Bura Vətəndi

Mus.: Cavanşir Quliyev Söz: Dilsuz Mustafayev

Bura Vətəndi, gülü bitəndi, əlim çatandı,
Ünüm yetəndi — bura Vətəndi.

Kəpəz ucadı, yolu xalçadı, gülü qönçədi
Gedən gözəlin eli Gəncədi.

Bura ayazdı, suyu dayazdı, gəmim buz tutar,
Neylim ayazdı, Leylim ayazdı.

Bu el Şuşadı, gözək Şuşadı, üzmə gülünü,
Gülü qoşadı — gözəl Şuşadı.

Bu el Şəkidi, gözəl Şəkidi, yenə dünyadan
Əzəl Şəkidi, gözəl Şəkidi.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh