Tom Kruz

  • Kino
Tom Kruz — Tom Kruz – ambidekstrdi.

— Avtoyürüş fanatıdır.

— Televiziylardan birinə verdiyi müsahibədə psixologiyanın öyrənilməsini nasizm adlandırıb.

— Disleksiyadan əziyyət çəkib.

— Uşaq ikən düzgün yetişməyən diş problemlərindən əziyyət çəkib.

— “Mission: İmpossible” filminin ilk hissəsinə görə 70, ikinci və üçüncü hissələrinə görə 75 milyon qonorar alaraq, Hollivudun ən yüksək ödənişli aktyorlarından biri olaraq qalmaqdadır.

Oskar bəxtsizlərindən biridir.

— Aktyor 3 qat Qızıl Qlobus laureatı olsa da, bircə dəfə də Oskar laureatı ola bilməyib.

Tom – ailənin üçüncü övladıdır. Üç bacının yeganə qardaşıdır. Tomun anası aktrisa, atası isə mühəndis olub. Maddi sıxıntılar ilə əlaqədar ailəsi teztez evlərini dəyişirdi ki, bu da Tomun uşaqlığının ağır keçməsiilə nəticələnirdi. Tomun 12yaşı olanda isə valideynləri boşandı.

14 yaşına qədər Tom ABŞ və Kanadada nə az, nə çox düz 15 məktəb dəyişdi. Nəhayət, ailə Nyu-Cersidə məskunlaşmaq qərarına gəldi. Həmin ərəfələrdə Tom orta məktəbi bitirdi.

Aktyorluq karyerası 1981-ci ildə başladı. “Endless Love” filmində epizodik rol aktyorun böyük kinoda ilk addımı oldu. Ona məşhurluq gətirən ilk filmisə 1983-cü ildə baş rolda çəkildiyi “Risky Business” filmi oldu.

1987-ci ildə Tom Mimi Rocerslə ailə həyatı qurur. Amma bu ailə həyatı cəmi 3 il davam edir. Aktyor “Days of Thunder” filmində tərəf müqabili olan avstraliyalı gözəlçə Nikol Kidmana aşiq olur və bu sevgi 1990-cı ildə iki ulduzun nigaha girməsi ilə nəticələnir. Ulduz cütlük bərabər 3 filmdə rol alırlar.

Kidmanla nigah isə on il davam edir. 2001-ci ildə uzun söz- söhbətlərdən, qalmaqallardan sonra 2 övlad sahibi, Hollivudunən məşhur cütlüyünün evliliyi sona çatır. Rəsmi boşanma isə 2004-cü ilin payızında baş verir...

Həmin il Tom artıq “Vanilla Sky” filmindəki tərəf müqabili Penelopa Kruzla eşq macərası yaşayırdı. 2005-ci ildə Tom yeni sevgi etirafı edir…
Tom Kruz və Nikol Kidman Tom Kruz və Penelopa KruzTom Kruz və Keti Holms
Bu dəfə də aktyorun sevgilisi aktrisa idi– Keti Holms. 2006-cı ildə TomKruz və Keti Holms evlənirlər. Bu aktyorun 3-cü rəsmi evliliyi olur. Bu nigahdan onların bir qız övladları dünyaya gəlir. 
 

0 şərh