Tez hazırlanan badımcan turşusu

Tərkibi:
— 700 qr badımcan
— 1/2 dəstə şüyüd
— 4 diş sarımsaq
— 2 x. q. bitki yağı
— 3-4 qaşıq limon şirəsi
— 2 l su
— 1,5-2 x.q. duz

 


Hazırlanması:

Badımcanlar xırda doğranılır (təxminən 1-1,5 sm). Suya duz əlavə edirik, qaynadırıq, badımcanları qaynayan suya salırıq, 5 dəqiqə ərzində bişiririk.

 

Badımcanları süzgəcə qoyuruq. Şüyüdü xırda doğrayırıq, sarımsağı sarımsağəzənlə əzirik. Badımcanlar soyuyanda şüyüdlə sarımsağı əlavə edirik, qarışdırırıq, limon şirəsini və istiotu əlavə edirik, yenə qarışdırırıq. Bitki yağı əlavə edirik, qarışdırırıq, üzərini örtürük, soyuducuda 1 gün saxlayırıq.

 
 

0 şərh