Ən çox görülən 13 yuxu

Gecə yuxu görmədiyini sanan insanlar çox böyük səhv edirlər. Əslində, hamı yuxu görür, amma çoxumuz unuduruq. Yadda saxlayanlar isə gələcək üçün balaca bir ipucu yaxalamış olurlar. Beləliklə, ən çox görülən 13 yuxu:

1.Qovalanmaqyuxu
Bəzən yuxularda arxamızca kiminsə qaçdığını görürük. Bu bir şeydən qaçmaq və qurtulmaq istədiyinizi bildirir. 

2.Çılpaq qalmaq
Yuxuda çılpaq qalmaq, müdafiəsizliyi ifadə edir. İnsan özünü yalnız və qorunmağa möhtac hiss edəndə bu tip yuxular görür. 

3.Gizli bir yer kəşf etmək
Gizli bir şey tapmaq, bir yer kəşf etmək gözlənilməyən hadisələr, sürprizlərlə qarşılacağınıza işarədir. 

4.Maşının idarəetməsini itirmək
Həyatdakı idarəetməni itirmək və bəzi xoşagəlməzliklərlə rastlaşmaq mənasındadır.

5.Yüksəklikdən düşmək
Özünü idarəetməyə aludə olan insanların daha çox gördüyü yuxudur. Hadisələri öz axışına buraxsalar, daha bu yuxuları görməyəcəklər. 

6.Ölüm
Yuxuda öldüyünü görmək incinməkdən qorxmaq deməkdir. Hansısa insanın öldüyü görmək isə onun ömrünün uzanmasına yozulur.

7.Dişin düşməsi
Dişin düşməsi insanın özünə inamını itirməsi və ya xəstələnmək kimi mənalar verir.

8.İmtahana girmək, əvvəlki imtahanları görmək
Tələbəlik, məktəb illərindən qalma qorxudur. Uğura öyrəşmiş tələbələrin qorxusudur. 

9.Tələyə düşmək və ya qeyd olmaq
İnsanın qərar verməkdə çətinlik çəkəcəyi mənasını verir. 

10. Avtobusa və ya təyyarəyə gecikmək
Vacib bir fürsəti qaçırmaq deməkdir. 

11.Suda boğulmaq
İnamsızlıq mənasında başa düşülür. 

12. Saç kəsmək! 
Çox da yaxşı hadisələrin baş verəcəyinə işarə deyil. Xəbərdarlıq xarakterli yuxudur. 

13. Göyə yüksəlmək
Göyə doğru liftlə və ya başqa yolla yuxarıya qalxmaq xeyirə yozulan yuxulardandır. Yüksək mövqeyə yüksələcəksiniz.
 

8 şərh

asel
1-ci yuxu son aylarda ən çox gördüyüm yuxudur. :(((((((
pascal

Mənə çox maraqlıdır, əminliklə belə yuxu yozmaq nəyə əsaslanır..? Hasısa istinad olunanan bir mənbəmi deyim, obyektmi deyim, varlıqmı deyim, var? Əgər insanların uydurmasıdırsa, niyə cəfəng şeylərlə beynimizi dolduraq? «Bu gün filan yuxunu gördüm, yozması belədir, günüm pis keçəcək» deyə düşünsək, avtomotik günümüzü «qaraltmış» oluruq. Pis də görsən yuxunu, yaxşı da görsən həmişə günümüzün yaxşı keçəcəyini özümüzə təlqin etməliyik. 

 

Ferbara
Yuxu yozumunun sınaqlardan keçmiş bir şey olduğuna inanıram. Amma indiki zamanda o qədər yozum çıxıb ki, uydurma olduğuna şübhə qalmır.
Adətən sərf eləməyən yozum olanda «inşallah, elə deyil», ya da «yusif peyğəmbər yozan yuxu olsun» deyirlər. Düzdü, inamın da birini əhvala və sonra da günümüz təsiri olur. Amma olur ki, düz çıxır.
Məsələn, hamı bilir ki, yuxuda şirniyyat, şokolad, tort və s. yemək sevincə yozulur, at görmək murada çatmaq deməkdi.
Birini misal çəkim. İnstituta (bizim vaxtda institut idi) imtahan vermişdim. Hələ cavablar bəlli deyildi. Cavabın nə vaxt bilinəcəyi də bəlli deyildi. Axşam isti olduğundan balkonda yatdım və yuxuda anamla bərabər balkonda durmuşduq. Mən yedyim şokoladdan anama da verib necə dadlı olduğunu ona dedim. Səhər məni xoş xəbərlə durğuzdular. Sinif yoldaşlarım bizə qədər qaça-qaça gəlib instituta qəbul olduğumu söylədilər. :)
İndi ay pascal, bu yozuma necə inanmayım?
Ferbara
Ən çox gördüyüm hündür yerə qalxmaq və təbiətdə olmaqdı. :)
Hərdən yüksəklikdən də düşdüyümü görmüşəm, amma yerə çırpılmamışam. :)
seyidova
En çox su görürem birde ki,hündür bir binadan aşağı düşdüyümü.
Ayka_Nesirli
5-CI YUXU MENIM EN COX GORDUYUM YUXUDR GAH EVIN KUMUNDEN DUSUREM GAH DAGDAN GAH BALQONDAN!!!
WinRar

Ziqmund Freyd qeyd edirdi ki, yuxu yozması deyilən fenomen yoxdur. Hər bir insan üçün 1 əşya müxtəlif cür assosiasiya oluna bilər. Məsəlçün elə ona aid sənədli verlişdə baxdığıç bir misalı çəkim. 1 insan var ki, sevdiyi şəxs var. Sevdiyi şəxsin bir iti var və o həmişə görüşə gələndə bu itlə gəlir. Bu insanlar ayrılır. Oğlan müəyyən müddət özünə gələ bilmir. Bu insan müəyyən müddətdən sonra yuxuda it görürsə bu o deməkdir ki, o yeni bir insanla münasibət quracaq. İt artıq onun üçün sevginin assosiasiyasıdır. Amma fərqli bir adam götürək. Bir dəfə fərqli bir insanı bir it qapıb və dişləyib. Bu insan müəyyən müddətdən sonra yuxuda it görürsə bu o deməkdir ki, həmin insanı hansısa təhlükə gözləyir. Hər bir insan üçün bir assosiasiya ola bilər. Ferbera qeyd edir ki, şokolad yemək yaxşıdır. Şəkər xəstəsi olan və bir gün evdən gizli şokolad yeyib ölən bir uşağın anası üçün nə vaxtsa yuxuda şokolod görməsi yeni bir təhlükə ilə assosiasiya olunur. Hər bir insan üçün hər bir şeyin öz mənası var. Ziqmund Freyd bunu qeyd etmək istəyirdi ki, bir əşya və ya bir hadisə (yuxuda) hamı üçün eyni şəkildə yozula bilməz. Hər bir insanın öz həyatı var və  bu həyatda hadisələr və əşyalar başqa insanın həyatında olan eyni hadisə və əşyalardan fərqli şəkildə assosiasiya oluna bilər

SHATENKA407
yuxuda tez tez yüksəklikdən düşürəm :)