Рейтинг
+71.26

Kino

54 üzv, 170 topik

Qadın rejissorlar

  • Kino
Dünya kinosunda qadın rejissorların imzalarına hələ kinonun səssiz dövründə rast gəlinirdi. Yüzlərlə kişi rejissorların arasında onlar tək-tək gözə dəysə də, ötən əsrin iyirminci illərində Fransa kinosunda avanqardın atası sayılan Lui de Lukun tələbəsi Jermen Dulak artıq impressionist filmlər çəkirdi. Onun «İspan bayramı», «Gülümsəyən madam Böde» filmləri kino tarixində özünəməxsus yer tutur. Bolqarıstanda Binka Jelyaskovanın antifaşist ruhda çəkdiyi «Biz necə də gənc idik» filmi 1961-ci ildə Beynəlxalq Moskva Kino Festivalında mükafata layiq görülmüşdü.
Ardı →

Marçello Mastroyanni

  • Kino
İtaliya kinosunun ən məşhur simalarından olan Marçello Mastroyanni yaratdığı obrazlarla dünya kino tarixində silinməz iz qoyub. Yüksək artistlik məharəti və diqqətçəkən xarici görünüşü ilə o, tamaşaçını məftun edirdi. Mastroyanni çəkildiyi filmlərdə müxtəlif rolları — gülməli və əzabkeş, sadəlövh və hiyləgər, romantik aşiq və davakar qəhrəmanları məharətlə yaradırdı. O hətta ümumən uğursuz alınan filmlərə özünəməxsus cazibə gətirirdi.
Marçello Vinçenso Domeniko Mastroyanni 1924-cü il sentyabrın 28-də Frozinone şəhərciyinin yaxınlığındakı Fontana-Liri kəndində dünyaya göz açıb. Yeniyetmə ikən atasının dülgərlik emalatxanasında fəhləlik edib. Sonra Roma universitetinin iqtisad fakültəsinin tələbəsi olan Marçello, eyni zamanda, bu təhsil ocağının həvəskar teatr səhnəsində ilk çıxışlarına başlayır.
Davamı →

Çarli Çaplin - səssiz kinonun dahisi

  • Kino
Kinematoqrafiyada Çaplin dövrü təxminən 50 il davam edib. Karyerasına ən aşağıdan başlayan Çarli artıq 25 yaşında dünya şöhrəti qazanıb. Onun «Qızıl titrətməsi», «Böyük şəhərin işıqları», «Yeni vaxtlar», «Böyük diktator», «Müsyö Verdu», «Rampanın işıqları», «Kral Nyu-Yorkda», «Honq-konqlu qrafinya» kimi humanist, antifaşist filmləri bütün dünyanı fəth edib. Amma o özü həqiqi məhəbbətini ancaq 54 yaşında tapıb. Buna qədər isə ara-sıra «əxlaqsız» həyat tərzində ittiham edilən Çaplin bir neçə dəfə evlənib və boşanıb.
Davamı →

Xaç atası

  • Kino

XX əsrin əvvələrindən dünyanın kino mərkəzinə çevrilən Hollivud sonradan “şedevr” adlandırılacaq və kinematoqrafiyanın gələcək inkişafına əsaslı təsir göstərəcək filmlər istehsal etdi. Əvvəla onu qeyd edim ki, şedevr ifadəsi (fr.hərfi mənası “ən yaxşı iş” “zəhmətin zirvəsi”) incəsənətin hər hansı bir sahəsində, o cümlədən kinematoqrafiyada yaradılan ən möhtəşəm, təkrarolunmaz əsərlərə aid edilir. Odur ki, daşıdığı məna şedevr epitetini filmlərə aid etməyi tələb edir. Bu mənada, dünya kinosunda istisna təşkil edənlərin sayı elə də çox deyil. Belə nadir istisnalardan biri də təbii ki, “Xaç atası” filmidir. Ən önəmli kino hadisələrindən biri sayılan bu möhtəşəm sənət əsəri haqqında kinotənqidçilər çox yazıb, fox fikirlər söyləyib. Amma əsl qiyməti tamaşaçı auditoriyası – özü də hələ filmin ekranlara çıxdığı uzaq 1972–ci ildə vermişdi. Belə 6 milyonluq büdcəyə malik olan “Xaç atası” 250 milyon dollar qazanmışdı.


Ardı →

Uşaq filmləri

  • Kino
Deyirlər, uşaqlar həmişə həqiqəti danışırlar. Uşaqlar aktyorluq etməyi böyüklərdən yaxşı bacarırlar. Böyüklər nə qədər dahiyanə oyun nümayiş etdirsələr də, şərtilik məfhumunu heç vaxt unutmurlar — uşaqlardan fərqli olaraq. Oyun vaxtı uşaq üçün reallıq və oyun arasındakı sərhəd şəffaflaşır. Uşaq böyüyün gülmədiyi hadisələrə, sözlərə gülür. Meksikada hər il qeyd edilən ölülər bayramında yalnız uşaqlar skelet formasında hazırlanmış şirniyyatı yeyə bilərlər. Uşaqlar üçün ölüm də oyundur.
İncəsənətin ən mühüm mövzularından olan — kütlə içində tənhalıq uşaq mövzusunun vasitəsi ilə göstəriləndə daha kəskin xarakter alır.
Ardı →

Mixail Romm

  • Kino
Sovet kinosu tarixində özünəməxsus yeri olan kinorejissorlardan biri də Mixail Romm olub. O, 1901-ci yanvarın 24-də Rusiyanın İrkutsk şəhərində anadan olub.
1925-ci ildə Ali Bədii-Texniki İnstitutunu bitirərək, heykəltəraş və tərcüməçi ixtisasına yiyələnib. 1930-cu illərdən kino sahəsində işləməyə başlayıb. Əvvəlcə ssenarilər yazır, sonra “Soyuzkino” (indiki “Mosfilm”) studiyasında rejissor assistenti işləyib. 1933-cü ildə quruluşçu rejissor kimi fransız yazıçısı Gi de Mopassanın “Gonbul” hekayəsinin motivləri əsasında eyniadlı film çəkir. İlk ekran işi uğur qazanır və bundan sonra rejissor Orta Asiyada sovet hakimiyyətinin qurulması mövzusunda “On üçüncü” filmini lentə alır.
Mixail Romm daha çox Oktyabr inqilabı və Lenin haqqında filmləri ilə məşhurdur. “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə” filmləri vaxtilə sovet kinosunun şedevrləri sayılırdı.
1940-1950-ci illərdə rejissor antifaşizm mövzusuna müraciət edir və bir sıra filmlər çəkir. Bunlardan “Adi faşizm” sənədli, “217 № adam”, “Gizli missiya”, “Dante küçəsində qətl” və digər bədii filmləri o dövr sovet kinosunun ən seçilən ekran əsərləri idi. “Adi faşizm” sənədli filmi 1965-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən beynəlxalq kinofestivalda mükafat qazanır. Məhz bu film müəllif kinosunun yaranmasına bir təkan olur.
Rejissorun 1961-ci ildə çəkdiyi nüvə tədqiqatçıların həyatından bəhs edən “Bir ilin doqquz günü” filmi Bolqarıstanda keçirilən beynəlxalq kinofestivalda əsas mükafata layiq görülür. Filmdə əsasən elm adamları arasındakı psixoloji münasibətlər önə çəkilib.
Beynəlxalq festivallarda qazandığı müvəffəqiyyət Mixail Rommu yeni filmlər çəkməyə ruhlandırır. Ancaq xəstəlik və uzunmüddətli gərgin iş onu əldən salmışdı. Sənətkar 1971-ci ildə vəfat edir. Onun yarımçıq qalmış “Mən yenə də inanıram”, “Dünya bu gün” filmləri ölümündən sonra sənət dostları tərəfindən çəkilib başa çatdırılır.
Sovet kinosunda özünəməxsus sənət məktəbi yaradan Mixail Rommun yetişdirmələri arasında Tenqiz Abuladze, Georgi Çuxray, Andrey Tarkovski, Valeri Şukşin görkəmli rejissorlar olub.

Mənbə: Mədəniyyət qəzeti


Davamı →

Gürcü kinosu

  • Kino

Gürcü kinosunun tarixi Avropa kinosu ilə eyni vaxtdan başlayıb. Tiflisdə ilk kinoseans 16 noyabr 1896-cı ildə keçirilib. İlk nümayişdən sonra Gürcüstanın Kutaisi və bir neçə başqa şəhərlərində də kino mərkəzləri açılıb. 1908-ci ildə Diqxmelov və Amaşukeli gürcü kinosunun ilk eksperimental kadrlarını çəkiblər. Gürcü kinematoqrafiyasının rəsmi yaranma tarixi isə 1912-ci ildən hesablanır. Məhz bu tarixdə rejissor Amaşukelinin «Akakiya Sereteli Raça- Leçkumidə» adlı ilk tammetrajlı sənədli filmi meydana çıxıb.


Ardı →

Stiven Spilberq

  • Kino
Dünya şöhrətli Amerika kinorejissoru Stiven Spilberqə (Steven Spielberg) Kinokamera-adam ləqəbi hələ uşaq ikən həvəskar film çəkilişi ilə məşğul olduğuna görə verilib. Spilberq tərcümeyi-halında yazır ki, səhhətində olan problemlər ona həmyaşıdları ilə oynamağa imkan vermirdi. Bu səbəbdən gələcək rejissor daim qonşu uşaqların ona rişxənd etməsindən gileylənirdi. Azyaşlı Stiven sakitliyi yalnız evdə film seyr etməklə tapırdı. Özünü yalnız hiss edən Stiven valideynlərinin ona ad günündə hədiyyə etdiyi kiçik kamera ilə film çəkməyə başlayır. Onun ilk “filmləri” isə bacısının dərs hazırlaması, anasının necə qab yumağı kimi sadə məişət hadisələrindən ibarət idi.
Ardı →

Leon

  • Kino
Film 1994 cü ildə rejissor Lyuk Besson tərəfindən çəkilmişdir.
Leon pulla adam öldürən soyuqqanlı bir killerdir.O çox tapşırıqlarını əsasən dostu Tonidən alır.Toni öz işlərini balaca bir restoranda işləməklə aparır.
Leon boş vaxtlarında qimnastika ilə məşğul olur,kinoya gedir və ən əsası özünün daimi dostu olan otaq bitkisinə qulluq edir.
Leon bir gün gözlənilmədən öz qonşusu 12 yaşlı Matilda ilə qarşılaşır.

Ardı →