post yazmaq

Bilirsiniz ki,artıq saytımız elmi mənbə,bilgi arxivi rolunu oynamağa başlayıb.Saytın əsas dəyəri onun içindəki yazılarla,kontentlə ölçülür. Sayt daxilində kontenti düzgün nizamlamaq,hamının xoşuna gələcək materiallar hazırlamaq üçün yaxşı postlara ehtiyac var.
İstifadəçilərə kömək etmək üçün belə bir şey etməyə qərar verilib.Sayt administrasiyası bəzi mövzularda hazır yazılar verir.İstifadəçilər isə onları vaxtlı-vaxtında sayta yerləşdirir,yazıya uyğun şəkil,video və s. əlavə məlumat tapır.Ən əsası,gərək postu yerləşdirən o sahədə bilgili adam olsun.İqtisadiyyat haqqında yazı qoyan gərək bu sahədən başı çıxan adam olsun ki,sonra şərhlərdə istifadəçilərin suallarını cavablandıra bilsin.
Yazıların çoxu Word sənəd şəklindədir.bəziləri isə pdf fayl şəklində.Postları yerləşdirməklə reytinqini artırmaq istəyənlər,cəmiyyətə faydalı bilgi yerləşdirmək istəyənlər özləri haqda(qısa tərcümeyi-hal,təhsil),bildikləri sahə haqqında yazıb [email protected] ünvanına göndərə bilərlər.Vakant mövzular bunlardır:
Tibbin bütün sahələri.
ABŞ iqtisadiyyatı (azı 70 məqalə)
Azərbaycanın büdcə-vergi sistemi
statistika
maliyyə,kredit
xarici dilər(alman dili)
filosoflar haqqında
astronomiya
kimya
Bu sahədə bilgili olanlar müraciət edə bilər.Qrafika proqramları ilə işləyə bilənlər olsa lap yaxşı.Məsələn,astronomiya haqqındakı pdf faylı adi copy-paste ilə götürüb qoymaq mümkün deyil,orada xeyli əziyyət lazımdır. Kimdə elektron vəsait,faydalı yazılar,elektron şəkildə hər hansı maraqlı informasiya varsa,o da öz yazılarını göndərə bilər.Mən əminəm ki,sayt istifadəçilərinin çoxunda elektron vəsaitlər var.İstəsələr onlar da öz materiallarını palaşa bilərlər.
 

16 şərh

Magicboy
Axır ki, sayt işlədi. Mən bu şərhi yazanadək bəlkə 100 dəfə yoxlamışdım. Sayt yalnız mən şərh yazandan bir neçə saniyə əvvəl açıldı… Sənin təklifininsə yeri yoxdur:))) Hərənin öz fikri…
burla xatun
Maraqlı təklifdir.Məsələn,mən özüm post yazmaq istəyirəm,amma özümdən nəsə yaza bilmirəm.Amma verilən mövzular çox çətindir. bir qədər sadə mövzular olsaydı məmnuniyyətlə qəbul edərdim.
mr13
pdf məsələlərini mən öz boynuma götürə bilərəm.
bankir
Mən ölmüşəm? İqtisadiyyata aid vəsaitləri mənə verə bilərsən.Amma vaxt lazımdır.
Westsider
Salam. Mümkündürmü ki, mənə astronomiya ilə bağlı faylı göndərəsiniz, baxım? Astronomiyadan xoşum gəlir, görüm başım çıxsa yazaram. E-mailimi profilimdə görürsünüz, yəqin ki:)
mr13
təklif edərdim filosoflar İdeala tapşırılsın. Hər halda fəlsəfəçidir daha yaxşı bilər.
bloqçu

Pdf məsələlərini mənə də həvalə edə bilərsiniz. Bacardığım qədər sevə-sevə kömək etməyə hazıram.

Bir sual: bəs ədəbi materiallar yoxdurmu?

IDEAL
İki gündü iternetlə problem yaşayıram. Nəhayət sayta daxıl ola bildim. Filosoflar məsələsinə əgər təbii ki həvalə etsəz mən baxaram. Ancaq bir məsələ var. Axı kayzendə reytinqlə əlaədar yarışda var. Əgər siz bizi məqalə ilə təmin edəcəksizsə onda o yarışın nə mənası?
mr13
doğurdan aaa İdeal düz deyir. onda yarışın nə mənası?
IDEAL
Mr13 deyəsən sualım paradoksal oldu:)))
2ral
Əgər yazıları yerləşdirmək asan olsaydı daha sizə niyə müraciət olunurdu?
Kontent hər yerdə var.Kitabda,qəzetdə,havada,suda,insan beynində...Amma onu bloqda yazmağı çıxları bacarmır. Amma bu o demək deyil ki,havayı post paylanır. Hətta bəzi istifadəçilər bildirdi ki,özündən yeni bir şey yazmaq bu materialları işləməkdən asan ola bilər.Yəni bu bir təklif idi.Kim istədisə müraciət etdi. Sayt administrasiyası bunu kömək üçün etdi. Əgər kimsə qəbul etmirsə bu onun öz işidir.
bankir,sənə materiallar verilməyəcək. Onsuz da reytinqin çoxdur,özündə olan materiallar da kifayət qədərdir.
Mövzu bağlanır.Kiminsə kontent yazmaq ilə bağlı sualı olsa [email protected] göndərə bilər.
HTML
Evveller informatikaya aid yazilarin oldugunu demisdiz.Niye onlari vermirsiz?Amma weboxundaki kimi edin. Kod qoymaga yer yoxdur.
2ral
Milli hərflər ilə yazmaq lazımdır.
Kod üçün weboxu.com saytindak; kimi sahə yazmaq imkanı yoxdur.
Dior
Mən əczaçılıqla bağlı sahəni seçmək istərdim.Amma [email protected] yazanda bunlar yazılır.
Вы собираетесь зарегистрироваться на сайте «kayzen.az» с именем пользователя «mailto», но данный сайт не требует аутентификации. Это может быть попыткой вас обмануть.

Является ли «kayzen.az» сайтом, что вы хотите посетить?

2ral
Saytın aşağısında yazılmış support@kayzen ünvanına mesaj yazın yaxud müraciət edin.Əczaçılıqla bağlı yazılar hələ ki azdır.Tibbin qalan sahələri ilə bağlı bəzi yazılar var.
Rovsen
Yayda boş vaxtda adam bilmir nə etsin.Maraqlı mövzuları mən də qoymaq istəyirəm.İdman haqqında yazılar qoymaq istəyirəm.