Axtaracaqsan

Hələ qulağına çatmır harayım
Bir vaxt məni, gülüm, axtaracaqsan.
Görsən ki, viran olub ömür sarayım,
Uçulub özülüm, axtaracaqsan.

Nəq.

Dəryalar sel-selə qarışmaq üçün ,
Qəm dilə hökm edər danışmaq üçün
Səninlə görüşüb barışmaq üçün
Ay məndən küsülüm, axtaracaqsan.
Axtaracaqsan, axtaracaqsan.

Ay mənim sevgilim, axtaracaqsan.

Daş olub yoluna düzüləcəyəm,
Yaş olub gözündən süzüləcəyəm,
Sənin yolunda mən üzüləcəyəm
Məni zülüm, zülüm axtdracaqsan.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh