Cəsur yeni dünya

Oldos Haksli Britaniyada, məşhur Haksli ailəsində 1894-cü ildə doğulmuşdur. Müasirləri onun iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyən və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı.

Müəllifə görə “Cəsur Yeni Dünya” romanı gələcək haqqında kəhanətdən ibarətdir. Antik yunan mifologiyası, polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa… Haksli “Cəsur Yeni Dünya”nı bütün bunlardan topladığını deyir.

Kitabdan serçmələr:
Və məhz elə bu xoşbəxtlik və məziyyətin sirridir-görməli olduğunuz işi xoşlamaq. Bütün tənzimləmələrin məqsədi budur: insanlara qaçılmaz sosial qismətlərini sevdirmək.

Xoşbəxtlik haqqında insanlar düşünməli olmasa, həyat necə də əyləncəli olardı. Hə, amma mən suni xoşbəxtlikdənsə bədbəxt olmağı daha üstün tuturam.

Xoşbəxtlik öz sadə görüntüsü ilə, bədbəxtliyin rəngarəng çalarlarının yanında hər zaman riqqətli görünür. Bir də əlbəttə, stabillik qeyri-stabillik qədər cəlbedici deyil. Xoşbəxtlikdə pis qismətə qarşı mübarizənin romantikası, hisslərlə obrazlı mübarizə və ya şübhə və ehtiras ilə ölümcül mübarizənin heç biri yoxdur. Xoşbəxtlik heç vaxt təşəxxüslü olmur.

Xoşbəxtlik ağır bir işdir. Xüsusilə də başqalarının xoşbəxtliyi. İnsanlar əgər sorğulamadan qəbul etməyə tənzimlənibsə, xoşbəxtlik həqiqətən də daha çətin bir işdir.

Biz nəyisə qurban vermədən heç nə əldə edə bilmərik. Xoşbəxtlik üçün bəzi şeylər vermək lazımdır.

Əlbəttə, tələbələrə gələcəkdə işlərini yaxşı görmələri üçün hər hansı bir fikir vermək lazım idi, lakin verilən bu fikrin miqyası çox böyük olmalı deyildi. Əks-təqdirdə, tələbələrdən cəmiyyətə yararlı, xoşbəxt və yaxşı insanlar çıxmazdı. Filosoflar deyil, məhz oymaçı və marka kolleksiyaçıları cəmiyyətin təməl daşını təşkil edir.

İnsan öz seçimləri ilə qala bilməz. Mən həqiqətdə maraqlıyam, elmi sevirəm. Lakin həqiqət təhlükəlidir, elm isə ictimai təhlükə. Faydalı olduğu qədər də təhlükəlidir. Elmin etdiklərini elmlə də məhv edə bilmərik. Ətrafında qarayara bombaları partlayarkən, həqiqət və gözəlliyin və ya savadın nə kimi əhəmiyyəti var?

Əsl elmi ixtiraların hər birinin içində dağıdıcılıq var, hətta bəzən hər elm sahəsinə düşmən kimi baxmaq lazım ola bilər. Bəli, hətta elmə qarşı da.

Siz məğzini bilmədən hər hansı bir elmi öyrənə bilməzsiniz.

İnsanın birləşdirdiyi şeyi təbiətin ayırmağa gücü çatmaz.

Güllərin və mənzərələrin təhlükəli bir qüsuru var: onlar havayıdırlar. Təbiətə sevgi ilə zavodları doldurmaq olmaz.

Əxlaqi təhsil heç bir halda rasional olmalı deyil.

Əgər siz tarixə öyrəşməmisinizsə, keçmişə dair bir çox faktlar sizə ağlasığmaz gələ bilər.

Reallıqdan istədiyin vaxt tətilə çıxa bilərsən. Qayıtdığında isə, nə baş ağrın olacaq, nə də danışa biləcəyin hər hansı bir mif.

İfrat ağıl öz məqsədləri uğruna qəsdən yalnız qalmaq üçün könüllü korluk və karlıq edə bilər, mövcud suni həzzlərdən əl çəkər.

İnsanlar səndən şübhələnməyə başladıqda, sən də onlardan şübhələnməyə başlayırsan.

İnsan axı ikilikdə qaldıqda nə edə bilər ki? (Əbbəttə yatağa getməkdən başqa, lakin bunu da hər zaman edə bilməzsən.) Hə nə var ki? Çox az şey.

Hamı hamı üçün işləyir. Biz başqası olmadan yaşaya bilmərik.

İntellektual üstünlük əxlaqi məsuliyyətləri də özü ilə bir yerdə gətirir. İnsanın istedadı nə qədər böyükdürsə, onun insanları yoldan çıxarma gücü də bir o qədər çox olur. Çox insanın korlanmasındansa, bir insanın əzab çəkməsi daha yaxşıdır. Heç bir günah, davranış uyğunsuzluğu kimi bağışlanılmaz deyil. Davranış pozgunluğu isə tək bir şəxsin həyatından daha çox şey üçün, təhlükə yaratmaqdadır, bu birbaşa cəmiyyət üçün təhlükəlidir.

Dostun əsas funksiyalarından biri də, bizim düşmənlərimizə vermək istədiyimiz, lakin verə bilmədiyimiz cəzaları onun çəkməsidir. (Daha mülayim və simvolik formada)

“Çünki köhnədirlər. Bu əsas səbəbdir. Biz burada köhnəlmiş heç nədən istifadə etmirik. Hətta onlar gözəl olsalar da? Xüsusilə onlar gözəl olduqlarında. Gözəllik cəlbedicidir və biz insanların köhnə şeylər tərəfindən cəlb olunmasını istəmirik. Biz insanların yeni şeyləri bəyənməsini istəyirik.

Sahib olduğumuz şeylər bizə nə qədər aiddirsə, biz də özümüzə o qədər aidik. Özümüz özümüzü yaratmamışıq, özümüzdən üstün ola bilmərik.

Bizim bütün dünənlərimiz biz axmaqların tozlu ölümünə gedən yolu işıqlandırırdı.

Məqsədi olmayan uşaqlar üçün milçəklər nədirsə, biz də tanrının gözündə onlarıq.

Yatmaq sənin ən yaxşı istirahətindir, sən elə hey yuxuya gedirsən, amna ölümdən qorxursan, hansı ki, yatmaqdan başqa bir şey deyil.

İntellektual insan seksdən daha maraqlı bir şeyi tapan insandır.

Hər şeyi bilmək üçün. Təkcə tamaşaçı deyil, həm də aktyor olmalısan.

Hazırladı: Şahanə Nuriyeva
 

0 şərh