Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Annaliza Mişel və ekzorsizm

Ekzorsizm (yunancadan tərcümədə — «ovsunlamaq») — cinlərin və ya şər ruhların insanlardan, yaxud müəyyən yerlərdən qovulması, insan cisminə keçmiş bəd ruhların, cinlərin cisimdən kənarlaşdırılması haqqında nəzəriyyədir.

Bir çox xalqlar, sivilizasiyalar və dinlərdə insan bədəninin ruhlar tərəfindən işğal olunmasından bəhs edilir. Bir neçə əsr bundan qabaq şizofreniyanın bu və ya digər formalarını, o cümlədən də Turet sindromuna yoluxmuş insanları da cinlər tərəfindən işğal olunmuş hesab edirdilər.
Davamı →

Darağın tarixi

Daraq insanların qədim kəşflərindən biridir. Bunu arxeoloji qazıntılar da sübut edir. İlk daraqlar sümük, buynuz və ağacdan hazırlanıb. Şübhəsiz, qadınların ilk kosmetik aləti də məhz daraq olub.

Öz tarixi boyunca daraqlar müxtəlif funksiyalar yerinə yetirirdilər. Şərq qadınlarının ilk daraqları balıq sümüyü olub. Avropada tapılan ilk daraqlar daş dövrünə aid edilir.
Davamı →

Yanğınsöndürənlər haqqında maraqlı məlumatlar


Yanğınsöndürənlərin uniforması 1200 °С-dək istiliyə dözümlüdür. Bu uniforma konsentratlı turşuları və alkalisləri hopdurmayan materialdan hazırlanır. Onun ağırlığı isə 5-30 kiloqram təşkil edir.

Yanğınsöndürənlər oksigen maskasından istifadə etdiyi üçün təhlükəsizlik qaydalarına əsasən üzlərində saqqalın və pirsinqlərin olması qəti qadağandır. Filmlərdə yanğınsöndürənlərin insanların səsini eşidərək, köməklərinə çatdığını görürük. Daha sonra onlar dərhal maskalarını çıxarır və zərərçəkmiş insana verir.
Davamı →

Hansı ölkələrin işçiləri daha xoşbəxtdir?

İş yerindən məmnunluq duymaq hissinə təsir edən bir neçə amil mövcuddur, məsələn, şirkət ilə emosional bağlılıq, kollektivdə hökm sürən mühit və iş yerinin texniki cəhətdən təchizat səviyyəsi.

Edenred-Ipsos Barometrinin araşdırmasında dünyanın 15 ölkəsindən 14 000 nəfər iştirak edib. Ümumilikdə, sorğu iştirakçılarının 71%-i özünü iş yerində xoşbəxt hiss edir.
Davamı →

Qaqarin haqqında 12 maraqlı fakt

1. Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən pik nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Qaqarinin şifrəli ləqəbi “Kedr” olmuşdu.

2. Qaqarin tarixi uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 20 kosmonavtdan biri Qaqarin idi. Sonradan bu siyahıda yalnız iki nəfərin adı qaldı: Yuri Qaqarin və German Titov. Qaqarinin seçilməsinə səbəb onun daha sadə ailədən çıxması idi. Qaqarin fəhlə oğlu idi, Titov isə ziyalı ailəsində böyümüşdü.
Davamı →

Jan-Bedel Bokassa və onun özünəməxsus tacqoyma mərasimi

Mərkəzi Afrika Respublikasının prezidenti Jan-Bedel Bokassa 1966-cı ildə hakimiyyəti ələ keçirir. Növbəti il o ölkənin minlərlə vətəndaşını repressiyaya məruz qoyur, dantistləri qadağan edir və özünü dövlətin əbədi rəhbəri elan edir. Lakin bu ona azlıq təşkil edirdi.

Bokassa 1976-cı ildə özünü İmperator elan edir. Onun tacqoyma mərasiminin hazırlıqları 1 il tələb edir. Məraminin xərcləri isə milyard dolları geridə qoyurdu. Bu vəsaitin böyük bir hissəsi isə əhalidən və əcnəbi şirkətlərdən müsadirə edilmişdi. Tacqoyma mərasiminə bütün ölkələrin rəhbərləri dəvət olunsalar da, onlardan heç biri gəlməmiş, bəziləri hətta öz səfirlərini belə göndərməmişdi.
Davamı →

Con Rokfellerin vərdiş və qəribəlikləri

Con Rokfeller8 iyul tarixində adı zənginlik sözünün sinoniminə çevrilən Con Rokfellerin 177 yaşı tamam oldu. O ilk dollar milyarderi və XIX əsrin sonunun, XX əsrin əvvəlinin ən varlı insanı idi. O öz uğur sirrini zəhmət çəkmək bacarığında, xərclərinin hesabatını aparmaqda və qənaət etmək vərdişində görürdü. Bəzən isə onun praktikliyi və qənaətcilliyi ağılasığmaz miqyaslara sahib olurdu.

Con Devison Rokfelle 1839-cu ildə Nyu-York ştatının Riçford şəhərində dünyaya gəlib. Conun atası özünü “Botanik həkim” adlandırırdı. Belə ki, o naməlum mənşəyə mənsub olan müxtəlif cövhərlər satırdı və bura “ölümsüzlük” içkiləri də daxil idi. Onu fırıldaqçı adlandırırdılar. Lakin o öz oğluna pullarla necə davranmalı olduğunu öyrətmişdi.
Davamı →

Əl gəzdirmək

Qədimdə ölən kamın (şamanın) əlinin ağacdan heykəli düzəldilir və kamın ailəsinin evində saxlanılırdı. Kam əli sehirli güclərə sahib hesab olunurdu.

Onun yolunu davam etdirmək istəyən ailən biri həmin əli özü ilə gəzdirib, kam olduğunu açıqlayardı. Əl gəzdirmə mərasimində insanlar o ələ hörmət edərdilər və həmin əli müqəddəs sayırdılar. Gənc kam da ilk mərasimlərə o əl ilə çıxardı.

"Əl vermək", "əl gəzdirmək" (ələmin ilkin forması), "əl öpmək", "əl tutmaq" kimi anlayışımızda yer alan ünsürlər kamlıq inancından qaynaqlanır.
Davamı →

Barmaqlar nədən xəbər verir?

Ana bətnində olan dölə həm qadın, həm də kişi hormonları təsir edir. Qadın orqanizmi az miqdarda olsa da kişi hormonlarını ifraz edir.

Ana bətnində olduğu zaman dölə kişi hormonu (testosteron) və ya qadın hormonları (estrogenlər) daha az və ya daha çox təsir edə bilər. Bu uşağın ana bətnində inkişafına, onun müxtəlif orqan və sistemlərinin formalaşmasına təsir edir. Uşaq doğulanda isə bu onun xasiyyətində və sağlamlığında özünü büruzə verir.

Araşdırmalar göstərib ki, ana bətnində olarkən testosteronun (kişi hormonu) təsiri daha çox olduqda doğulan körpədə şəhadət barmağı adsız barmaqdan daha qısa, estrogenlərin (qadın hormonları) təsiri daha çox olduqda şəhadət barmağı adsız barmaqdan daha uzun olur.
Davamı →

Zairləşdirmə

Jozef-Dezire Mobutu Konqo prezidenti olan kimi dərhal olaraq əcnəbi dilləri qadağan etdi. Dəqiqləşdirmək üçün qeyd edək ki, sözləri deyil, məhz əcnəbi dilin özünü qadağan etdi. Ölkə ərazisində fransız, ingilis və s. digər ənənəvi dillərdə danışmaq olmazdı. Elə bununla da “Zairləşdirmə” kursu, daha doğrusu öz köklərinə, yəni mənşəyinə geri dönmə prosesi başladı.

Zair adlandırılmağa başlayan Konqo da hər şey afrikansayağı görünüş almağa başladı. Buraya təbii olaraq geyim, davranışlar, qida da daxil idi. Fransız adlarına sahib olan ölkə vətəndaşları adlarını yerli adlarla əvəz etməyə məcbur idilər.

Mobutu özü vətəndaşlara nümunə olmaq qərarına gəldi. Bu andan etibarən o Mobutu Sese Seko Kuku Nqbendu va za Banqa adlanmağa başladı ki, bu da tərcümədə “Dəmir iradəsi və dözümlülüyü sayəsində qələbədən qələbəyə gedən və yolunun üzərindəki hər kəsi məhv edən yenilməz savaşçı” mənasını verirdi.
Davamı →