Düşbərə

Tərkibi:
  • Xəmiri üçün:
  • 2 st. un
  • 1 yumurta
  • duz
  • su
  • İçlik üçün:
  • 300 qr. ət qiymə
  • 1 ədəd soğan
  • duz, istiot
  • zövqə görə göyərti yaxud nanə

Hazırlanması:
Xəmir üçün lazımi ərzaqlar qarışdırılıb yumşaq, ələ yapışmayan bir xəmir yoğrulur.
Üzəri örtülərək 10 dəqiqə kənara qoyulur.
İçliyi hazırlamaq üçün qiymənin içinə sürtgəcdən keçirilmiş soğan və duz istiot, göyərti qatılaraq hazırlanır.
Xəmirdən kündələr hazırlayaraq yayın.

Yaydığınız xəmiri kiçik dördkünc (2*2 sm) formada kəsin. Daha sonra hazırladığınız ətli qarışımdan qoyub qatlayaraq üçkünc formaya salıb, kənarlarını birləşdirib (fotoda olduğu kimi) bükün.

Hazırlanmış düşbərələri unlayın (yapışmaması üçün) və bir qaba düzün.

Sonra bir qazanda su qaynadın. Qaynayan suyun içinə bir çay qaşığı duz əlavə edin (ət bulyonunda da bişirmək olar). Düşbərələri əlavə edib.15 dəqiqə qaynadıqdan sonra düşbərəniz hazırdır. Bişirərkən quru alça da əlavə edə bilərsəniz.



Süfrəyə verərkən, zövqə görə yanında quru nanə, sirkəsarmısaq.
 

0 şərh