Sarımsaqlı kərə yağı

Tərkibi:
100 q kərə yağı
1 çay qaşığı duz
 2 diş sarımsaq
 kəklikotu
 cəfəri
Hazırlanma qaydası:sarımsaqlı kərə yağı
100 qr kərə yağını otaq temperaturunda yumşaldın.Bir çay qaşığı duzla birlikdə 2 diş sarımsağı əzin.Kərə yağının içinə sarımsağı, bir az kəklikotu və çox xırda doğranmış 2 xörək qaşığı cəfəri əlavə edin və yaxşıca qarışdırın.Sarımsaqlı kərə yağını bir qaba qoyub qapağını bağlayaraq soyuducuda saxlayın.

Nuş olsun!


Mənbə: recept.az
 

0 şərh