Gülməli yazılar

Mənim üçün çox önəmlisən: Sən ağlasan mən də ağlaram, sən gülərsən mən də gülərəm, sən özünü dağdan atsan, mən də gülməyə davam edərəm

Dalaşanda bir-birini tanımayan təkcə Azərbaycan millətidir:
Kimsən ala sən? Sən kimsən eee? kim olmusan ala sən? bu olmusandaaa


Bir kişi arvadına maşının qapısını açırsa, ya maşın təzədir, ya da arvadı

‎3 qəpiklik insanlara 5 qəpiklik dəyər verməyin, gün gələr, 2qəpiyə satarlar,
Əlinin cibində nə qədər pul qalar?

Facebook-da hamıya ♥ göndərən qız, ürək çatışmamazlığından dünyasını dəyişdi.

Eldarla Nigardan sonra biz də həvəslənib eurovisona hazırlaşmaq qərarına gəlmişik, mahnımız da hazırdır " My stupid child"
Hörmətlə:Rəqsanə və Üzeyir

Qabaqlar qızlar anaları kimi yemək bişirirdilər, indi ataları kimi siqaret çəkirlər

Əyri oturub,düz danışmaq istədim.Stul çat verdi

"Bu saatda çöldə nə işin var?"-deyən qoca arvada, "sənin bu yaşda dünyada nə işin var?"-dedim, arvad peşman oldu

Dünyada almanı dişləyib,orda qurdu görmək kimi pis şey yoxur
Ən pisi isə, yarımçıq qurdu görməkdir




 

5 şərh

Fianda
Üff.axırıncı lap dehşətdi. :)
Cavid

«Qabaqlar qızlar anaları kimi yemək bişirirdilər, indi ataları kimi siqaret çəkirlər» — çox təəssüf ki həqiqətdir.


P.S. Şəkildəki uşaq Çingiz xanın nəvələrindəndir səhv eləmirəmsə:))

ayxansevda
maşın məsələsinin yeri var ya arvad təzədi, ya maşın super
seyran
Atam və qardaşım da maşının qapəsənə mənim üçün açırlar. Əsl səbəbini onlar bilərlər.
Rene

Yarimciq qurd lap ela idi, ne qeder guldum :DDDDDDDDD