İlk məhəbbət

Mus: Habil Əliyev, söz: Süleyman Rüstəm

Sevgisiz gül-çiçək bitməz, ey könül,
İnsan muradına yetməz, ey könül.
Nədəndir bilmirəm getməz, ey könül,
Başımdan sevdası ilk məhəbbətin.

Nəq:

Bu dərdə neyləsin loğmanın əli,
Əlimə dəyməmiş cananın əli.
Döydü qapımızı hicranın əli,
Budurmu vəfası ilk məhəbbətin?

Mən onu sevmişəm bir ilk baharda,
O məni tərk etdi boranda, qarda.
Hər yara sağalıb unudular da,
Sağalmaz yarası ilk məhəbbətin.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh