Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

İran kinosu

  • Kino
İran kinosuCənub qonşumuz bəlkə də bir çox şeylərə görə bizə həsəd apara bilər. Amma bunların içərisində dəqiq kino yoxdur. Qılınc və çadra altında yaradılsa da, bütün dünyaya meydan oxuyan kinoları ilə İran rejissorları qarşısında baş əyməkdən başqa çarəmiz yoxdur.

Tarkovski bizim qonşumuz olsa da, onlar daha çox bəhrələndilər, özününkiləşdirdilər. Sonra bir az Odzulaşıb, bir az da Qodarlaşdılar, arada lap Felliniləşdilər də.

Amma eybəcər şəkildə onları imitasiya etmədilər, əksinə, özlərinə qatıb yeni bir şey ortaya qoydular. Elə bir şey ki, az bir zamanda Kann, Berlin və Venesiyada onun öz yeri oldu. Bəli, bu İran kinosu idi, bu Kiarostami, bu Pənahi, bu Maxmalbaf, bu Qobadi, bu Məcidi, bu Fərhadi və onlarla başqaları idi.
Ardı →

"Susuz yaz"- türk kommunistinin ilk filmi

  • Kino

Film 1963-cü ildə yazıçı Yaşar  Kamalın “qocalmayan uşaq” adlandırdığı,  Cümhuriyyət dövrünün ən məşhur yazarlarından Nəcati Cumalinin eyni adlı hekayəsi əsasında çəkilib. Nəcati Cumali hekayəni 1962-ci ildə İzmirin Badəmlər kəndində vəkil olaraq işlədiyi zaman apardığı müşahidələr əsasında yazıb. Filmin rejissorluğunu isə demək olar ki, çəkdiyi əksər filmlər ilə başı daim senzura ilə qeylü-qalda olan Türkiyənin ilk rejissorlarından olan Mətin Ərksan ilə amerikalı rejissor Devid E. Durston etmişdir. Musiqisini Yunanıstanın Akademiya mükafatı laureatı Manos Hacidakis bəstələyib.


Ardı →

Moskva göz yaşlarına inanmır

  • Kino
– Mən səni nə qədər çox gözləmişəm? Москва слезам не верит
– 3 gün.
– Mən səni nə qədər çox gözləmişəm…
Əlbəttə ki, onun kimi kişini hər bir qadın bütün ömrü boyu gözləməyə hazırdır, təki o gəlsin. Ancaq gəlirmi? Onun kimi kişilər necə deyərlər, “göydən tökülmür”. Məncə, elə göydən tökülür axı, sadəcə çox az-az tökülür və ya ümumiyyətlə, tökülmür. Gözlə ki, gözləyəsən…

Qadını hansı kişi xoşbəxt edə bilər? O necə görünür, hündürboydur, sarışındır, imkanlıdır? Gəlin, çox axtarmayaq. Bütün bu sualların cavabını 1979-cu ildə “Moskva göz yaşlarına inanmır” filmini çəkən Vladimir Menşov verir. O nəinki sovet qadınlarına, hətta bütün dünyadakı qadınlara necə bir kişi ilə xoşbəxt ola biləcəklərini göstərir. Bu, Qoşa idi. Onu, həmçinin, Qoqa, Yura, Jora da adlandıra bilərsiniz, adın önəmi yoxdur. Önəmli olan onun kişi xasiyyətli olması və özünə, ətrafına, sevdiyi qadına hörmətlə yanaşmağı bacarmasıdır.

Əslində, bu obrazı yaratmaq üçün qadın psixologiyasına dərindən bələd olmaq lazım idi. Qadının nə istədiyini, ona necə yanaşmağı bilmək lazım idi. Menşov, görünür, bunu çox gözəl bilirdi. Məlumdur ki, rejissor özü bir ata, bir həyat yoldaşı kimi idealdır. Odur ki, “Qoşa” obrazını yaratmaq onun üçün heç bir çətinlik törətmir. Qoşa xarakterinə qayıdacağıq, hələlik isə sovet filmləri arasında öz xüsusi yeri olan “Moskva göz yaşlarına inanmır” haqda ətraflı söhbət edək. Vladimir Menşov filmi çəkərkən heç kim onun uğur qazanacağına inanmırdı. Onu filmin süjetinin primitiv olmasında təqsirləndirirdilər: “Bu çox adi, banal bir hekayədir”…
Ardı →

Filmlər haqda maraqlı faktlar

  • Kino
Dracula1. Haqqında ən çox film çəkilmiş personaj qraf Drakuladı-72 filmdə bu personajın adı keçib. İkinci yerdə Şerlok Holmsdı- 66 film. Üçüncülüyü isə 60 filmlə Tarzan qapayır.

2. “Emanuel” erotik filmi Parisin bir kino teatrında düz 11 il nümayiş olunub.

3. Tənqidçilərin rəyinə əsasən dünya kino tarixinin ən yaxşı trilleri Hiçkokun “Psixo”sudu. İkinci yerdə Spilberqin “Çənələr”i, üçüncü yerdə isə “Quzuların susması”dır.

4. Kinoda ən gec debüt Janna Luiza Kalmana aiddi. O 114 yaşında Kanada istehsalı “Vinsent və mən” filmində elə öz obrazını oynayıb. Bu debütdan sonra aktrisa hələ 8 il də yaşayıb.

5. Hindistan kino istehsalına görə dünyada liderdi. 90-cı ildə bu göstərici ilə 948 (!) filmə çatmışdı.

6. Ən uzun adı olan film İtaliya istehsalıdı. Film belə adlanır: “ Sevgidən və anarxiyadan bəhs edən bir film və ya bu səhər saat 10-da Via Dey Fiora-səbr evi kimi tanınmış məkanda”

7. Kinoda ən məhşur it obrazı Lessidi. Düz 8 Kolli cinsli it Lessi obrazında çəkilib.
Ardı →

İndiyədək çəkilmiş 10 ən yaxşı film

  • Kino
Hər gün bir çox yeni film viziona girməkdədir. Onların bir qismi asanlıqla unudulur, çox az qismi isə yaddaşlara yazılır...Bir filmi dəyərli edən ən böyük xüsusiyyət kassa hasilatı hesab edilsə də, çox insanlar illər sonra belə xatırlanan bir filmi daha dəyərli hesab edirlər. Budur sizə indiyə qədər çəkilmiş 10 ən yaxşı film.

10. Fight Club
Növ: Dram
Rejissor: David Fincher
Baş rol aktyorları: Edward Norton, Brad Pitt, Helena Bonham Carter
Çəkilmə tarixi: 1 İyul 1998 – 11 Dekabr 1998
Büdcə: 63,000,000 dollar
Hasilat: 108,023,395
Müddət: 139 dəqiqə

9. The Lord of the Rings: The Return of King
Növ: Macəra, Fantastik, Döyüş
Rejissor: Peter Jackson
Baş rol aktyorları: Orlando Bloom, Viggo Mortensen, John Rhys – Davies, Elijah Wood, lan McKellen
Çəkim tarixi: 11 Oktyabr 1999 – 22 Dekabr 2000
Büdcə: 94,000,000 dollar
Hasilat: 1,129,227,325 dollar
Müddət: 201 dəqiqə
Ardı →

Pinin həyatı | Life of Pi

  • Kino
Life of PiYann Martel 2001-ci ildə Kanadada romanını çap edəndə, yəqin ağlına da gəlməzdi ki, romandakı benqal pələngi ilə 16 yaşında yeniyetmənin 227 gün okeanda azmış qayıqda qalmaları filmə çəkilsin.

Kino, qısaca desək, ölüm-dirim arasında Tanrının görüşü üçün mənəvi bir səyahətdir.

Film zooparkda heyvanların görüntüsü ilə başlayır, birinci təsvirlərdə dünyanın ən kiçik quşu olan kolibrilər ağaca dırmaşmış ayının ətrafında uçmağa başlayır. Kolibrilər sanki sinema pərdəsindən çöldədir, dəqiq hiss edirsən ki, zalda uçur, səsi də zalın içindən gəlir. Elə həmin bu fraqmentdən təəccüblənib başa düşürsən ki, baxdığın film qeyri-adi təsvirlərlə dolu olmalıdır və sırf təbiət deyil, 3D animasiyalardan yararlanıb.

Kanadalı yazıçı filmin qəhrəmanından istəyir ki, öz hekayəsini danışsın. Motiv yalnız hekayəni yazmaq deyil. Həm də Pinin əmisi ateist yazıçıya deyib ki, Pi sənə tanrıya inancı göstərəcək.

Pi sözünün nə olduğu da maraqlıdır. Demək, Hindistanın Fransa koloniyası olan əraziləri işğaldan azad olduğu zaman Pinin atası zoopark açır. Atasının dostu Parisdə “Piscine Molitor Patel” hovuzunun yiyəsidir. Pinin atasına zarafatca deyibmiş ki, oğlunun belə təmiz ruhlu olmasını istəyirsənsə, adını “Piscine Molitor Patel” qoy. Atası da bu zarafatı ciddi qəbul edir, həqiqətən də oğluna bu adı qoyur.
Ardı →

Universal Studios

  • Kino
Bildiyimiz kimi, filmlərin ərsəyə gəlməsində ən böyük rol film studiyalarının payına düşür. Hollivud məhz bu studiyaların hesabına böyük kino dünyasına çevrilmişdir. Bu studiyalar arasında “Böyük 6-lıq” adlanan studiyalar barədə hər sayımızda sizə məlumat veriləcək. İlk haqqında yazacağımız studiya “Universal Studios”dur. Kompaniyanın əsası Karl Laeml tərəfindən qoyulmuşdur.

1905-ci ildə Karl Çikaqoda paltar mağazası açmaq üçün yer axtarırdı. O, küçədə “nickelodeon” adlanan kiçik qutucuqlarda göstərilən filmlərə insanların böyük marağı olduğunu müşahidə edir. Bundan həvəslənən Laeml işini dəyişmək qərarına gəlir və “The White Front Theater” qurumunu yaradır. Bir ay ərzində o, lazımi qədər pul toplayır və ikinci teatrı yaradır. “Laemmle Film Service” ölkənin ən iri qurumuna çevrilir.
Ardı →

Sürəyyanı daş-qalaq etmək | The Stoning of Soraya M.

  • Kino
Soraya Manutchehri 1950-ci ildə İranda doğulub. 1986-cı il 15 avqustda əxlaqsızlıq edildiyi iddiasıyla daş-qalaq edilərək öldürülüb.
Yalançı şahidlərin ifadəsiylə vəhşicəsinə öldürülən bu qadının günahsız olduğunu bir çoxları bilir. Ancaq ərinin və ona yaxın bir neçə insanın, eyni zamanda kəndin mollasının (şah rejimi zamanında uşaqbazlıq üstündə həbsə atılmışdı) şahidliyi insanlıqdan kənar bu hadisəni qaçınılmaz edir.

Rəcmdən bir gün sonra kəndə gələn fransız əsilli iranlı jurnalist Freidoune Sahebjamın sayəsində Sürəyyanın yaşadıqlarını bütün dünya bilir. Belə ki, Sürəyyanın qohumu Zəhra hadisəni olduğu kimi ona danışır. O da 1994-cü ildə “The Stoning of Soraya M.” – “Sürəyyanı daş-qalaq etmək” adlı kitab çıxarır. 2008-ci ildə isə eyniadlı film çəkilir.

Bu əhvalatdan xəbərsiz olanlar da artıq filmin adından onun nədən bəhs edildiyini anlayır. İnsanı daş-qalaq edərək öldürməkdən…

Filmdə qadınların insan sayılmadığı, onların heç bir söz haqqının olmadığı cəmiyyətdə şəhvəti uğruna bir insanın ölümünə belə razı olan insanların din adı altında nələr etdikləri göstərilir. Bəzi müsəlman ölkələrində zina edənlər (evli olmadığı birisiylə cinsi əlaqəyə girmək) rəcm edilərək (daşlanaraq) öldürülür.

Quranda bununla bağlı bir ayənin olmadığı halda islamı öz məqsədlərinə uygun şəkildə anlayan insanların vəhşilikləridir bu.
Ardı →

Simpsonlar

  • Kino
SimpsonlarBəzilərimizin yadında uşaqlıqdan baxdığımız ən uzun serial “Santa Barbara”, bəzilərimizin yadında isə “Simpsonlar” qalıb. İlk dəfə rus kanalı olan Ren Tv-dən bu seriala baxanda təxminən ibtidai sinifdə oxuyurduq. İllər keçdi, “Santa Barbara” belə bitdi, amma “Simpsonlar” bitmədi. Yaşıdımız olan bu multfilm dünyanın ən uzun mult-serialı olmaqla, həm də ən uzun sitkom və ən çox sayda ulduzların dəvət aldığı televiziya serialı kimi də Ginnesin Rekordlar Kitabına düşüb.

Bundan başqa, 2013-cü ildə ən yaxşı qısametrajlı animasiya filmi nominasiyasında Oskar, 4 müxtəlif kateqoriyada 27 dəfə “Emmi”, 3 dəfə British Comedy Awards və digər mükafatlar alıb. “Time” jurnalı onu, “yüzilliyin ən yaxşı televiziya serialı” “Empire” jurnalı isə “bütün dövrlərin ən yaxşı televiziya şousu” adlandırıb. Serialın şərəfinə Hollivudun “Məşhurlar Xiyabanı”nda ulduz da var. Hal-hazırda dünyanın yüzdən çox ölkəsində tanınır.

Bu multfilm kəskin satira ilə bir çox klişe və stereotipləri dağıdır, “orta statistik amerikalının” həyat tərzini əks etdirir. Serialın yaradıcısı Mett Qreyninq o vaxtlar məşhur olan “Cəhənnəmdə yaşamaq” komiksinin müəllifi kimi tanınırdı. O, əvvəlcə elə bu komiksi qısametrajlı animasiya seriyaları kimi davam etdirmək istəyirdi. Lakin komiks qaydalarını pozmamaq üçün birdən-birə fikrini dəyişdi və o, amerikan ailəsinin həyatı haqqında plan çəkməyə başladı.
Ardı →