Linç məhkəməsi

Linç məhkəməsi- cinayətdə və ya ictimai adətləri pozmaqda şübhəli bilinən insanın məhkəməsiz və qərarsız, əsasən, küçə kütləsi tərəfindən öldürülməsidi. Bu, əsasən həmin insanı asmaqla baş verir.

 

Versiyaların birinə amerikalı hakim Çarlz Linçə görə belə adlandırılmışdı. O, azadlıq müharibəsi illərində linç təcrübəsini həyata keçirənlərdən idi. İkinci verisayaya görə, kapitan Uilyam Linçin adından götürülmüşdü, beləki, o, 1870ci ildə fiziki işgəncələr üçün Linç məhkəməsinin keçirilməsinə icazə vermişdi, lakin ölüm üçün Linç məhkəməsinin qurulmasına qadağa qoyulmuşdu.

Linç məhkəməsi termininin və ümumən məhkəmənin özünün vətəni kimi ABŞı göstərmək olar. Bu proses XIX əsrin sonları, XX əsrin əvvələrində Birləşmiş Ştatlarda  geniş yayılmışdı. Dünyada baş verən Linç məhkəmələrinin 85%i məhz bu dövrün Amerikasının payına düşür.



Sistematik proses kimi Linç məhkəmələrinin yaranması 1860cı illərin sonunda Amerikada sona çatan vətəndaş müharibəsinin nəticəsinin təzahürüdü. Şimalın qələbəsi ilə başa çatan müharibədə zənci qullar azadlıq əldə etdikdən sonra öz keçmiş sahiblərini cəzalandırmağa başladılar.

Ümumən, Linç məhkəməsi əsasən insanın asılması ilə nəticələnirdi, amma bu sərt işgəncələr və ya tonqalda yandırılma da ola bilərdi.

Linç məhkəməsinə qarşı sərt mübarizə demokrat-prezidentlər F.Ruzvelt və, xüsusilə də, Q.Trumen tərəfindən həyata keçirilmişdi.  Hal-hazırda Linç məhkəməsi mövcud deyil. Amerika cəmiyyətində buna dəstək verən mənəvi prinsiplər cəmiyyət tərəfindən itmişdi. 

 

0 şərh