Рейтинг
+45.12

Lətifələr

50 üzv, 81 topik

E-mail ünvanını dəqiq yazın! :)

Ər və arvad istirahətə getmək qərarına gəlirlər. Kişi istirahət edəcəkləri yerə bir gün əvvəl gedib, nömrə tutur. Otaqda internetə çıxışı olan kompyuteri görür və həyat yoldaşına məktub yazmaq qərarına gəlir. Lakin bir hərfi səhv yazaraq məktubu səhvən həmin gün ərini itirmiş dul qadının ünvanına göndərir. Dul qadın mailini yoxlamaq üçün kompyuter qarşısına keçir. Poçt qutusunda başsağlığı yazılmış bir neçə məktub və bu başlıqlı bir məktub var idi: «Hələ ki evdə olan həyat yoldaşıma». Oğlu otağa girir və rəngi qaçmış anasını görür. O, monitora baxır və məktubu oxuyur: "Əzizim! Bilirəm ki, sənə yazacağımı düşünmürdün, lakin sən demə burada İnternet var imiş! Onu demək istəyirdim ki, yaxşı gəldim çıxdım. Qeydiyyatdan keçdim. Sənin gəlişinə hazırlaşıram. Ümid edirəm ki, sən də mənim kimi rahat gəlib çıxacaqsan. Səbirsizliklə gözləyirəm! P.S. Bura çox istidir!"
Davamı →

Yəhudilər haqqında lətifələr

  1. Qatarda bir oğlanla qoca yəhudi gedir. Oğlan yəhudidən saatı soruşur. Ancaq yəhudi cavab vermir. Səhər açılır. Yəhudi qatardan düşməyə hazırlaşanda saatı deyir. Oğlan:
    — İndi niyə deyirsən? Mənə gecə saatı bilmək lazım idi.
    Yəhudi:
    — Gecə sənə saatı desəydim, yavaş-yavaş söhbətə başlayacaqdıq. Sən məndən harda yaşadığımı soruşacaqdın. Sonra mənimlə dost olmaq istəyəcəkdin. Ondan sonra bizə qonaq gəlmək istəyəcəkdin. Sonra evimə qonaq gələcəkdin. Evimdə qızımnan tanış olacaqdın. Sonra qızımla evlənmək istəyəcəkdin. Saatı olmayan kürəkən mənim nəyimə lazımdı?

Ardı →

Lenin haqqında lətifələr

  • -Vladimir İliç, Sizin yanınıza kənddən nümayəndələr gəlib.
    — Nə gətiriblər?
    — Təzə balıq.
    — Neçə gün yol gəliblər?
    — İki həftə.
    — Balığın hamısını uşaqlara verin.

  • Tatar, yəhudi və çukça Leninin hansı millətdən olması barədə mübahisə edirlər.
    Yəhudi deyir:
    — Şübhə yoxdur ki, o, yəhudidir. “r” səsini deyə bilmir, əlini jiletinin cibinə qoyur. Bu, yəhudi ədasıdır.
    — Yox – deyir tatar — Lenin tatar idi, Kazanda oxuyub, Kazanda yaşayıb..
    Çukça:
    — Amma Lenin çukçadır.
    — Niyə?
    — Çox ağıllı idi…

Ardı →

Lətifələr :) (3)

                                                                         

1)Polis: Harda yaşayırsan ?
MameD: Ailəmlə.
Polis: Ailən harda yaşayır ?
MameD: Mənimlə.
Polis: Siz hamınız harda yaşayırsınız ?
MameD: Evdə.
Polis: Eviniz hardadı, ay vətandaş ?
MameD: Qonşunun evinin yanında.
Polis: Qonşunun evi hardadı ?
MameD: Desəm inanmazsanız.
Polis: Denən.
MameD: Bizim evin yanında…


Ardı →

Molla Nəsrəddin lətifələri...


QONAQLIQ ŞƏRTLƏRİ



Bir gün qonşuları mollaya bir qonaqlıq verdirmək istəyirlər. Bir qış gecəsi yığışıb mollanın yanına gəlirlər. Oradan-buradan söhbət açırlar, axırda mətləb üstünə gəlib deyirlər:
— Molla, bir şərtimiz var, əgər yerinə yetirdin, biz sənə bir qonaqlıq verəcəyik, yox, şərti yerinə yetirmədin, sən bizə qonaqlıq verməlisən.
Molla soruşur:
— Deyin görüm, o necə şərtdir? Mənim əlimdən gəlməyən iş olmaz.
Deyirlər:
— Bu gecə səhərə qədər şəhər meydançasında dayanarsan. Heç bir dalda yerə girməzsən. Heç yerdə qızışmazsan. Bu şərti yerinə yetirmək hər igidin işi deyil. Biz daldadan tamaşa eləyəcəyik. Bu şərti yerinə yetirə bildin, biz sənə qonaqlıq verəcəyik, yetirə bilmədin, sən bizə qonaqlıq verməlisən.
Molla meydançada səhərə kimi dayanmalı olur. Səhər tezdən molladan soruşurlar:
— Gecəni necə keçirdin?
Molla deyir:
Ardı →

Lətifələr :)

Sizlərə ən gülməli bildiyim bir neçə lətifəni yazmaq istədim.Belə ki;

1)Alo 103-dü?
-Bəli
-Ambulans var?
-Bəli var
-Bizdə də var yarışaq?
2)Oğlan:Sevgilim sən göydən düşmüş mələksən.
Qız:Ayyy çox sağol əzizim.
Oğlan:Amma baxan kimi bilinir ki,üzü üstə düşmüsən:))
3)Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:


Ardı →

Molla Nəsrəddin lətifələri

Qorxulu dilənçi

Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:

-Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.

Molla kağız-qələm götütüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də.. .

Teymur deyir:

-A kişi, mən boyda Teymur Ləng dilənçiyəm? Özü də lap həyasızı?

Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm?! Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən özü də lap həyasızından.

Teymur deyir:

-Demək sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?

Molla deyir:

-Bəli qibləyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.

 


Ardı →