Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Con Rokfellerin vərdiş və qəribəlikləri

Con Rokfeller8 iyul tarixində adı zənginlik sözünün sinoniminə çevrilən Con Rokfellerin 177 yaşı tamam oldu. O ilk dollar milyarderi və XIX əsrin sonunun, XX əsrin əvvəlinin ən varlı insanı idi. O öz uğur sirrini zəhmət çəkmək bacarığında, xərclərinin hesabatını aparmaqda və qənaət etmək vərdişində görürdü. Bəzən isə onun praktikliyi və qənaətcilliyi ağılasığmaz miqyaslara sahib olurdu.

Con Devison Rokfelle 1839-cu ildə Nyu-York ştatının Riçford şəhərində dünyaya gəlib. Conun atası özünü “Botanik həkim” adlandırırdı. Belə ki, o naməlum mənşəyə mənsub olan müxtəlif cövhərlər satırdı və bura “ölümsüzlük” içkiləri də daxil idi. Onu fırıldaqçı adlandırırdılar. Lakin o öz oğluna pullarla necə davranmalı olduğunu öyrətmişdi.
Davamı →

Əl gəzdirmək

Qədimdə ölən kamın (şamanın) əlinin ağacdan heykəli düzəldilir və kamın ailəsinin evində saxlanılırdı. Kam əli sehirli güclərə sahib hesab olunurdu.

Onun yolunu davam etdirmək istəyən ailən biri həmin əli özü ilə gəzdirib, kam olduğunu açıqlayardı. Əl gəzdirmə mərasimində insanlar o ələ hörmət edərdilər və həmin əli müqəddəs sayırdılar. Gənc kam da ilk mərasimlərə o əl ilə çıxardı.

"Əl vermək", "əl gəzdirmək" (ələmin ilkin forması), "əl öpmək", "əl tutmaq" kimi anlayışımızda yer alan ünsürlər kamlıq inancından qaynaqlanır.
Davamı →

Barmaqlar nədən xəbər verir?

Ana bətnində olan dölə həm qadın, həm də kişi hormonları təsir edir. Qadın orqanizmi az miqdarda olsa da kişi hormonlarını ifraz edir.

Ana bətnində olduğu zaman dölə kişi hormonu (testosteron) və ya qadın hormonları (estrogenlər) daha az və ya daha çox təsir edə bilər. Bu uşağın ana bətnində inkişafına, onun müxtəlif orqan və sistemlərinin formalaşmasına təsir edir. Uşaq doğulanda isə bu onun xasiyyətində və sağlamlığında özünü büruzə verir.

Araşdırmalar göstərib ki, ana bətnində olarkən testosteronun (kişi hormonu) təsiri daha çox olduqda doğulan körpədə şəhadət barmağı adsız barmaqdan daha qısa, estrogenlərin (qadın hormonları) təsiri daha çox olduqda şəhadət barmağı adsız barmaqdan daha uzun olur.
Davamı →

Zairləşdirmə

Jozef-Dezire Mobutu Konqo prezidenti olan kimi dərhal olaraq əcnəbi dilləri qadağan etdi. Dəqiqləşdirmək üçün qeyd edək ki, sözləri deyil, məhz əcnəbi dilin özünü qadağan etdi. Ölkə ərazisində fransız, ingilis və s. digər ənənəvi dillərdə danışmaq olmazdı. Elə bununla da “Zairləşdirmə” kursu, daha doğrusu öz köklərinə, yəni mənşəyinə geri dönmə prosesi başladı.

Zair adlandırılmağa başlayan Konqo da hər şey afrikansayağı görünüş almağa başladı. Buraya təbii olaraq geyim, davranışlar, qida da daxil idi. Fransız adlarına sahib olan ölkə vətəndaşları adlarını yerli adlarla əvəz etməyə məcbur idilər.

Mobutu özü vətəndaşlara nümunə olmaq qərarına gəldi. Bu andan etibarən o Mobutu Sese Seko Kuku Nqbendu va za Banqa adlanmağa başladı ki, bu da tərcümədə “Dəmir iradəsi və dözümlülüyü sayəsində qələbədən qələbəyə gedən və yolunun üzərindəki hər kəsi məhv edən yenilməz savaşçı” mənasını verirdi.
Davamı →

Franz Leppich — macərapərəst yaxud dahi?

1811-ci ildə alman mexanik Franz Leppich fransız imperatoru Napoleonun qəbuluna düşməyə nail olur. Burada o Napoleona mərmiləri havaya qaldıraraq oradan düşmən üzərinə atmaq imkanı verən dirijablın yaradılması ideyasını təklif edir. Lakin mexanikin ideyası fransız imperatorunun marağına səbəb olmur və “səma fatehi” rədd cavabı alır. Lakin alman dahi öz planından imtina etmək niyyətində deyildi. Bu səbəbdən də ideyasını Ştutqartdakı rus səfirinə təklif edir. O da öz növbəsində dərhal olaraq I Aleksandra məktub göndərir. Bu dəfə Leppichin bəxti gətirir və tezliklə Rusiyaya getməsi üçün dəvət əldə edir.

1812-ci ilin may ayının sonlarında Leppich Moskvaya gəlib çatır. Onun buraya gəlişi gizli saxlanılırdı və hətta sənədlərdə ona Şmidt soyadı verilmişdi. Ona burada rahat işləməsi üçün emalatxana yaradılır və xüsusi mühafizə ilə təmin edilir. Qeyd edək ki, onun bu ideyasının həyata keçirilməsi üçün 150 işçi zəhmət çəkirdi.

Davamı →

Joseph Weil – fırıldaqçıların “Robin Qud”-u

Bu məqalənin qəhrəmanı olan Joseph Weil bütün 100 illik boyu bir çox amerikalı yazıçı, ssenarist və fırıldaqçıların ilham mənbəyi olmuşdur. Ötən əsrin 20-ci illərində Çikaqo küçələrində baş verən bütün hadisələr qanun çərçivəsinə salınırdı. Adi qətllər və qarət halalrı şəhərin cinayət həyatının kiçik bir hissəsini təşkil edirdi. Spirtli içkilər ilə qanunsuz ticarət, qanunsuz qumar evləri və bordellər, həmçinin fırıldaqçılıq öz hökmranlıq dövrünü sürürdü. O dövrün fırıldaqçılıq üzrə kralı isə “Sarı oğlan” ləqəbli Joseph Weil idi.

O şəhərin küçələrində inanılmaz dərəcədə bahalı avtomobillərdə gəzir, qalstukunda brilyant olan dəbdəbəli kostyum geyinirdi. O bir fırıldaqçılıq əməlindən 10 mindən 500 min dollara qədər gəlir əldə edə bilirdi. Bununla yanaşı, o heç vaxt yoxsul insanları aldatmırdı və buna görə də fırıldaqçıların Robin Qud-u adlandırılırdı.
Davamı →

Tarixi dəyişdirən 5 yuxu

yuxuTarix boyu yuxular insanlara ilham vermiş, elmi kəşflərin, ixtiraların ilham mənbəyi olmuşdur. Xüsusən elm insanları arasında hər nə qədər bunu etiraf etmək istəməyənlər olsa da, kəşflərinin mənbəyini əvvəlki gecə gördüyü yuxudan götürənlər olduqca çox saydadır… Əslində bu batil bir inanc deyil, olduqca təbii bir proses.

Çünki yuxular bizə bilmədiyimiz bir məlumatın göydən enməsini təmin etmir, əksinə bəlkə də uzun zamandır beynimizdə dönüb duran bir düşüncənin yerini tapmasına yardımçı olur. Nəticədə çox güclü havadarları var: Bütün düşüncəmiz onların əmrində!
Davamı →

Simurq quşu nəyin simvoludur?

SimurqSimurq quşu qədim əsatirlərdə Qaf dağında yaşayan böyük bir quş kimi təsvir edilir. Azərbaycan nağıllarında istifadə olunan personajlarından biri də Simurq quşudur.

Rəvayətə görə, Simurq quşu sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verər, onlara bir çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırarmış.

Məşhur nağıl qəhrəmanımız olan Məlikməmməd obrazının da əsas yardımçısı məhz Simurq quşu olub. Çətinə düşən Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya çıxardıb. 
Davamı →

Bütün dövrlərin ən qaniçən qatili

Bütün dövrlərin ən qəddar və qaniçən insanı qadın olub! Qətllər ona inanılmaz zövq qazandırırdı. Bu qadın yüzlərlə insanı birbaşa olaraq, öz əli ilə qətlə yetirmiş və “Ən məşhur ardıcıl qətllər törədən qatil” olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bu qadının adı isə qrafinya Yelizaveta Batori (1560-1614) idi.

O uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Bununla yanaşı, öz ağlı, üç dil bilməsi ilə seçilirdi. O Macarıstanın ən təhsilli gəlinlərindən biri idi. Yelizaveta hələ uşaq olarkən qulluqçusunu yarı can hala salana qədər döymüşdü. Hər şeylə maraqlanan Yelizaveta böyüdükdə “bunun böyük insanlarla necə baş verdiyini” yoxlamaq qərarına gəlir.

O 14 yaşında lakeydən uşaq dünyaya gətirir. Lakin tezliklə lakey və uşaq izsiz şəkildə yoxa çıxır, “rüsvay olmuş” Yelizavetanı isə tez bir zamanda əsirlərin qəddar şəkildə edam edilməsi üzrə məşhur olan general Ferençə ərə verirlər.
Davamı →

İki dəfə edam edilən şəxs

Villi Frensis (12 yanvar 1929 – 9 may 1947-ci il) – amerikalı qatil idi. O 1945-ci ildə (16 yaşında) Luiziana ştatında elektrikli stul ilə ölüm cəzasına məhkum edilmiş yeniyetmə, qaradərili cinayətkar idi. Onun başına gəlmiş hadisə elektrikli stulda edam cəzasının baş tutmadığı ilk hadisə idi. Lakin ölüm cəzası ikinci cəhd ilə həyata keçirilir. Bu cəhd vəkil Vertrand DeBlankın etirazına səbəb olur. Belə ki, vəkil bu qəddar və qeyri-adi cəza növünü 8-ci düzəlişin pozulması hesab edirdi.

3 may 1946-cı ildə Villi Frensisi elektrikli stula bağlayırlar. O işə düşdükdə Villi qışqırır: “Söndürün onu, mən qızarıram”. Onu cəld bir şəkildə stuldan ayırırlar və ölüm cəzasına məhkum edilmiş məhbusların olduğu kameraya göndərirlər. Stul isə yoxlanışa göndərilir. Rəsmi məlumata görə, stulda naqillərdən biri sıradan çıxıbmış. Belə olduqda, cinayətkarın vəkili Vertran De Blank Frensinin layiq görüldüyü ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsinə nail olmağa çalışır.
Davamı →