Relyef əmələgəlmə ekzogen (xarici) proseslərin rolu
Yer səthini təşkil edən süxurların xarici qüvvələrin təsiri ilə parçalanmasına və kimyəvi dəyişməsinə aşınma deyilir. Aşınmanın 3 növü var:
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Zirvəsi, ətəyi, yamacı aydın nəzərə çarpan, nisbi hündürlüyü 200 m-dən artıq olan müsbət relyef formasına dağ deyilir. Əgər bu tip relyefin nisbi hündürlüyü 200 m-dən azdırsa, ona təpə deyilir. Təpə nisbətən hamar zirvəyə və az meyilli yamaca malik olur.
Yer səthində dağlara, adətən tək halda rast gəlinmir. Dağlar adətən zəncir şəklində uzanır ki, belə dağlara sıra dağlar deyilir. Dünyanın ən uzun dağ sistemi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun uzunluğu 9 min km-dir.
Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri yaradır. Süxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır.
Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.
Yerin 4 xarici (atmosfer, biosfer, litosfer və hidrosfer) və 3 daxili (yer qabığı, mantiya, nüvə) təbəqəsi var.
Yerin mərkəzində radiusun 3500 km-ə yaxın olan çox yüksək temperatura (35000 C) və təzyiqə malik nüvə yerləşir. Nüvənin dəmir və nikeldən ibarət olması güman olunur. Nüvənin üzəri qalınlığı 2900 km olan mantiya (latınca örtük deməkdir) ilə örtülüb. Mantiya əsasən ərimiş, lakin yüksək təzyiq nəticəsində bərk hal almış maddədən ibarətdir. Lakin mantiyanın Yer səthinə yaxın hissəsində bu maddələr bəzən maye halına yaxınlaşırlar.
Mantiyanın üzərində yerləşən Yer qabığı böyüklüyü, qalınlığı, tərkibi, təzyiqi müxtəlif olan parçalara-litosfer tavalarına ayrılır. Yuxarı mantiyada maddələr yumşaq olduğuna görə tavalar mantiya üzərində sürüşür. Bu zaman tavalar bir-biri ilə toqquşaraq-konvergent sərhədlər, bir-birindən ayrıldıqda isə-divergent sərhədlər əmələ gəlir.