Çuğundur şorbası


Litva, Latviyada çox məşhur yay yeməyidir. Həm də qanı artırır, qəbizliyə qarşıdır.

400 qr çuğundur suda bişirilir, qabığı soyulub, irigözlü sürtgəcdən keçirilir. Üzərinə çıxana kimi su alınıb, 6-7 dəqiqə bişirilir. Sonra üzərinə 1 qaşıq sirkə əlavə edib, qarışdırıb, soyuducuya qoyun. 7 ədəd yumurtanı suda bişirib, yarısını kubik formasında doğrayın, yarısını isə saxlayın.

3 ədəd təzə xiyar, yaşıl soğan və göyərti xırda doğranılır. Soyuducudakı marinadlaşdırılmış çuğundur bu ərzaqlarla qarışdırılır, duz, istiot vurulur və üzərinə soyuq qatıq və ya kefir tökülür. Boşqaba çəkəndə üzərinə yumurtaları iki bölüb qoyursuz.
 

0 şərh