Banan mürəbbəsi

Tərkibi:
3 ədəd soyulmuş dilimlənmiş banan
1 stəkan şəkər tozu
5 xörək qaşığı su

Hazırlanma qaydası:
Bananları soyun və nazik dilimləyin.Banan mürəbbəsi
Şəkər tozunu qazana tökün, orta temperaturda davamlı qarışdıraraq rəngi tündələşənədək ( karamelize olanadək) bişirin.
Şəkər tozunun rəngi dəyişdikdə suyu və sonra kəsdiyiniz bananları əlavə edin.
Zəif odda qarışdırmağa davam edin.Bananlar yumşalıb qatı kütlə olduqda ocağı söndürün.
Qapaqlı bankaya töküb qapağını bağlayıb soyumasını gözləyin. Hazır olan banan mürəbbəsini soyuducuda saxlayın.



Mənbə: recept.az
 

0 şərh