Vakansiya üzrə işçi tələb olunur

Kayzen.az saytına kontent menecer vakansiyası üzrə işçi tələb olunur.
İşçiyə tələblər:
  • rus və ingilis dillərində bilmək,yazıları tərcümə etmək bacarığı
  • Adobe Photoshop yaxud digər qrafik redaktorda işləmək bacarığı
  • təcrübəli İnternet istifadəçisi olmaq,İnternet texnologiyalarından yaxşı baş çıxarmaq.
  • yüksəksürətli internetə çıxışı olmaq (evində).
  • istifadəçilərin mövzu üzrə suallarını şərhlərdə cavablandırmaq
Bloq və forumlarda aktivliyi ilə fərqlənən namizədə üstünlük veriləcək.
Namizəd müvafiq mövzulara aid maarifləndirici,maraqlı, intellektual səviyyəsi yüksək insanlar üçün nəzərdə tutulmuş məqalələri hazırlayıb sayta yerləşdirməlidir.
Əmək haqqı aylıq 400 AZN

Maraqlanan şəxslərin [email protected] ünvanına özləri haqqında CV yollaması(mobil telefon ilə birlikə) xahiş olunur.Bunları bacarmayan insanlar əziyyət çəkib əlaqə saxlamaya bilərlər:
  • məqaləyə Youtube servisindən videonun kodunu qoya bilməyən
  • şöhrətpərəstlik əvəzinə wohretperestlik  yazan
  • TuLlAnAn HəRfLəRlƏ yaxud BÖYÜK HƏRFLƏRLƏ yazan.
  • gün ərzində 3-dən az post yazan.
Vakansiya üzrə yalnız bir nəfər seçiləcək.
 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub