Rvarud Kəndi

Rvarud kəndi –Lerik rayonun mərkəzindən təqribən 17 km aralıqda yerləşir. Rvarud əsasən dağlıq və qisəm də düzənlik relyefdən ibarətdir. Kəndin ortasından çay axır, və onu 2 hissəyə ayrır. Ərazisində Biləband , Cəngəsə, Hıryəsə, Səhal adlı təpə və dağlar mövcuddur. Həmiçinin kəndin ərazisində 3 suni yaradılmış göl mövcuddur.Bu göllər vasitəsi ilə (daha doğrusu gölun suyu ilə) kənd təsərrüfatı məhsulların suvarılmasında istifadə olunur. Rvarud kəndin ərazisində şirin su mənbələri olan təbii bulaqları ilə zəngindir. Bu bulaqlardan içməli sudan əlavə bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Və çox da effektli əhəmiyyəti olur. Rvarud özunun bioloji aləmi və flora, faunasl ilə zəngin olan, lerik rayonun seçilən kəndlərindən biridir.Kənd özunun coğrafi mövqeyinə görə dağlıqdır.Burada Bir çox mədəni bitkilər bitir . Burada olan bitkilərin müalicəvi əhəmiyyəti həqiqətən əvəzedilməzdir.

Rvarudun təbii iqlimi onun bitki örtuyu kəndi bir daha gözəlləşdirir. Rvarudun ərazisində endimik bitki növləri bitir. Rvarudun iqlimi qışda soyuq , yayda isə mulayim olur. Yayada iqlim əsasən quru-mulayim və yaxud isti olur . Rvarud dağlar qoynunda olan səfalı bir kəndir. Kənd Təngəbin, Andurmə , Çayrud , Tikəband , Veri kəndləri ilə həmsərhəddir. Rvarudun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə yaradılmış “Rvarud Dövlət Təbiət Yasaqlığı” , kəndin florasının və faunasının qorunmasında görduyu işlər tədqirə layiqdir.Ümumyətlə Rvarud özunun iqlimi və coğrafi mövqeyi ilə seçilmişdir.


Rvarud özunun ziyalı kütləsi və şəxsiyyətləri ilə məhşur olan kənd olmuşdur.Rvaruddən çıxan neçə-neçə alim, həkim, şair, pedaqoq, mədəniyyət xadimləri və hüquq sahəsində çalışan şəxsiyyətləri ilə tanınmışdır. Kənddə olan Mədəniyyət Evi, Klub , Kitabxana və digər mədəniyyət müəssisələri əhalinin mədəni səviyyəsinin və təhsilin yüksəldilməsində böyuk rolu olmuşdur.Rvarud Kənd orta məktəbin yetirdiyi məzunlar Kəndin dirçəldilməsində görduyu işlər həqiqətən ölçuyə gəlməzdir.


Rvarud kəndin tarixinə gəldikdə bu ərazidə insanlar hələ tunc dövrundə məskunlaşmışdılar.Rvarud-Veri yolu düzəldilərkən kənd ərazisində "Əbul Qasim" qəbirstanlığın yuxarı hissəsində Son tunc və Erkən Dəmir dövrunə aid olan Tuncdən olan Əl qolbaqısı , Bıçaq , Qılınc , Balta , nizə ucluqları və digər tunc dövrunə aid olan məişət , əmək alətləri tapılmışdır.

Rvarudda arxeoloji qazıntılar aparılmamışdır. Tapılmış maddi mədəniyyət nümunələri səhti materialdan və qəfil tapıntılardan ibarət olmuşdur.Qədim dövrə aid olan arxeoloji materaillar təssüfflər olsun ayrı-ayrı şəxslər tərəfindən mənimsənilmişdir. Rvarud kəndi özunun qədim keçmişi ilə indiki dövr üçün zəngin tarixi-kulturoloji mənbə olmuşdur.Təssüfflər oldun ki, kənd ərazisində heç bir arxeoloji qazıntının aparılmaması kəndin zəngin tarixini zaman-zaman unutdurmuşdur. Rvarud özunun mədəni səviyyəsi və təhsil səviyyəsi ilə tarix boyu qonşu kəndlərdən qabaqda olmuşdur.

Rvarud özunun şəxsiyyətləri ilə ölkə xaricində də tanınmışdır. Kəndin xaricdə tanınmasında orada yaşamış kəndin keçmiş sakinlərin böyük rolu olmuşdur.

Rvarud tarixə özunun şəxsiyyətləri ilə tanınmış və indiki dövrdə əfsuslar olsun Kənd əhalisi demək olarki hamsı köçmuş kənd boşalmışdır.Rvarud kəndin yetişdirdiyi Səxavət, Etiqat kimi igidlər vətən uğrunda gedən mubarizədə qəhrəmancasına şəhid olmuşdur.

Beləliklə, Rvarud kəndi özunun tarixi keçmişi ilə ayaqlaşmış , və indiki dövrdə özunun adət-ənənələri ilə fərqlənmişdir.

 

0 şərh