Pozitiff bloqu olsun ya yox?

Hər gün səhər bir topik qoyulacaq.Bu topikdə lətifələr, gülməli əhvalatlar qoyulacaq. Yəni hər gün adam durub bu lətifələri oxuyub gününə təbəssümlə başlasın. Yazıları bir müddət hələlik sayt administrasiyası və moderasiya heyəti qoyacaq. Sonralar hər istifadəçinin buraya yazı əlavə etmək imkanı qoyula bilər. Kimin nə fikri varsa şərhlərdə bildirsin.
 

14 şərh

Türkəl
Məncə baş səhifədəki, narıncı yazılar pozitiff üçün kifayətdir. Orda daha çox və daha səviyyəli yumor yerləşdirmək olar. Üstəlik iştrakçıların mikrobloqda yazdığı original cümlələrdən də bu narıncı yazılara əlavə etmək olar. Mənim şəxsi fikrim.
2ral
O süni intellektin yazılarıdır.
Bilici

gülüş ömrü uzadır.Kayzendə hər şey yaxşıdır. Bu da olsun -bu fikirlə razıyam


amma şit və əttökən söhbətlər olmasa yaxşı olar


hətta istifadəçilər adminə öz lətifə və ya yumoristik topiklərini göndərsələr daha yaxşı olar, yəni seçim imkanı çox olardı, biz də çox gülərdik

Sufi
Ancaq lətifə olacaq yoxsa gülməli şəkillər,videolar da qoymaq olar?
2ral
Ancaq lətifə olacaq. Fotprikol istəyən özü öz bloqunda yazsın.
x-life
mence ela olar. zovqler muxtelifdi xosuna gelen oxusun xosuna gelmeyen oxumasin
tenqo
Olsun. Gözəl təklifdir. Amma istərdim ki, sonradan istifadəçilərin qoyduqları yazıları da öncə administrasiya nəzərdən keçirsin və məqbul bildiyi təqdirdə yerləşdirsin
raqa
Əgər moderesiya heyətinin nəzarətindən keçəcəksə düşünmürəm  ki, saytın səviyyəsinin enməsinə təsir etsin. Saytımız nə qədər pozitiv olsa kayzen adının beyinlərə yazılması daha da sürətli olar :)
2ral
Lətifələrə bir nümunə qoyuram.Təxminən belə şeylər olacaq:

Üst-başı nimdaş, rəngi qaçmış bir dilənçi güclü, qüvvətli, şıq geyinmiş bir bəydən sədəqə istəyir. həmin adam: «Gəl mən sənə daha yaxşı bir şey verim»,-deyə onu meyxanaya dəvət edir. Dilənçi etiraz edir:
— Yox canım, mən içki içmirəm.
— Yaxşı, elə isə al siqaret verim, çək.
— Mən tütündən istifadə etmirəm...
— Yaxşı, onda gəl səni at yarışlarına aparım. Sənin yerinə mərc də qoşaram. Qazandığın pulla istədiyin kimi yeyəcək və keyəcəksən.
— Olmaz, mən qumar da oynamıram.
Kişinin səbri tükənir:
— Yaxşı, dostum, al bu pulu. Amma mənimlə gedəcəksən, səni arvadıma göstərəcəyəm. Içki içməyən, qumar oynamayan adamın nə hala düşdüyünü öz gözüylə görsün...
şərh silinmişdir
Magicboy
Ən pisi isə odur ki, sayt administrasiyası bu yola aktivliyi artırmaq məqsədi ilə düşüb (bilirəm, yenə danacaqlar :D). Amma fikrimcə əvvəlki günlərdə aktivlik daha yüksək idi nəinki indi. Xüsusən Aprel ayında… Bayağı postlar isə yetərincədir… Guya bu pozitiff bloq olmasa nə olacaq… Məncə yaxşı ideyadır… Olsun…
tenqo
Lətifələrdə pis nə var ki? Bəlkə nəsə var, amma mən bilmirəm.
Pele
Noldu? Bu pozitiff (bu ne addir bele?) bloqundan hec bir xeber cixmadi.
2ral
Bir azca da döz,döz,döz,bir azca da döz (Xumar Qədimova)
Yaxşı yumor hissi olan və internetdə çox vaxt keçirən birisini axtarırıq. Tapan kimi gülməcələr qoyulacaq.