Faydalı və ləziz - İspanaqlı Makaron

Tərkibi:

yarım paket makaron
2 y/q labne pendiri
1 paket krem (200 ml)
1 ədəd kiçik boy quru soğan
2 diş sarımsaq
200 qram təmizlənmiş ispanaq
su
duz



Hazırlanması:
Soğanı xırda-xırda doğrayın. Yağı qazana atın və soğanı qovurun. İspanağı əlavə edərək qovurmağa davam edin.
İspanaq suyunu çəkəndə makaronu əlavə edin və qarışdırın. Makaronun üstünü az keçəcək qədər isti su tökün,duzu əlavə edin və orta dərəcədə bişirməyə başlayın.



Makaronun suyunun yarısından çoxunu çəkəndə pendiri əlavə edərək qarışdırın. Pendir qarışanda kremi də əlavə edərək qarışdırın.
Doğradığınız sarımsaqları əlavə edərək qarışdırın.
Makaron sousu çəkib yumşalanda servis edin.

 

0 şərh