Qadının ən böyük silahı hansıdır

Məşhur aktrisa Merilin Monronun fikrincə qadının kişilərin qəlbini ələ almaq üçün işlətdiyi iki ən başlıca silahı var.Lakin onları eyni vaxtda istifadə edə bilmədiyi üçün aktrisa narazılıq edirdi. Aktrisa nələri qadının ən böyük silahları sayırdı və niyə onlardan eyni anda istifadə etmək olmurdu
 

9 şərh

asel
məncə gülüş və göz yaşı… yoxsa başqa nəsə???
istorik_c
Asel birini tapmısız.Bu qadının göz yaşlarıdır ki kişilər buna tab gətirmir.Əgər xanımsınızsa lütfən beyninizi bir az çalışdıraraq ikinci silahı tapa bilərsiz.Yəni göz yaşı ilə eyni vaxtda istifadəsi qadın üçün alnmır
pascal
Məndən «pas». Bilmirəm. :)
Shabnam_Ilham
Makiyaj olmalıdı məncə. Çünki ağlayan zaman makiyaj axır :)
istorik_c
Afərin sizə.Bəli bu makiyajdır.Daha doğrusu cavab belədir-göz yaşı və kosmetika
asel
maraqlı idi. təşəkkürlər
Samir012
ola bilsin ki, qadının ən böyük silahı elə qadın olmağıdır
HumaNisT
makyajsiz qadinlar bes?
istorik_c
Makiyajsız qadınlara göz yaşı kara gəlir