Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

Festivallar və kinonun inkişafı

  • Kino
Ötən əsrin ortalarında dünyada kinofestivallar təşəkkül tapanda bu tədbirlərin aparıcı simaları rejissorlar hesab olunurdular. Təşkilatçılar da əsasən yalnız rejissorların qayğısına qalırdılar. Ulduz aktyorların festivallara təşrif buyurması isə son illərin dəbidir. Bu dəbin geniş yayılmasında kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Festivallar kino sənayesinin inkişafına təkan verir, ən müxtəlif əməkdaşlıq müqavilələri məhz festivallarda bağlanır.
   Məsələn, Venesiya festivalında 2003-cü ildən xüsusi ”Venesiya kino nümayişləri” adlı proqram təşkil edilib. Proqram məxsusi olaraq potensial satıcılar, alıcılar, prodüsserlər üçün nəzərdə tutulub. Onlar “Kazino” kinoteatrının baxış zallarında kino çarxlarına və videokasetlərə baxırlar. Sonra da ”Sinema-qarden”in xüsusi ayrılmış otaqlarında dincəlir və yeni müqavilələr bağlayırlar. “Venesiya kino nümayişləri” proqramı həm festivalı kino istehsalcılarının dəstəyi ilə təmin etmək, həm də Venesiyada kino bazarı yaratmaq məqsədilə meydana çıxıb.
Ardı →

Milyonların sevimlisi Kamal Sunal

  • Kino

“Küçükpazar”lı  Mustafanın oğlu

11 noyabr 1944-cü ildə İstanbulun “Küçükpazar” ərazisində Mustafa və Saimənin övladları dünyaya gəlir. Kasıb həyat tərzi sürən və sıradan bir ailə olan Sunal ailəsindən heç kimin ağlına da gəlməzdi ki, soyuq noyabrda doğulmuş bu körpə illər sonra milyonların qəlbini fəth edəcək dünyaca məşhur bir aktyora çevriləcək. Körpəyə Kamal adı verildi. Kamalın Çingiz və Cəmil adlı iki qardaşı da var idi. 

Getdiyi ilk məktəb “Memar Sinan", məzun olduğu təhsil ocağı isə “Vəfa liseyi” oldu. Ali təhsilini “Mərmərə universitetinin” qəzetəçilik fakultəsində alan aktyor, tələbə ikən həm də fabrikdə işləyirdi. Hələ “Vəfa liseyi”ndə oxuyarkən aktyorun fəlsəfə müəllimi, onu Türkiyə teatrının öndə gedən simalarından olan Müşfiq Kentər ilə tanış edir. Məhz bu tanışlıq aktyorun gələcək həyatına təsir edən məqamlardan biri olur.


Ardı →

Hazırcavab aktyorlar

  • Kino
Çarli Çaplin ABŞ-da yaşadığı müddətdə ciddi şəkildə təqib edilirdi. Buna tab gətirməyən dahi sənətkar ABŞ-ı tərk etmək məcburiyyətində qalır. Ondan
soruşanda ki, əgər ABŞ-da başqa adam prezident seçilərsə, onda o qayıtmağa razı olarmı?...Cavabında Çarli Çaplin deyir:
-Bu gündən sonra ABŞ-da İsa peyğəmbər özü gəlib prezident olsa da o bir daha qayıdası deyil.
Ekranda zavallı adam rollarında çıxış edən Çarli Çaplin həm də öz müstəbid xarakteri və acıdilliyi ilə də məşhur idi. Bir dəfə o öz itini gəzintiyə çıxarır. İt, yaxında durmuş son dərəcə arıq bir qadına sarmaşaraq onu yalamağa başlayır. Çarli Çaplin qadından guya üzr istəyib:
-Bağışlayın, madam, mənim itim heç vaxt bu qədər sür-sümüyü bir yerdə görməyib.
Teatr sahibkarı rus səhnəsinin məşhur artisti Samarini danlayaraq demişdi:  “Dünən Otello rolunu oynayarkən qeyri-təbii öldün!” Samarin ona belə cavab vermişdi: “Mən özüm də təəccüb edirəm. O maaşı ki mən sizdən alıram onun müqabilində təbii ölmək çətin deyildir!”-demişdir.
Ardı →

Ölməzdən əvvəl baxılmalı 50 film

  • Kino

"Ölməzdən əvvəl baxılmalı 50 film" (50 Films To See Before You Die) — 22 iyul 2006-cı ildə Britaniyanın Channel 4 televiziya studiyası tərəfindən göstərilən teleşou. Proqram Film4 televiziya kanalının ümumi efir buraxılışına hazırlanmışdır.

Proqramda 50 film təqdim edilmişdi. Filmlər televiziya tənqidçilərinin, ekspert və sadəcə izləyicilərin sorğusu nəticəsində seçilmişdir. Hər film öz janr və stilində ən mükəmməli kimi yığılırdı. Təzəlikcə prokata buraxılmış filmlər, yeni çəkilənlərdən daha çox idi. 


Ardı →

Uzağı görməyən neorealizm

  • Kino
Son illərin dünya kinosu şərti olaraq «uzağı görməyən neorealizm» adlandıra biləcəyimiz bir tendensiyanın yaranması ilə yadda qaldı. Bu tendensiyada Amerika və Avropa kinosunun mövzuya yanaşma tərzi, məziyyətləri diqqət çəkir. Əslində bu tendensiya ötən əsrin sonuna doğru, 90-cı illərdə özünü büruzə verməyə başlayıb.
Bu dövrdə Amerika kinosu insan münasibətlərinin daxili aləmini, mənəvi dünyasını araşdırmağa üstünlük verməyə başladı. Amerikalılara elə gəlirdi ki, insanlar fərdi baxışlara sahib olduqları üçün munasibətlər də daimi olmur və adətən, qalmaqala gətirib çıxarır. Avropa kinosu da qloballıqdan imtina edərək bütün diqqətini mikroaləmdə, insanların kiçik sevinc və kədərində cəmləşdirdi.
90-cı illərin ortalarında ingilis rejissoru Piter Helsomun “Aşiq-aşiq” filmi bu baxımdan diqqətəlayiq idi. “Aşiq-aşiq” filmi dəniz kənarındakı Blekpul şəhərində yaşayan klounlar dəstəsindən bəhs edən tipik ingilis komediyasıdır. Filmdə klounlardan birinin Amerikaya getməsi və ulduza çevrilməsindən bəhs edilir.
Ardı →

Kino 70-80-ci illərdə

  • Kino
Amerikalı sosioloqlar bu onillikləri ABŞ-da silinmiş, sıfır erası adlandırmışdılar. Siyasi və ictimai həyatda ilk baxışda nisbi sakitlik yaranmışdı. Əvəzində kinonun vəziyyəti gərgin idi. 70-ci illərin əvvəllərində Hollivud studiyalarının əksəriyyəti dərin maliyyə böhranı ilə üzləşmişdi, mustəqil kinokompaniyaların simasında ciddi rəqiblər meydana çıxmışdı. Onilliyin sonlarında isə ölkədə üçüncü elektron inqilabı baş verdi — evlərdə videomaqnitofon peyda oldu. Bununla belə «Xaç atası» ( rej. F. F. Koppola) kriminal savaşı, «Qu quşu yuvası üzərindən uçuş» (rej. Miloş Forman), «Qəddar küçələr», «Taksi sürücüsü», «Nyu- York, Nyu- York» (rej. Martin Skorseze), «Maral ovu» (rej. Maykl Çimino) filmləri, məhz bu onillikdə ekranlara çıxdı. Stiven Spilberqin də adı 70-ci illərin sonlarında kino məkanında hallanmağa başladı.
Ardı →

Oskar mükafatı

  • Kino
Kinematoqrafiya Sənət və Elm Akademiyasının bu mükafatı ilk dəfə 16 may 1929-cu ildə Hollivudun «Roosevelt» otelində təqdim olunur. İlk vaxtlar
təqdimetmə mərasimləri radio vasitəsilə yayımlansa da 1953-cü ildən televiziya ilə də göstərilməyə başlayır.
Oskar mükafatı hazırki görünüşdə ilk dəfə 1939-cu ildə təqdim olunur. Mükafatın «Oskar» adlandırılmasını Akademiyanın kitabxanaçısı(sonralar direktoru) Marqarit Herriklə əlaqələndirirlər. O, fiquru ilk dəfə gördükdə deyir:«Bu fiqur mənə necə də dayım Oskarı xatırladır.»
Oskarın təqdimetmə mərasimi hər il ABŞ dövlətinə 700 milyon dollar gəlir gətirir. Belə ki, həmin ərəfədə 10 000 insana iş yeri açılır
27 il ardıcıl olaraq Çikaqonun dəmirəritmə zavodu Los-Ancelesdən rıtsar heykəlinin postamentini bobin plyonkası formasında hazırlamaq sifarişini alır.
Ardı →

Azadlığı göstərən kino

  • Kino
Kino və diktatura mövzusunu araşdırarkən maraqlı bir ziddiyyət üzə çıxdı. Diktatura bəzi ölkələrdə kinonun bir sənət növü kimi az qala məhvinə rəvac versə də, bəzi ölkələrdə, əksinə, totalitar rejim kinonun inkişafına səbəb olub. Əsasən Afrika, Asiya, Kuba da daxil olmaqla Latın Amerikası və Mərkəzi Amerikanın bir sıra ölkələrində siyasi senzura kinonun inkişafı yolunda ciddi əngəldir.
Amma bu tendensiyanın əks qütbündə faşist diktaturası zamanı kino sənətində inqilab etmiş italyan neorealizmi, sərt dini rejimin qılıncı altında bütün dünya kinematoqrafiyası üçün hadisə sayılası filmlər ortaya çıxaran, dahilər yetişdirən İran kinosu dayanır.
Diktatura ilə kino sənətinin ilk toqquşduğu dövr isə İkinci Dünya müharibəsinə təsadüf edir.
Ardı →

Jan Mare

  • Kino
XX əsrin 50-60-cı illərində dünya ekranlarında nümayiş olunmağa başlayan «Qraf Monte-Kristo», «Parisin sirləri», «Kapitan Frakass» və " Fantomas" macəra trilogiyası bu gün də çox maraqla baxılır. Adıçəkilən ekran əsərlərinin sevilməsinin əsas səbəblərindən biri baş qəhrəman rollarını məharətlə oynayan dünya kinosunun parlaq ulduzlarından olan məşhur fransız aktyoru Jan Maredir.
Çəkildiyi filmlərdə romantik qəhrəman obrazlarını yaradan Mareni haqq və ədalət uğrunda, zəif və kimsəsizləri müdafiə etmək üçün şər qüvvələrə qarşı hər an döyüşə atılmağa hazır olan mərd və cəsarətli cəngavər kimi görürük. At çapmaq, qılınc oynatmaq, qeyri-bərabər qüvvələrlə yumruq davasından geri çəkilməyən aktyor, sanki bu cür obrazları yaratmaq üçün yaranmışdı.
Davamı →

Pedro Almodovar

  • Kino

İspan Pedro Almodovar son illərin müəllif kinosunun ən tanınmış rejissorlarından, müasir kinematoqrafiyanın klassiklərindən biridir. Onu Qoyyanın şagirdi, Lorkanın ruh qardaşı, İspaniyanın zədələnmiş ruhu adlandırırlar. Almodovarın sayəsində dünya Penelopa Kruz, Antonio Banderas, Rossi de Palma, Viktoriya Abril kimi istedadları tanıdı.
Rejissorun filmlərində sosial realizm, naturalizm güclüdür. Onun qəhrəmanları tibb bacıları, narkomanlar, aktyorlar, müğənnilər, filosofluq edən cahillər, homoseksuallardır. Bir çox filmlərində Almodovar qadın təbiətini tədqiq edir. Rejissor qadınları anlatmaq üçün dərin psixologizmə varmır, filosofluq etmir, onların dünyalarını qəliz, ağır kino elementləri ilə ifadə etmir.


Ardı →