Yayla şorbası resepti

Ərzaqlar 

  1. 3 stəkan qatıq
  1. 4 stəkan su
  2. 1 ədəd yumurta
  3. 3 xörək qaşığı un
  4. 3 xörək qaşığı yumru düyü
  5. 3 xörək qaşığı kərə yağı
  6. 2 çay qaşığı narın quru nanə (süzgəcdən sürtərək keçirin ki, narın olsun)
  7. Balaca çimdik qırmızı şirin toz bibər (zəruri deyil)
  8. Zövqə görə duz 
 
Yayla şorbası


Hazırlanması

Bir qazanda qatıq, su, yumurta, un və düyünü yaxşıca qarışdırın. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıraraq qaynayanadək bişirin. Qaynayandan sonra tez-tez qarışdıra-qarışdıra düyü bişənədək bişirməyə davam edin. Düyü bişəndə şorbanı kənara çəkin.Balaca tavada yağı qızdırın. Cızıldamağa baslayan kimi, kənara çəkib quru nanə və pul bibəri (zəruri deyil) əlavə edib yarım dəqiqə qarışdırın. Alınan qarışığı şorbaya əlavə edib, qarışdırın. Zövqə görə duz vurun. Süfrəyə çörəklə verin.QEYD: Bu şorbaya bişmiş noxud da əlavə etmək  olar. Ya suda islağa qoyulub sonra bişirilmiş noxud, ya da konserv noxuddan istifadə etə bilərsiniz. Bunları  şorba bişəndən sonra ona əlavə edin.

Mənbə : recept.az

Oxşar məqalələr

 

0 şərh