Oyna, gülüm, oyna!

Durna kimi süzmərəm, (Oyna, gülüm, oyna!..)
Yar dərdinə dözmərəm. (Oyna, gülüm, oyna!..)
Məndən uzaq gəzsən də, (Oyna, gülüm, oyna!..)
Əlimi səndən üzmərəm. (Oyna, gülüm, oyna!..)

Nəqərat:
Üzündə xalın, ay qız,
Xoşdur camalın, ay qız!
Öldürdü nazın məni,
Nədir xəyalın, ay qız!
Oyna, gülüm, oyna!..
Oyna, yarım, oyna!..

Yol gedən izə gəlməz, (Oyna, gülüm, oyna!..)
Ceyranım düzə gəlməz. (Oyna, gülüm, oyna!..)
Gizlətmə ay üzünü, (Oyna, gülüm, oyna!..)
Qoy, baxım, gözə gəlməz. (Oyna, gülüm, oyna!..)

Gül açdı, xəndan oldu, (Oyna, gülüm, oyna!..)
Dərmədim, dən-dən oldu. (Oyna, gülüm, oyna!..)
Mən səndən ayrılmazdım, (Oyna, gülüm, oyna!..)
Ayrılıq səndən oldu. (Oyna, gülüm, oyna!..)

Durna tək süzmək olmaz, (Oyna, gülüm, oyna!..)
Bu dərdə dözmək olmaz. (Oyna, gülüm, oyna!..)
Bir qəmzədir naz üstə, (Oyna, gülüm, oyna!..)
Yardan əl üzmək olmaz. (Oyna, gülüm, oyna!..)

Əzizim güldən gözəl, (Oyna, gülüm, oyna!..)
Oxur bülbüldən gözəl. (Oyna, gülüm, oyna!..)
Yar mənə bir gül verir, (Oyna, gülüm, oyna!..)
Özü o güldən gözəl. (Oyna, gülüm, oyna!..)
 
 
 

0 şərh