Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

“Art House”- müəllif filmi

  • Kino
Adətən, belə filmlər bütünlüklə rejissorun zəhməti hesabına ərsəyə gəlib özündə müəllifin ideya və arzularını əks etdirdiyindən tamaşaçı tərəfindən o qədər də asanlıqla həzm olunmur. Bəzən tamaşaçı tərəfindən səhv anlaşılan, qəliz məzmunla xarakterizə edilən bu filmlərin ideyası, kinoya gətirdiyi yeniliklər əslində təqdirəlayiq haldır. Müəllif filmlərinin Azərbaycan kinosunda azlığını nəzərə alıb bunun səbəblərini araşdırmaq məqsədi ilə bir neçə mütəxəssisə müraciət etdik. Suallarımız isə belə oldu:
1. Müəllif filmlərinin çəkilməməsinə səbəb nədir və bunun üçün hansı şərait yaradılmalıdır?
2. Azərbaycan kinosu və tamaşaçısı belə filmlərə nə dərəcədə hazırdır?
3. Dünya kino bazarında müəllif filmlərinin yeri.
Ardı →

Vyaçeslav Tixonov

  • Kino

Görkəmli rus aktyoru Vyaçeslav İvanoviç Tixonov 1928-ci il fevralın 8-də Moskva vilayətinin Pavlovski-Posad şəhərində fəhlə ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq gələcək "Ştirlis" 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir.
Böyük kinoda ilk rolunu 1948-ci ildə «Gənc qvardiya» bədii filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur və onlar evlənirlər. Film ekranlara çıxanda onların oğulları dünyaya gəlir. Bu filmdən sonra rejissorlar onu bir müddət filmlərə çəkmirlər və aktyor teatrda müxtəlif rollar oynayır.


Ardı →

"Qara qu quşu"

  • Kino
Qız bir qu quşunun bədəninə sıxışıb qalıb. Azad olmağa can atır. Sadəcə həqiqi və güclü məhəbbət bu tislimi qıra bilər. Arzusu çin olmağa az qalıb deyərkən şahzadəni qara qəlbli əkizi- Qara Qu quşu yoldan çıxarır. Qu Quşuna vurulan şahzadənin daha çıxış yolu olmur. Arzuları qırılan Ağ qu quşu uçurumun təpəsinə çıxıb özünü aşağı atır. Ölüm onu azadlığa qovuşdurur.
Bu dünya şöhrətli bəstəkar Çaykovskinin məşhur «Qu gölü» baletinin qısa məzmunudur. «Qara Qu quşu» (Black Swan) filminə girişi də məhşur rejissor Darren Aronofski məhz bu baletdəki rəqslə başlayır. Filmin qəhrəmanı Nina (Natali Portman) adlı balerin qızdır. O öz rəqibləri arasında hər zaman birinci olmağa can atır. Baletdə baş rolu ifa etmək üçün dəridən -qabıqdan çıxır.
Davamı →

Filmlərdən faktlar

  • Kino
İndiyə qədər çəkilmiş ən bahalı film 289 milyon dollar büdcəli «Harry Potter and the Goblet of Fire» olub. Bundan əvvəlki rekord 280 milyon dollar ilə «Return of the King»ə aid idi.

Charlie Chaplin gizlicə qatıldığı bir «Charlie Chaplin-ə bənzəmə» yarışmasını qazana bilməmişdi.

«Matrix-in Neo-su» üçün ilk olaraq Leonardo DiCaprio və Ewan McGregor-a təklif aparılmış ancaq ikisi də rolu rədd etmişdi.

“Star Wars” dakı şüa qılıncının səsi bir film proyektoru səs-küyü ilə arxası sökülmüş bir televiziyaya yaxınlaşdırılmış mikrofonun yazdığı səs qarışdırılaraq edilmişdi.

Haley Joel Osment «Altıncı Hiss»dəki səhnələrində kifayət qədər sarsılmış görünmək üçün çəkilişlərdən əvvəl özünü divardan divara vururmuş.
Ardı →

Lük Besson

  • Kino
Onun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir. Və mehrini kino sənətinə salır. Söhbət tanınmış fransız rejissoru və prodüseri Lük Bessondan gedir. Besson böyük kinoya rejissor assistenti kimi gəlir. «Axırdan ikinci» debüt filmi uğurlu alınır və Bessonu ikinci «Yeni dalğa» cərəyanına aid edirlər.
Tədricən Bessonun rejissor üslubu formalaşır: onun filmlərinə gərgin hərəkət, melodramatizm, fransızsayağı yumor xasdır. Besson melodramdan tutmuş fanteziyə qədər bütün janrlarda işləyir: «Tunel», «Leon», «Nikita», «Janna Dark», «Beşinci element», «Mələk A», «Taksi», «Mavi ənginlik» və s.
Davamı →

Kaskadyorluq

  • Kino
Kaskadyorluq çətin və təhlükəli peşədir. Dünya kinosunda ilk kaskadyorluq tryuku 1908-ci ildə “The Count of Monte Christo” filmində gerçəkləşib. Filmdə edilən ilk hərəkət yüksək qayalıqdan şəlaləyə atılmaq idi. Bu tryuku həyata keçirən akrobat sirk artisti idi və bu tryuka görə 5 dollar almışdı.Əslində aldı demək də doğru səslənmir. Çünki həmin kaskadyor məhz bu təhlükəli tryukdan sonra dünyasını dəyişdi. Bu filmdən sonra tamaşaçılarda belə filmlərə maraq daha da artdı və beləliklə ilk macəra filmləri çəkilməyə başladı. Aktyor Broncho Bill Andersonun təhlükəli səhnələrdə (macəra filmlərində) aktyorluq etməsi kaskadyorluq sənətinin inkişafına böyük təsir etdi. Təsadüfi deyil ki, bu sənəti çox vaxt onun adı ilə bağlayırlar. Daha sonralar qadınlarda da bu sənətə maraq artdı.
Ardı →

"Klon" serialı

  • Kino
Mərakeşin gözəl, ekzotik görünüşləri, onların fonunda unudulmaz məhəbbət əhvalatı, insanın klonlaşdırılması, narkotiklər və müsəlman mədəniyyəti… «Lider» telekanalı ilə nümayiş etdirilmiş məşhur Braziliya telenovellasının — «Klon»un əsasını bunlar təşkil edir. «Klon»un tamaşaçıların böyük marağına səbəb olmuşdu.
Telenovellanın müəllifi Qloriya Perez öz əhvalatında nə siyasətə, nə də dinə toxunmadığını deyir. Amma buna baxmayaraq, serial premyerasından sonra kifayət qədər narahatlığa əsas verdi. Premyeraya təxminən iki həftə qalmış Nyu-Yorkda terror aktları baş verdi. Heç kim bilmirdi ki, müsəlman ölkəsinin təsvir edildiyi telenovellanı publika necə qarşılayacaq. Amma telenovella bəzi məqamlara — müsəlmanların terrorçu olmadığına — aydınlıq gətirməkdə kömək edir.
Ardı →

İsrail kinosu

  • Kino

İsrail bir dövlət kimi gənc olduğundan onun kinosu da cəmi yarım əsrdir yaranıb. Lakin dünya kino aləmində rejissorları və özünəməxsus filmləri ilə tanına bilib. Amerika və Avropa ilə müqayisədə İsrail kinosu hələ formalaşma mərhələsindədir. Yaranmasının ilk illərində kinematoqraf İsrail dövlətinin ideologiyası və tarixinin təbliği ilə məşğul idi. Filmlər milli dirçəliş, müstəqillik uğrunda müharibə (1948), terrorizmlə mübarizə mövzularında çəkilirdi. Həmçinin İsrail cəmiyyətinin iç problemləri — icmalararası konfliktlər, repatriasiya (dünyanın müxtəlif yerlərində yaşayan yəhudilərin İsrailə köçməsi) və yeni repatrianların ölkənin həyatına qoşulması ilə bağlı yaranan münasibətlər və problemlər də kinonun diqqətindən kənarda qalmamışdı. İsrail kinosunun bu dövrü «sinonist realizmi» adlanır. Hər bir rejissor, ilk növbədə, yəhudi cəmiyyətinə olan vətənpərvərlik borcunu ödəməyə çalışırdı. Həmin illərin kino sənayesi bir nəfərin — ilk İsrail bədii filmi «Avara»nı çəkmiş rejissor Natan Akselrodun səyləri hesabına yaşayırdı.


Ardı →

Con Travolta

  • Kino
Aktyor, müğənni, rəqqas və təyyarəçi — bütün bunlar hamısı «Şənbə günlərinin həyəcanı» və «Kriminal qiraət» filmlərinin qəhrəmanını oynayan kino ulduzu Con Travoltaya aiddir. Sənətçi bu barədə belə deyir: «İndiyədək bu məşğuliyyətlərdən hansını — kinoya çəkilməyi, yoxsa təyyarə sürməyi daha çox sevdiyimi heç özüm də bilmirəm».
Con Cozef Travolta 1954-cu il fevralın 18-də ABŞ-ın Nyu-Cersi ştatınını Enqlvud şəhərində doğulub. İtaliyalı futbolçu və irlandiyalı müğənninin ailəsində dünyaya gələn Con kiçik yaşlarından rəqs etməyi öyrənib. Rəqs etməyi qəlbən sevən və böyük səhnələrdə çıxış etmək arzusu ilə yaşayan Con 16 yaşında müzikldə debüt etmək məqsədilə orta təhsilini yarımçıq qoyur. Məktəbdən ayrılaraq əvvəlcə həvəskar truppalarda, sonra isə Brodveydə istedadını nümayiş etdirir. Bundan əlavə, təyyarəçilik peşəsinə də yiyələnən Con 19 yaşında pilot lisenziyasını qazanır.
Ardı →

Qadın rejissorlar

  • Kino
Dünya kinosunda qadın rejissorların imzalarına hələ kinonun səssiz dövründə rast gəlinirdi. Yüzlərlə kişi rejissorların arasında onlar tək-tək gözə dəysə də, ötən əsrin iyirminci illərində Fransa kinosunda avanqardın atası sayılan Lui de Lukun tələbəsi Jermen Dulak artıq impressionist filmlər çəkirdi. Onun «İspan bayramı», «Gülümsəyən madam Böde» filmləri kino tarixində özünəməxsus yer tutur. Bolqarıstanda Binka Jelyaskovanın antifaşist ruhda çəkdiyi «Biz necə də gənc idik» filmi 1961-ci ildə Beynəlxalq Moskva Kino Festivalında mükafata layiq görülmüşdü.
Ardı →