Рейтинг
+22.43

Narahatçılığı necə tərk etməli və yeni həyata necə başlamalı

29 üzv, 28 topik

20. Belə hərəkət etsəniz, tənqid sizə məyusluq gətirməz

Bir dəfə mən general-mayor Semdli Batler ilə söhbət etdim. Onu «hər şeyi görən gözün dastanı» ləqəbi ilə tanıyırdılar. Onu başqa adla «cəhənnəm iblisi» də deyib çağırırdılar! Yadınızdadırmı? O, Birləşmiş Ştatların piyada ordusuna başçılıq edən komandirlər içərisində ən «koloritli», arsız və qəmsiz generallardan biri idi.
O, mənə söyləmişdi ki, gənc yaşlarında populyar olmağı ehtirasla arzulayardı. O, həmişə istərmiş ki, özü haqda hər kəsdə məmnunluq hissləri yaratmış olsun. O günlərdə ona qarşı edilmiş ən qərəzsiz tənqid onda dərin iztirablara səbəb olurdu. Amma o, etiraf edirdi ki, onun dənizçi ordusunda otuz il ənənəvi xidmətdə olması onu «gönüqalın» etmişdi. «Məni daha necə təhqir etmirdilər, abrımı ətəyimə tökmürdülər. — deyərək Batler keçmişi xatırlayırdı:
Davamı →

19. Yadınızda saxlayın ki, ölmüş iti heç kəs heç vaxt döymür

1929-cu ildə Amerikada maarif dahiləri arasında görünməmiş sensasiyalı bir hadisə baş vermişdir. Bu hadisənin şahidi olmaq üçün bütün ölkələrin alimləri Çikaqoya üz tutmuşdular. Bir neçə il bundan qabaq xörəkpaylayan, meşədə ağac doğrayan, evdə zəif oxuyan şagirdlərlə məşğul olan, paltarasan ip hazırlayıb satan Robert Xatçins adlı bir cavan Yelsk universitetinə yol tapdı. Fəaliyyətə başladıqdan səkkiz il sonra o, ad-sanına görə Amerikada dördüncü yer tutan Çikaqo universitetinə prezident vəzifəsinə keçdi. Onun neçə yaşı vardı? — Otuz. İnanmalı deyil! Yaşlı professorlar başlarını yırğalayırdılar. Elm aləmində yeni «vunderkind»lə bağlı hisslər coşmuşdu. Onu hər tərəfdən tənqid atəşinə tutmuşdular. Onu gah çox gənc və təcrübəsiz olmasına, gah da təhsil sahəsindəki fikirlərinin mənasızlığına görə məzəmmət edirdilər.
Robert Meynard Xatçins universitetin prezidentliyi vəzifəsinə başladığı gün öz dostu onun atasına dedi: «Bu günkü qəzetin baş məqaləsində oğlunuza edilən hücumları oxuduqda sarsıldım.»
Davamı →

18. On dörd gün ərzində melanxoliyanı necə müalicə etməli

Bu kitabı yazmağa başlayanda «Mən narahatçılığıma necə qalib gəldim» mövzusunda ilhamverici və xeyirli avtobioqrafik hekayələrin konkursunu təşkil etməyi qərarlaşdırdım. Bu yarışın qalibinə iki yüz dollar mükafat verməyi nəzərdə tutduq.
İndi sizi o hekayətlərin birisi ilə tanış edəcəyəm. Onu S.R.Berton göndərmişdi. O, Missuri ştatındakı Sprinqfildəki avtomobillərin satışı üzrə «Uizzer» firmasında işləyirdi.
Cənab Berton yazırdı ki, «Mən doqquz yaşında olduğum zaman anamı itirdim, iyirmi yaşımda isə atasız qaldım. Mənim atam vəfat etdi, anam isə on doqquz il bundan qabaq sadəcə evdən getdi. O vaxtdan bir dəfə də onun üzünü görə bilmədim. Mən kiçik bacılarımı da bir daha görmədim, anam onları özü ilə aparmışdı.
Davamı →

17. Əgər qismətinizə limon düşmüşsə ondan Iimonad düzəldin

Bu kitab üzərində işlədiyim ərəfədə bir dəfə Çikaqo universitetinə getdim və universitetin rektoru Robert Meynord Xatcins ilə söhbət etdim. Mən ondan soruşdum ki, o, narahatçılıqdan necə azad ola bilir? O, belə cavab verdi: «Mən həmişə „Sirs, Roubik end kompani“ firmasının keçmiş prezidenti mərhum Culius Rozenvaldın söylədiyi „Əlinizə limon düşmüşsə, ondan limonad düzəldin“ məsləhətinə riayət etməyə çalışırdım.
Məşhur pedaqoq məhz belə də edirdi. Ancaq axmaq adam isə, bunun əksinə edir. Əgər duyursa ki, taleyi ona limon qismət etmişdir, o, təslim olur və deyir: „Mən iflasa uğradım. Mənim taleyimdir. Mənim heç bir şansım yoxdur.“ Sonra da başlayır öz həyatından gileylənir. Ancaq „limon“ ağıllı adama qismət olursa o, deyir: „Mən bu xoşagəlməzliklərdən hansı ibrət dərsi götürə bilərəm? Mən öz vəziyyətimin yaxşılaşması üçün nə etməliyəm? “Mən bu limonu limonada neçə çevirim?»
Davamı →

16. Özünüzü dərk edin və özünüzlə olun

Mən xanım Edit Olreddən məktub aldım. Məktubunda o, belə deyirdi: «Mən uşaq vaxtlarımda yüksək hissiyyatlı və utancaq idim. Mənim həmişə normadan artıq çəkim olurdu, yanaqlarımın quruluşu məni olduğumdan daha „gonbul“ göstərirdi. Mənim anam qədim adət-ənənəni gözləyən bir qadın idi və o, belə hesab edirdi ki, qadının geyimi çox da qəşəng olmamalıdır. O, həmişə deyərdi ki, „geniş tikilmiş paltar geyinmək daha münasibdir, dar geyim isə çox tez sökülüb-dağılır. O, məni bu prinsiplər əsasında geyindirirdi. Mən heç zaman qonaqlıqlara getməzdim. Heç bir əyləncəm də olmazdı. Mən məktəbə getdikdə açıq havada heç bir əyləncəli oyunda iştirak etməzdim, hətta idmanla da məşğul olmazdım. Mən ifrat utancaq bir qız idim. Mənə elə gəlirdi ki, mən başqalarına oxşar deyiləm və özümü də tamam qeyri-cazibədar və görkəmsiz sanırdım.
Davamı →

15. Nəyə sahibsinizsə, onu bir milyon dollara verərdinizmi?

Mən Harold Ebbott ilə çoxdandır ki, tanışam. Bir zamanlar o, mən dərs dediyim kurslarda tədris işləri üzrə direktor müavini işləyirdi. Bir dəfə o, məni öz avtomobilində Missuri ştatının Belton şəhərində olan firmama apardı. Bu səfər zamanı mən ondan soruşdum ki, narahatçılığını o, necə dəf edir? O, cavabında mənim heç zaman unutmayacağım ilhamverici bir hadisə haqda belə dedi: «Mən adətən olduqca çox narahatçılıq keçirirdim, ancaq bir dəfə 1934-cü ilin bir bahar günündə Uebb-Sitidəki Uest Douerti küçəsində mənim təlaşlarıma son qoyan bir hadisə gördüm. Bu hadisə on saniyə ərzində baş verdi.Lakin bu on saniyədə on illik həyatımda öyrəndiklərimdən də çox şey dərk etdim.
Davamı →

14. Əgər siz bunu edərsinizsə, heç vaxt sizə edilmiş nankorluğa görə iztirab çəkməsiniz

Bu yaxınlarda Texasda qəzəblənib özündən çıxan bir adamla tanış oldum. Məni xəbərdar etmişdilər ki, o, görüşünüzdən on beş dəqiqə keçdikdən sonra öz qeyzi haqda söhbət açacaqdır. Bu belə də oldu.
Onu qəzəbləndirən hadisənin on bir ay bundan qabaq baş verməsinə baxmayaraq, o, hələ də olduqca hiddətli idi. O, başqa heç nə haqqında danışmaq iqtidarında deyildi. Bu adam özünün otuz dörd əməkdaşına milad bayramı münasibətilə hər işçiyə təxminən üç yüz dollar olmaqla cəmi on min dollar miqdarında mükafat ayırmışdı. Lakin onların heç biri ona təşəkkür etməmişdi. «Mən təəssüflənirəm, — deyərək o, acı-acı şikayətləndi, onlara bir sent də verməməli idim!»
Davamı →

13. Əvəzini çıxmaq cəhdi çox baha başa gəlir

Bundan çox illər qabaq axşamçağı mənə Yellouston milli parkına baş çəkmək müyəssər oldu. Mən başqa turistlərlə birlikdə balkonda əyləşmişdik. Biz küknar və şam ağacları olan meşəni seyr edib zövq alırdıq. Tezliklə qarşımızda gözləmədiyimiz vəhşi heyvan — meşələr «tufanı» öcəşkən bir ayı peyda oldu. O, işıqlı açıqlığa çıxaraq yaxında yerləşən otellərdən birinin mətbəxindən atılmış tullantıları yeməyə başladı. Atın üzərində oturmuş meşəbəyi mayor Martindeyl həyəcanlanmış turistlərə ayılar barədə söhbət açdı. Biz öyrəndik ki, «qrizli» adlanan bu ayı Qərb dünyasındakı bizon və kodyak ayısından başqa, hər hansı vəhşi heyvanı məğlub edə bilir. Amma o gecə mən müşahidə etdim ki, bu vəhşi ayı meşədən qaçıb aydın talada onun yeməyinə ortaq çıxan balaca xəz dərili skunsa toxunmadı.Qrizli ayı çox yaxşı bilirdi ki, qüdrətli pəncəsinin bir zərbəsi ilə bu skunsunu məhv edə bilər. Bəs bunu o nə üçün etmədi? Çünki öz təcrübəsindən çox yaxşı bilirdi ki, bu hərəkət özünü doğrultmur.
Davamı →