Ceyran bala

Musiqi: Xan Şuşinski (1915-2002)
Sözləri: Azərbaycan xalqı

Bir yaylığım vardı gülü özündən,
Dolanım başına, öpüm üzündən.
Mən nə dedim, küsdün mənim sözümdən?!..
Yanıram, a ceyran, a ceyran bala…
Ölürəm, a ceyran, a ceyran bala,
Balam ey, balam ey, balam ey, balam.

Asta yeri, kəmər düşər belindən,
Nə eşitdin mən yazığın dilindən?
Ayrı düşdüm sevgilimdən, gülümdən,
Sevirəm, a ceyran, a ceyran bala.
Sevirəm, a ceyran, a ceyran bala,
Balam ey, balam ey, balam ey, balam.

Dərdimi soruş bir qız yoldaşından,
Yarımın xəyalı getməz başımdan.
Oduna yanıram on dörd yaşından,
Balam ey, balam ey, balam ey, balam.
Sevirəm, a ceyran, a ceyran bala,
Balam ey, balam ey, balam ey, balam.

Advertisements
Report this ad

Gedirsən, gəlirsən, xəbərin olsun!
Gümüş piyalələr mey ilə dolsun!
Əgər yarım mənimdir, qoy, sənin olsun.
Ölürəm, a ceyran balam ey, balam ey, balam.

Yarıma demişəm, mənə saz alsın,
Onu çalım – dərdi-qəmim azalsın.
Məgər mən ölmüşəm, yarım qız alsın (qocalsın)?!..
Ölürəm, a ceyran balam ey, balam ey, balam.
 
 
 

0 şərh