Özünü sevməyi öyrədən 10 kitab

1. Qay Hendriks — "Özünü sevmək sənəti"
İnsanlar duyğuların axdığı bulaq kimidirlər. Bu duyğulara diqqət etsək də, etməsək də, gün boyu hər an qorxu, qəzəb, kədər və həyəcan hiss edirik. Şüurda qəbul ettiyiniz və etməyidiniz hislərin arasında həssas tarazlıq var. Əgər bu hisləri dəngədə saxlamaq üçün fərqində olmalısınız.
2. Elizabet Hilbert — «Ye, dua et, sev»
Elizabet Hilbert - Ye, dua et, sev
Növbəti uğursuz sevgi… Həyatın mənasını tapmaq ümidilə gənc tənha qadın uzun səyahətə çıxır. İtaliya, İndoneziya, Hindistanı gəzdikdən sonra anlayır ki, özü haqqındakı düşüncələri yanlış imiş. Demə xoşbəxtliyi gözləmədiyin yerdə də tapmaq mümkündür, insan sadə şeylərlə də xoşbəxt ola bilərmiş.

3. Laretta Broyninq — «Xoşbəxtlik hormonları»
Hər birimiz «xoşbəxtlik hormonları» haqqında eşitmişik: dofamin, serotonin, oksitosin və endorfin. Amma hamımız bu hormonların necə işlədiyini dəqiq bilirikmi? Kitab oxucuya məhz bunları öyrədəcək.

4. Sunim Qemin — «Mükəmməlsizliyi sevmək»
Sunim Qemin - Mükəmməlsizliyi sevmək
"Əvvəlcə özünə qarşı xeyirxah ol, sonra başqalarına" cümləsi – ildırım çaxması kimi bir effekt verir. Bir çoxumuz həyatın təzyiqinə qarşı narahatlıq və depressiyaya səbəb olan problemlərə məhəl qoymadan yaşayırıq. Bəziləri ofisdə, məktəbdə, evdə və s. fasiləsiz işləyərək hesab edirlər ki, bununla özlərini və yaxınlarını xoşbəxt edəcəklər. Heç düşündünüzmü? Məsələn, təyyarədə fövqəladə hallarla bağlı davranış qaydalarında deyilir: «Təhlükə anında oksigen maskasını əvvəlcə özünüz geyinin, sonra başqalarına kömək edin».

5. Mixail Labkovski — "İstəyirəm və edəcəyəm"
Mixail Labkovski - İstəyirəm və edəcəyəm
Psixoloq Mixail Labkovski əmindir ki, hər bir insanın xoşbəxt olmağa haqqı var və o nə istəyirsə, onu da etməlidir, öz istədiyi kimi yaşamalıdır. Kitab özünü anlamaq, həyatı sevməyi və harmoniya içində yaşamağı öyrənməkdən bəhs edir. Müəllif sağlam həyat tərzinə mane olan psixi səbəbləri tədqiq edərək bu səbəbləri aradan qaldıran yolları göstərərək onu oxuculara da təqdim edib.

6. Yekaterina Siqitova — «Xoşbəxtlik resepti»
Özünü sevmək və necə varsa eləcə qəbul etmək çoxları üçün əlçatmaz kimi görünür. Bizi çox vaxt inandırırlar ki, nəyin bahasına olursa olsun, çatışmazlıqlarımızdan qurtulmalıyıq, əgər bunu edə bilmiriksə, heç olmasa onları gizlətməliyik. Bu səbəbdən daim özümüzü tənqid edir, daxili harmoniya qura bilmirik. Həkim psixoterapevt Yekaterina Siqitova — «Xoşbəxtlik resepti» kitabında insanın özünü necə sevməyi öyrənməsini və öz həyat təcrübəsindən yola çəxaraq problemlərlə necə baş etməsindən söz açır.

7. Brene Braun — «Mükəmməlsizliyin hədiyyəsi»
Brene Braun - Mükəmməlsizliyin hədiyyəsi
Biz hamımız öz çatışmazlıqlarımızdan utanırıq. Ətrafımızda olanların bizi gücsüz görəcəklərindən ehtiyat edir, qüsurlarımızı fərq edəcəklərindən çəkinirik. «Mükəmməlsizliyin hədiyyəsi» kitabının müəllifi Brene Braun məhz utanmaq hissini mədəniyyətin epidemiyası hesab edir. Ömrünü bor çox insanın həyatını öyrənməyə həsr edərək müəllif bu qənaətə gəlib ki, insan yalnız öz natamamlığını və çatışmazlıqlarını qəbul etdikdən sonra bütün enerjisi ilə yaşaya bilər, həm özü, həm də dünya ilə harmoniyaya daxil olar.

8. Luiza Hey — «21 gündə xoşbəxt ol»
Luiza Hey - 21 gündə xoşbəxt ol
Özünəkömək kitablarının müəllifi, dünyaca məşhur Luiza Hey bu kitabında da yenə insana özünü sevməyi öyrədir. Bu dəfə müəllif güzgü ilə işləmək üçün 21 günlük praktiki məşğələlər təqdim edir.

9. Enn Lamott — «Kiçik qələbələr»
Enn Lamott - Kiçik qələbələr
Sadə olduğu qədər çox da ciddi kitabdır. Biz insanların qəribə bir xüsusiyyət var. Ağır sınaqlardan keçsək də, daxilimizdəki inamı itirmirik. Qəmdən, kədərdən gözlərimiz kor olsa da, gülümsəyə bilirik. Kitab insana həyatda davam edə bilmək üçün güc və inam aşılayır.

10. Ceylan Mumoğlu — «Sev və İnan»
“Sev və inan!” sevgisizliyi yaradan səbəblərə qalib gəlməyi, insanda aktiv qüvvə olan sevgini düzgün istiqamətləndirməyi və bunu həyatın bütün sahələrinə tətbiq etməyi aşılayan kitabdır. Müəllifə görə, bugünkü cəmiyyətimizdə, xüsusilə gənclərin özünəinam və cəsarət mövzularında dəstəyə ehtiyac olduğunu müşahidə etməmək mümkün deyil. Bunun səbəbi ölkəmizdə psixoloji maarifləndirmə işinin zəif olması ilə əlaqəlidir. Ceylan Mumoğlu SEVGİ və İNAM kimi əhəmiyyətli psixoloji ehkamları “xoşbəxtlik” və “uğur” hədəfinə çatmaq üçün əsas vasitə hesab edir.
 
 
 
Mənbə: ceylanmumoglu.com
 

0 şərh