Рейтинг
+28.66

İslami Hekayətlər

44 üzv, 109 topik

Əməllərimə görə qorxuram...

Saatın əqrəbləri surətlə irəliləyirdi. Şam azanına bir necə saat qalırdı. Qapının səhərdən acıq olması səbəbindən ev bərk soyumuşdu. Qəribə səssizlik var idi. Bu səssizlik mənə qəbri xatırlatdı. Və məni bərk düşündürdü. Düşündüm ki, vaxt gələcək, bu evdə tək olduğum kimi, qəbirdə də tək olacağam. Necə mənim yaxınlarım məndən uzaqda olduqları, yanımda olmadıqları kimi, bir gün gələcək, qəbirdə də belə olacağam. O zaman da, indiki kimi yalnız Rəbbim mənimlə olacaq. Məni heç zaman tək qoymayan Rəbbim. Məni hər kəsdən daha çox sevən Rəbbim.


Ardı →

Hz.Yusif

Bir gün Yusifin camalı önündə nəfsini cilovlaya bilməyən Züleyxa belə deyir:
-Yusif,sənin gözəl saçların var!
Yusif (ə):
-Cəsədimdən ilk ayrılacaq saçlarım olacaq.
-Sənin gözlərin də çox gözəldir!
Yusif (ə):
-Cəsədimdən ilk tökülən şey gözlərim olacaq.
-Sənin nə qədər gözəl üzün var!
-O,torpaq üçündür,torpaq onu çürüdəcəkdir — deyə Yusif cavab verir.

Mənbə:Hacı Sabir Həsənlinin Peyğəmbərlər tarixi kitabından.

Davamı →

2 ilə 3 nə edir?

Müəllim şagirddən soruşur: — De görək, 2 ilə 3 nə edir?
Şagird: — Nəyə görə müəllim? Bu vəziyyətə görə dəyişir.
Müəllim əsəbləşir: — Necə yəni?
Şagird: — 3-dən 2 çıxsaq 1 qalır. Bu da Allah 1-dir deməkdir.
2 ilə 3-ü toplasaq 5 edər, bu da İslamın 5 şərtidir.
Yox əgər 2 ilə 3-ü vursaq, 6 edər, bu da imanın 6 şərtidir.
Əgər 2 və 3-ü sadəcə ardarda qoysaq, 32 edər, bu da dinimizin 32 vacibiyyətidir.
Yox, 2 və 3-ü ayrı-ayrılıqda soruşursuzsa, 3 qüsulun, 2 təyəmmünün vacibiyyətidir. Siz hansını soruşmuşduz?

Davamı →

Dini 20 qəpiyə satmayanlar...

Londondakı məscidin yeni axundu şəhərə getmək üçün həmişə eyni avtobusa minir və çox vaxt eyni şoferə rast gəlirmiş.
Bir gün, bilet götürərkən şofer səhvən 20 qəpik çox verir. Axund isə 20 qəpik artıq qaytarıldlğını dərhal hiss edir. Öz-özünə düşünür ki, «20 qəpiyi geri versəmmi şoferə?» Amma içindən bir səs deyir ki "Çox kiçik bir puldur və şofer onsuzda hiss etməyib.Avtobus şirkətinə 20 qəpik nə fərq edər? Bu pulu Allahdan gələn bir hədiyyə kimi düşün."

Enəcəyi dayanacağa gəlincə, axund qalxır və fikirini dəyişir, enmədən əvvəl şoferin yanına gedir, 20 qəpiyi geri qaytarır və deyir ki: «Mənə çox pul verdiniz, 20 qəpik artıq qaytarmısınız.»

Şofer gülümsəyir və deyir ki: «Siz məscidin yeni axundusunuz deyilmi? Əslində uzun zamandır sizi məscidinizi ziyarət etmək istəyirdim, İslamı öyrənmək, namaz qılmağı öyrənmək istəyirdim sizdən. Buna görə də bilərək sizə çox pul verdim ki, görüm necə reaksiya verəcəksiniz, halal, yoxsa haram insan olduğunuzu bilmək, görmək istədim.»

Axund enərkən sanki qıçlarını hiss etmirdi, yerə yıxılacaqmışcasına bir dirəyə yapışdı və özünə gəlməyə çalışırdı. Axundun gözlərindən yaşlar tökülürdü. O səmaya baxaraq deyirdi: «ALLAHIM az qala İslamı 20 qəpiyə satırdım!»

Davamı →

Allah kasıbların ruzisini varlıların əli ilə yetirir

İki yüz il bundan əvvəl yaşamış mərhum müctəhid Şeyx Cəfər Kaşifül-qita o qədər böyük şöhrətə malik idi ki, onu “şeyxi-kəbir” (böyük şeyx) deyə çağırırdılar. Kaşifül-qita kasıbların yardımçısı kimi tanınırdı.

Onun əqidəsi bu idi ki, Allah-təala kasıbların ruzisini varlıların öhdəsinə buraxıb və imkanlı adamların sərvətindən alıb kasıblara vermək Allahın iradəsini yerinə yetirmək deməkdir. Buna görə də Şeyx imkanlı adamların pulunun bir hissəsini müxtəlif yollarla onlardan alıb kasıblara paylayırdı. Bəzən bunun üçün qeyri-adi üsullardan da istifadə edirdi. Məsələn, Nəcəfdə və ətraf məntəqələrdə yaşayan şiə tacirlər onu öz evlərinə qonaq çağırmaq üçün yarışırdılar. Hər kəs istəyirdi ki, Şeyxi evinə qonaq aparıb ona xidmət göstərsin.


Ardı →

Zina və fəsadı

Bir şəhərdə qırx ilə yaxın idi bir kişi azan deyərdi. Bir gün azan demək üçün minarəyə çıxıb azan deyir.
Qurtarandan sonra ordan qonşunun həyətinə baxmağa başlayır ki, bir qızı başı açıq həyətdə əl-üzünü yuduğu halda müşahidə edir. Bir baxışla qızın məhəbbəti ürəyində yer edir. Axır bu eşqin qarşısında aciz qalıb onların evinə gəlib qapıların döyməyə başlayır. Qızın atası qapını açıb azançını qapıda görəndə təəccüb edərək soruşur:
— Nə işin var?
Azançı cavab verir:
— Qızına elçiliyə gəlmişəm.
Ev sahibi heyrətə gələrək deyir:
Ardı →

Yaraşmaz...

Vaxtilə ədalətli 1 hökmdar var imiş. Bir gün bu hökmdarın qulluqçuları 1 neçə oğrunu yaxalayırlar. Gecə ikən hökmdarın hüzuruna gətirirlər. Necə olursa, yolda oğrulardan 1-i qaçaraq qaranlıqda gözdən itir. Oğrunu axtarmağa başlayan qulluqçuların gözünə evinə gedən başqa 1 adam sataşır. Onu qaçan oğru zənn edib tuturlar. Sonra da oğrularla bərabər hökmdarın hüzuruna gətirirlər. Hökmdar hamısının zindana atılmasını əmr edir. Heç 1 günahı olmadığı halda zindana atılan adam, zindanda dəstəmaz alaraq vaxtın çıxmasına az qalmış namazını qılır. Namazını bitirdikdən sonra belə dua edir: «Ey Rəbbim! 1 təqsirimin olmadığını ancaq Sən bilirsən. Məni buradan ancaq Sən qurtara bilərsən».
Bu vaxt yuxuda olan hökmdar qəribə yuxu görür. Yuxusunda 4 nəfər qüvvətli şəxsin onun taxtını tərsinə çevirmək istədiyini görən hökmdar oyanır. Tez qalxıb dəstəmaz alır və 2 rükət namaz qılır. Yenidən yatağına uzanaraq yuxuya gedir. Eyni yuxunu görür, yuxudan oyanır. 1 məzlumun ahına tuş gəldiyini anlayır. Səhər açılan kimi zindanbaşını çağıraraq deyir:
— Səncə dünən zindana saldıqlarımız içərisində haqsızlığa məruz qalan varmı?
Zindanbaşı cavab verir...
— Bunu deyə bilmərəm, amma onların içərisindən 1-i namaz qılır, çox dua eləyir, göz yaşı tökür.
Hökmdar tez o adamı yanıma getirin deyə əmr edir. Hökmdar onun başına gələn hadisəni dinləyir, vəziyyətin nə yerdə olduğunu anlayır və deyir:
Sənden üzr istəyirəm. Sənə qarşı haqsızlıq etmişəm. Haqqını halal et. Bu hədiyyəmi də qəbul elə. Birdə hər hansı bir istəyin olsa, heç çəkinmədən yanıma gələrsən. Adamın cavabı isə belə olur :

Mən sənə haqqımı halal elədim, verdiyin hədiyyəni də qəbul edirəm. Ama istədiyim şeyi səndən almağa gələ bilmərəm. Çünki mənim kimi bir kasıbdan ötrü sənin kimi hökmdarın taxtını bir neçə dəfə çevirən Allahı qoyub istəkləri başqasına söyləmək qulluğa yaraşmaz. Namazlardan sonra etdiyim dualarla neçə-neçə sıxıntılardan qurtuldum, muradıma çatdım. Rəbbimin sonsuz rəhmət xəzinəsinin qapısı, xeyirxahlıq süfrəsi hamıya açıq ola-ola, nə üçün bir istəyim üçün başqasının üstünə gedim?...


 


islamadogru.biz saytına istinadən


Davamı →

İmanlı ürək

Təzə-təzə imana gələn, ibadət edən gənc bir gün ürəyinin təlaş içərisində olduğunu görərək deyir:
— Niyə bu qədər təlaşlısan? Bunun səbəbi nədir?
— Mən təzə imana gəlmişəm, hidayət olunduqdan sonra azğınlığa düşməkdən qorxuram!-dedi ürək.
— Ya Bari! Ruhum Sənin əlindədir, bədənim Sənə əmanətdir, yoxluqda tərk etmə məni, qaranlıqda buraxma məni, çirkinliyə daldırma məni, gözəl et hər halımı. — deyə gənc dua etməyə başladı.


Ardı →

Sufilərin hikmət dəryasından damlalar

Bizə sahib çıxarlar
Məşhur təsəvvüf xadimi, Misir övliyalarından olan Fəxrül-Farisidən bir gün tələbəsi soruşur: “Mən cəhənnəmdən çox qorxuram. Həmişə bunun fikrindəyəm ki, görəsən, cəhənnəm əzabından qurtula biləcəyəmmi?”

Fəxrül-Farisi cavab verir: “Axirət haqqında düşünməyin çox yaxşıdır, oğlum. Amma ümidini üzmə. Inşallah, qurtularsan”. Tələbə heyrətlə soruşur: “Təki olsun, ustad. Amma necə qurtulacağam? Bu qədər günahla Allahın qarşısına necə çıxacağam?” Təmkinini pozmayan Farisi deyir: “Ümidimiz budur ki, qiyamətdə böyüklərimiz (yəni bizdən əvvəlki övliyalar) bizim barəmizdə şəfaət edərlər, bizə sahib çıxarlar”. Tələbə: “Deməli, ümidimiz şəfaətə qalır? Bəs, əgər böyüklərimiz bizə sahib çıxmasalar, halımız necə olar?” Fəxrül-Farisi eyni aramlıqla söyləyir: “Üzülmə, oğlum. Əgər biz bu gün onlara sahib çıxsaq, onlar da qiyamət günündə bizə sahib çıxarlar”. Tələbəsinin sualla dolu gözlərinə baxan Fəxrül-Farisi başa düşür ki, tələbə onun sözlərini anlamayıb. Buna görə bayaqkı sözlərinə izahat verir: “Sözümün mənası budur ki, əgər biz böyüklərimizdən sağ olanların sözünə qulaq assaq, nəsihətlərinə əməl etsək, rəhmətə gedənlərin ruhunu dua ilə yad etsək, onlara sahib çıxmış olarıq. Əgər biz indi onlara sahib çıxsaq, bu əməllərimiz də Qiyamətdə mütləq bizim dadımıza yetişər, bizə sahib çıxarlar”.


Ardı →