Qəhvəli zefir

Tərkibi:
  • 125 qr alma püresi
  • 1 ədəd yumurta ağı
  • 70 qr şəkər tozu
  • 7 qr (1 paket) espresso qəhvəsi

Sirop üçün:
  • 130 qr şəkər tozu
  • 75 ml su
  • 5 qr (2,5 çay qaşığı) aqar-aqar
Qəhvəli zefir
Hazırlanma qaydası:
Balaca qazanda alma püresini töküb üzərinə şəkər tozu əlavə edib ocağa qoyun. Şəkər tozu əriyənədək bir neçə dəqiqə qaynadın və ocaqdan götürün.
İsti şəkərli püreni başqa bir qaba tökün və üzərinə həll olmuş qəhvə əlavə edib qarışdırın.
Püreni otaq temperaturunda soyuması üçün kənara qoyun.
Soyumuş pürenin üzərinə yumurta ağı əlavə edib mikserlə sürətini tədricən artıraraq 5-7 dəqiqə çırpın.
Siropu hazırlamaq üçün balaca qazana şəkər tozu, aqar-aqar və su töküb zəif ocaqda arabir qarışdıraraq qaynadın.
Qatılaşan siropu ocaqdan götürün və çırpılmış kütləyə əlavə edərək mikserlə çırpın.
Hazır olan zefir kütləsini konditer torbasına tökün.
Yağlı kağız sərilmiş sininin üzərinə konditer torbasına xüsusi başlıq taxaraq zefir forması verin.
Zefirləri otaq temperaturunda 10-12 saat qurumağa qoyun. Hazır olan zefirləri yağlı kağızdan ayırıb bir-birinə ilə yapışdırın və şəkər kirşanına bulayın. Zefirləri qapalı konteynerdə bir neçə həftə saxlamaq olar.
 
Nuş olsun!

Mənbə: recept.az

Oxşar məqalələr

 

0 şərh