir sıra ölçülər mövcuddur. Bütün bunlar Allahın qəza və qədərinə uyğun olaraq meydana gəlir. Allah müəyyən bir səbəb və hikmətə uyğun olaraq yaradır.
Davamı →

Çanaqqalanı ölümsüzləşdirən ruh

Çanaqqala Müharibəsinin davam etdiyi günlər idi. Rumeli Məcidiyyə Batareyası düşmən gəmilərindən atılan bombalarla sükuta qərq olmuşdu. İstehkam Mövqe komandanı Cavad Paşa xəbəri alan kimi mühərrikli qayığı ilə topçu birliyinin olduğu yerə gəldi.
Vəziyyət acınacaqlı idi. Bir topdan başqa bütün toplar istifadəsiz hala düşmüş, əsgərlərin əksəriyyəti şəhid olmuşdu. Onların bəzisi diri-diri torpağın altında qalmışdı. Yaşayanlar da yaralı idi. Paşa bir az qabaqda yerə uzanıb çətinliklə nəfəs alan əsgərə yaxınlaşdı, şəfqətlə:
— Oğlum, yaralanmısan?,- deyə soruşdu.
İgid mehmedçik vüqarla:
— Xeyr, komandir!,- dedi.
Davamı →

Büreydə Hədisinin Düşündürdükləri

Hədəfə nail olmaq üçün üslub çox önəmlidir. Plansız ve kor-koranə görülən işlərdə istənilən nəticəyə nail olanlar nadirdir. Məhz buna görə də Quran 23 il ərzində tamamlanmış və müəyyən mərhələlərdən
sonra İslam dini formalaşmışdır. Bu müddət ərzində kainatın fəxri həzrət Peyğəmbər (s.ə.s) dini səmərəli şəkildə və daha çox insana çatdırmaq üçün bir çox metoddan istifadə etmişdir. Ümumi olaraq bu metodlara nəzər saldıqda tolerantlığın əsas alındığına şahid oluruq. Şübhəsiz ki, əsas olan sözün və ya düşüncənin  əslidir. Əlbəttə, bununla yanaşı metodun da əhəmiyyət kəsb etdiyi hallar, yəni zaman, məkan və etidallıq arxa plana atılmamalıdır. Deməli, arzu edilən nəticəni əldə etmək üçün elmi, ədəbi, bir sözlə yerinə görə gərəkli olan metoddan  lazimınca istifadə edilməlidir.
Davamı →

Allah Haqqı Hər Şeydən Üstündür | Fuad Quliyev

Qur`an-i Kərimdə ən çox «doğru xəbər», «doğru yol», «dəlil», "ədalət"  və buna bənzər bir çox mənalarda işlənən haqq kəlməsi eyni zamanda «varlığı qət`i olan, hikmətə uyğun yaradan» mənalarına görə Allahın bir ismi və vəsfi olaraq da işlənir.
Məsələn, "…sonra onlar Allaha, özlərinin haqq mövlasına qaytarılacaqlar. Məgər hökm Onun deyilmi və O daha tez haqq-hesab çəkmir mi?"   ayəsi bunu ifadə edir.
Davamı →

Bir Yaxşılığın Mükafatı | Niyazi Yusifov

Rəvayətə görə çox qədim zamanlarda varlı bir oğlan yaşayırdı. Günlərin bir günü bu oğlan bir gənc qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifi edir.
Lakin qızın bir qüsuru var idi: onun bir əli şikəst idi. Buna görə qızcığaz oğlandan utanırdı və gecə gündüz Allaha ona şəfa verməsi üçün dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılıq verir və onlar evlənirlər. Bir gün cavan cütlük nahar edirdi.
Davamı →

Dua edərkən qəlbinizdə Allahdan başqası olmasın

Bir şəhərdə çox kasıb, borc içində olan bir kişi yaşayırdı. Axşam vaxtı namaz qılmaq üçün məscidə gəlir və namazının sonunda əllərini qaldırıb, Allaha dua etməyə başlayır. Allahdan ruzi-bərəkət, onu borcdan qurtarmasını istəyir. Bu duadan sonra Peyğəmbərimiz (s.a.s.) şəhərin varlı bir mömininin yuxusuna girir və deyir:

«Ey ərəb, filan yerdə yaşayan bir kişi var və onun filan qədər borcu var».

Bu mömin kişi sevincək yuxudan oyanır, Peyğəmbəri (s.a.s.) yuxuda gördüyünə çox şad olur. O biri gecə yenə yuxusunda Peyğəmbərimizi (s.a.s.) görür. Amma bu dəfə incik bir halda gəlir və kişiyə deyir: «Mən axı sənə demişdim ki, filan kişinin bu qədər borcu var, ona kömək etmək lazımdır». Kişi pərişan halda yuxudan oyanır. Səhəri həmin məscidə gedir. Görür ki, elə Allah Rəsulunun (s.a.s.) təsvir etdiyi kimi bir kişi əlini açıb Allaha dua edir. Mömin kişi bu dua edən kişinin yanına yaxınlaşır və deyir:


Davamı →