Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 811 topik

Vizasız hansı ölkələrə səfər etmək olar?

Səyahəti sevənlər və viza düzəltmək üçün bəzi çətinliklərlə rasatlaşanlar vizasız gediş-gəlişin mümkün olduğu ölkələrə səfər edə bilərlər. Azərbaycanın vizasız gediş – gəliş haqqında müqavilə imzaladığı ölkələrin siyahısı təqdim olunur.

Avropa 
Albaniya – Visa on arrival (viza ölkəyə çatanda rəsmiləşdirilir)

Belarus – viza tələb olunmur

Gürcüstan – viza tələb olunmur

Moldova – 90 gün

Rusiya – viza tələb olunmur

Türkiyə – Viza ölkəyə çatanda rəsmiləşdirilir

Ukrayna – viza tələb olunmur


Asiya
Banqladeş — 90 gün. Viza ölkəyə çatanda rəsmiləşdirilir

Kamboca — 1 ay. Viza ölkəyə çatanda rəsmiləşdirilir
Ardı →

Hipnoz haqqında maraqlı faktlar

hipnoz1. 19-cu əsrlərdə hipnoz ingilis cərrahı tərəfindən düşünülmüşdür. Hipnozun yaranma səbəbi isə əməliyyat zamanı xəstənin ağrı hiss etməməsi üçün idi.

2. Çoxları elə düşünürlər ki, hipnoz ilə məşğul olan insanlar qeyri-adi bacarığa malikdirlər. Bu, cəfəngiyyatdı.Əslində isə bu insanlar sadəcə olaraq bu elmlə maraqlanır və dərinliklərinə varırlar. Hipnoz adama rahatlaşmağa və üzərindən psixoloji gərginliyi atmağa xidmət edir.

3. Maraqlı fakt:insan hipnoz vəziyyətində olanda onun allergik reaksiyası itir. Belə nəticəyə gəlmək olar ki, allergiya insan şüurundan asılıdır.

4. Əgər insan hipnoz vəziyyətinə düşmək  istəmirsə, onu hipnoz etmək qeyri-mümkündür. Hipnoz olmaq üçün ən əsas istək və motivasiya lazımdır.

5. Elə insanlar var ki, onlar təsir altına asanlıqla düşürlər. Məsələn belə insanları məşhur musiqiçi, rəssam olmalarna əmin etmək asandır.


Ardı →

Ən çox görülən 30 yuxu

Almaniyada aparılan bir araşdırma, yuxu dünyasının qapısını açdı. Qadınlar ən çox üzür, kişilər qadınlardan daha çox sevişir, gənclər hörümçəkdən qorxur, yaşlılar pul tapır. Ən çox uçmağı sevirik. Təcavüzə məruz qalmaq, kiməsə təcavüz etməkdən daha çoxdur.

Yuxunun sirri əsrlərdir insanlara bəlli deyil. Ümumiyyətlə niyə yatmağımızın da ağlabatan bir cavabı yoxdur. Amma Almaniyada aparılan bu araşdırma yuxu ilə bağlı bəzi statistik məlumatlar verməkdədir. Sən demə bəzi yuxuları bütün insanlar görür. Dünən gecə siz böyük ehtimalla evlərin, yolların üzərindən uçmusuz. Kimdənsə qaçmısız, bir şeyi təkrar-təkrar etməyə çalışmısız, tanıdığınız, yaxud tanımadığınız biriylə sevişmisiz.


Ardı →

Bir üzü xeyir, bir üzü şər

Edvard İngiltərənin ən nüfuzlu ailələrindən birinin varisi olub. Tanışları onun haqqında parlaq insan deyə danışırdılar. Fitrətən xeyirxah kimi tanınan bu şəxs müxtəlif musiqi alətlərində çala bilirdi.

Edvardı yaxından tanıyanlar onun çox gözəl simaya malik olduğunu söyləyirdilər: ancaq bu qarşı tərəfdən baxanda belə idi. Arxada isə – peysərində onun başqa siması var idi. Zalımlıq yağan bu üz çox eybəcər olub. Edvardın bu tərəfi tənhalığı seçmişdi və hətta ailə üzvlərinin onu ziyarət etməsini istəmirdi.

Tibbdə belə patalogiya «Sraniophagus Parasiticus» adlanır və bir bədəndə siam ekizlərinin birləşməsi zamanı baş verir.

Şahidlər ikinci üzün heç bir zaman səsini eşitmədiklərini və onun nə vaxtsa qidalandığını görmədiklərini bildiriblər. Bununla belə, ikinci üzün gözləri ətrafdakıları daim diqqətlə izləyib, bəzən müəyyən emosiyalar da göstərib: gülümsəyib, ya da qaşqabağını sallayıb. Ən maraqlısı isə ikinci üz həmişə birincinin əksinə emosiyalar göstərirdi. Məsələn Edvard ağlayanda, ikinci üz gülürdü, nəyəsə sevinirdi. Onun dodaqları daim tərpənirdi, elə bil nəsə deyirdi.
Ardı →

Dünyanın ən bahalı gülləri

Elə bir kişi yoxdur ki, qadına hədiyyə alarkən ağlından çiçək keçməsin.

Hədiyyə olaraq çiçək verilməsi bir növ adətə çevrilmişdir. Maraqlıdır, görəsən ən bahalı gül hansıdır? Gəlin, ən bahalı güllər siyahısına baxaq:


Ardı →

Litr kimdir?

Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan – Batist Litrin adını daşıyır. Laboratoriya qablarını ilk dəfə o hazırlamışdır. Təəssüf ki, onun tərcümeyi – halının çox az hissəsi dövrümüzə gəlib çıxmışdır. Təkcə bu məlumdur ki, onun valideynləri  də şərab şüşələri hazırlamaqla məşğul imişlər.

  İsveç astronomu Anders Selsi ilə tanışlıq onun həyatında böyük rol oynamışdır. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi. Litrin təklifi onun ölümündən sonra təsdiq olundu. Ancaq standart maye kimi civə əvəzinə su işlədildi.


Ardı →

Qandinin Hitlerə məkubları


Sizə belə müraciət etməyim – söz naminə söz deyil. Mənim düşmənim yoxdur. Ömrümün son 33 ili mənim qayəm irqindən, dərisinin rəngindən, dinindən asılı olmayaraq bütün insanların dostluğunu qazanmaq olub.

Birinci məktub
Vardxa
23 İyul 1939

Cənab Hitlerə, Berlin, Almaniya
Ardı →

Cozef Cons – Əfsanəvi həbsdən qaçış ustadı

Tarixdə elə insanlar var ki, onları barmaqlıq arxasında saxlamaq mümkün deyil.

Gənc britaniyalı Cozef Cons üç çörək və hər hansısa xırda bir şey oğurladığına görə həbsə düşür. O nəyəsə görə hakimin xoşuna gəlmir və ona 10 il ərzində katorqaya göndərilir. Adətən belə cəzalar üçün 3 ay həbs cəzası təyin edilirdi. İlk həbs illərini o İngiltərədə keçirir. Daha sonra isə o Qərbi Avstraliyaya göndərilir və burada yaxşı davranışı səbəbindən şərti azadlığa buraxılır. Burada aclıq şəraitində yaşamasına baxmayaraq ilk zamanlarda qanun pozuntularından kənar dururdu.

Lakin bir dəfə o başsız qalmış ata əl uzatmaqdan özünü saxlaya bilmir və ata öz damğasını vurur. Daha sonradan bu atın sahibi peyda olur. At oğurluğuna görə 10 il həbs cəzası nəzərdə tutulurdu. Lakin Co həbsdən qaçır və atın üzərindəki damğanı yox edə bilir. Nəticədə o yalnızca qaçdığına görə 3 il həbs cəzası alır. Bu dəfə də nümunəvi davranışına görə onu azadlığa buraxırlar. Lakin hər şey bununla bitmir. Qonşusunun öküzü itir. Bunu onun etdiyinə dair heç bir dəlil olmasa da keçmiş məhkum oğurluqda təqsirli bilinir.

O bu dəfə də bir neçə aydan sonra qaçmağı bacarır. Onu tezliklə tutsalar da o yenə qaçmağı bacarır. Növbəti bir neçə aydan sonra polis onu ələ keçirə bilir. Onun həbs cəzasına əlavə olaraq 5 il də əlavə edilir və xüsusi inşa edilmiş kameraya salınır. Məhkumların sözlərinə görə oradan qaçmaq mümkün deyildi. Hətta qubernator bildirmişdi ki, o buradan da qaçmağı bacarsa ona rəhm ediləcək. Və hər zaman olduğu kimi Co buradan da qaçmağı bacarır və yalnızca iki ildən sonra tapılır. Məhkumun həbs müddəti artırılır və həbsə atılır. Bir neçə ildən sonta yeni qubernator bu haqda eşidir və əvvəlki qubernatorun vədinə əməl etməyi tapşırır. Lakin bir şərtlə ki, Co bir daha qanuna zidd hərəkət etməyəcək. Co söz verdi.
Ardı →

Ən qədim futbol növü – Tsu-cu

Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur yəqin ki. Amma sən demə, müasir futbola çox oxşayan oyun nə az-nə çox 2000 il əvvəl Çində mövcud imiş.  Adı da tsu-cu imiş.

Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, ayaqla, başla, sinəylə, bir sözlə əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi.

Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki,torunortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi.

Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi. Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı.


Ardı →

Gülməkdən ölənlər

Ölümün ən son metodu nə ola bilər sizcə? Gülməkdən ölmək. Lənət şeytana, bu yolla ölmək çox anormal və qeyri adidir. Təsəvvür edin, siz o qədər gülürsünüz ki, bu axırda sizin ölümünüzə səbəb olur. Hər halda son dəqiqələrinizi xoşbəxt gülüşlə başa vurursunuz. Digər ölüm metodları bu cür deyil.

Bu cür yolla dünyasını dəyişən insanlar aşağıdakılardır:

Ole Bentzen “ Vanda adlı balıq” filminə baxarkən dünyasını dəyişib. O, filmə baxarkən həddən artıq gülüb və yerindəcə keçinib.

Yunan filosofu Krisipas da hhəmçinin gülməkdən ölmüşdür. O, ulağına şərab içizdirir və sonra onun ənciri necə yeməsinə tamaşa etməyə başlayır. Ayılanda isə ulaq bütün əncirləri heç bir problem olmadan yeyib bitirmişdir. Lakin içdikdən sonra ulaq dayandığı yerdə büdrəməyə başladı, yerində dura bilməyib tez – tez yıxılırdı. Krisipas bu mənzərəyə o qədər gülmüşdü ki, bu onun ölümünə səbəb olmuşdu.
Ardı →