Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Benvenuto Çellinin “Ziyanverici” güzgüsü

Hal-hazırda qadınların əliçıraqlı axtardığı bu sənət əsəri qeyri-adi qüvvəyə malikdir. O, heç vaxt sərgiyə, yaxud da hərraca çıxarılmayıb. Əsər öz sahibini həmişə özü seçib. Bununla bağlı bütün əhvalatların personajı – dünyaca tanınmış insanlardır. Söhbət XVI əsrin görkəmli italyan heykəltəraşı Benvenuto Çellininin düzəltdiyi ovsunlanmış güzgüdən gedir. Bu şah əsəri “əbədi cavanlıq güzgüsü” də adlandırırlar. O, öz sahibələrinə təbiətin və zamanın gücünə qarşı əbədi cavanlıq və gözəllik bəxş edir. Onu oğurlayanları isə qəddarcasına cəzalandırır! Tarix boyunca bu əsər dünyanın bir çox ölkələrini gəzib-dolanıb.

Güzgünün tarixçəsi olduqca dumanlıdır. Üst-üstə toplanan faktlara əsaslanaraq əldə edilən TARİXÇƏni təqdim edirik:

XVI əsr. Fransa. I Frasiskin sarayında İntibah dövrünün ən gözəl qadını Diana de Puatye yaşayırdı. Onun gözəlliyi hər kəsi valeh edirdi! Bu füsunkarlıq heykəltəraş, rəssam, zərgər, əlkimyaçı və sehrbaz Benvenuto Çellininin də diqqətini çəkmişdi. Onlar olduqca vəfalı dost idilər. Hətta bir dəfə Diana onu ən çətin vəziyyətdən qurtarmışdı. O vaxt Çellini hersoginya  Etampın qəzəbinə tuş gəlmiş və qadın onu qətlə yetirməkçün üstünə adamlar göndərmişdi. Bundan xəbər tutan Diana de Puatye isə xəlvətcə Fransanı tərk etməsi üçün Çelliniyə şərait yaratmışdı. Amma indi mövzumuz görkəmli heykəltəraşın taleyi deyil, onun ən möhtəşəm əsəri – qeyri-adi gücə malik GÜZGÜdür. Qısaca qeyd edim ki, sənətkarın Fransadan uzaqdakı taleyi elə də ürəkaçan olmadı və o, məcburən yenidən Fransaya döndü.


Ardı →

İlk pul və poçt markasının yaranması

Avropada, orta əsrlərdən bəri, yolların etibarlı olmaması üzündən, məktubun daşıma ödənişini alıcı tərəfindən ödənirdi. Bu da çox vaxt maraqlı və bəzəndə cixilmaz vəziyyətlərə gətirib çıxarırdı.

1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü.


Ardı →

Tarixdə baş vermiş ən böyük dəniz qəzaları

Wilhelm Gustloff (1945)

Dünya tarixində ən çox can itkisinə səbəb olan dəniz qəzası, 30 Yanvar 1945-ci ildə baş verdi. Şərqi Prussiyanın Gotenhafen limanından yola çıxan Alman sərnişin gəmisi «Wilhelm Gustloff,» II Dünya Müharibəsinin sonunda Almaniyadan Sovetlər Birliyinə keçən Şərqi Prussiyadan qaçan minlərlə adamı daşıyırdı. 1937-ci ildə lüks bir sərnişin gəmisi olaraq inşa edilən 25,500 gros tonluq Wilhelm Gustloff, əslində 2 min sərnişin tutumuna sahib idi. Rəsmi qeydlərdə gəmidəki sərnişin sayı 6 min 50 olaraq göstərilməsinə baxmayaraq qəza zamanı gəmidə 9 mindən çox adamın olduğu düşünülür. Sovetlər Birliyinə aid S-13 sualtı tərəfindən atılan üç torpedanın dəydiyi gəmi, yalnız 50 dəqiqə ərzində Baltik dənizinin qaranlıq və buz kimi sularında boğuldu. 903 adamın xilas olmağı bacardığı qəzada rəsmi ölü sayı 5 min 348 olaraq açıqlandı. Ancaq tarixin ən qanlı qəzasında təxminən 8 min adamın öldüyü düşünülür.


Ardı →

Beynin ən böyük düşməni - FİLM

2 saatlıq film 1 həftəyə “həzm” olunur

Xarici KİV-ə istinadən verdiyi məlumata görə, türk alimləri insan yaddaşının texnikasını araşdırıb. Məlum olub ki, yuxu, psixoloji vəziyyətə və televizora baxma yaddaşa təsir edən amillərdəndir. Özəlliklə də televizora baxma beyinə mənfi təsir edir.

Beynin sağ və sol yarısı quş qanadına bənzəyir. Sağ hissə məlumatı həkk edir, sol hissə isə xəyal gücü və romantik əlaqələr üçün istifadə olunur. Gündə 2 saat fasiləsiz film izləyən birinin beyninin, o filmi izləmədən əvvəlki halına qayıda bilməsi üçün, düz bir həftə beyin məşqi etməsi lazımdır.

 


Davamı →

"Min bir gecə" tarixi


Əsrlər boyu Yaxın və Orta Şərq xalqlarının, sonra isə Avropa xalqlarının ruhunu fəth etmiş “1001 gecə” nağılları ağızdan-ağıza, dildən-dilə keçə-keçə öz rəngarəngliyini artıraraq bir çox əsərlərin yaranmasına mənbə olmuşdur.

Tədqiqatçıların əksəriyyətinin fikrincə, “1001 gecə” nağıllarının əsasını IX yüzillikdə fars (pəhləvi) dilindən ərəb dilinə tərcümə edilən «Hezar əfsanə” ( “1000 əfsanə” ) təşkil edir. Əsərdəki hekayələr, məsələn, “Sindibadnamə hekayələri”, heyvanların nitqləndirmə yolu ilə düzələn təmsillər – “Hindistan”, div, pəri iştirak edən nağıllar – İran, Harun ər – Rəşid, Məmun və başqa ərəb xəlifələrinin iştirak etdiyi hekayələr isə ərəb xalqlarının həyatını əks etdirdiyi üçün hər 3 xalqın müştərək abidəsi sayılır.
Ardı →

Dəmir kitab

Ölü dəniz sahillərində aşkarlanmış yeni tapıntılar sensasiyalı nəticələrə səbəb ola bilər

Ölü dənizin sahillərində, İordaniyadakı bir mağarada dəmirdən hazırlanmış 70 kiçik kitab tapılıb. Qüds və Əmman Universitetlərinin arxeoloqlarının dediklərinə görə, bu tapıntı 1947-ci ildə aşkarlanmış “Ölü dəniz kitabələri”ndən də əhəmiyyətli, qiymətli ola bilər.

Ən azı ona görə ki, üz qabığı və səhifələri dəmirdən hazırlanmış, yazıların dəmir qələmlə cızıldığı kitablar qədim düyna tarixi ilə bağlı indiyədək mövcud təsəvvürləri dəyişə bilər.
Kitabların əksəriyyəti İsa Məsih və onun həvariyunlarına həsr olunduğundan, Bibliya ilə bağlı biliklərdə də dəyişikliklər mümkündür.


Ardı →

Sirli tapıntılar

1.  Sementsiz hörgülər Perudakı inklərə aid bir qalanın ətrafında hündürlüyü 9 metr, uzunluğu isə 360 metr olan ziqzaqşəkilli daş hasar hər biri 300 ton ağırlığında əhəng daşı bloklarından inşa edilmişdir. Anaq heç bir sement və ya əhəngli qatışıqdan istifadə edilməməsinə baxmayaraq, bu daşların arasına bıçaq belə soxmaq olmur.

2.  Antik dövrün kompyuteri 1900-cü ildə Giritdə taxta qutu içərisində yerləşdirilmiş çoxdişli qəribə bürünc alət tapılıb. Bu alət vasitəsilə Ay, Günəş və digər planetlərin tədqiq edildiyi güman olunur.

3.  1000 ilə qurulan şəhər Sakit okeandakı Mikroneziya adası yaxınlığındakı antik Nan Madol şəhərinin inşasına eramızdan əvvəl 200-cü ildə başlanıb və tikintisi min il sürüb. 250 milyon tonluq nəhəng bazalt bloklarından istifadə edərək tikilən bu şəhər 100 adanı kanallarlae bir-birinə bağlayır. Bazaltların buraya necə gətirildiyi isə hələ də sirr olaraq qalır.


Ardı →

Bilmədiyimiz, maraqlı məlumatlardan

Palıd qozasının yetişməsi üçün 50 il vaxt lazımdır.

Çirkli qar təmiz qardan tez əriyir.

Arıların 5 gözü olur.

Dinamitin hazırlanmasında yer fındığından istifadə olunur.

Tarixdə ilk odekolon taun xəstəliyinə qarşı profilaktik vasitə kimi istifadə edilib.

Las-Veqas kazinolarında saat olmur.

Qarışqa digər canlılarla müqayisədə ən böyük beyinə malikdir. Təbii ki, bədəni ilə müqayisədə.
Ardı →

Qəhvə falı

Qızlar kişilər kimi səbirli deyil. Onlar hər şeyi əvvəlcədən öyrənmək istəyir, gələcək talelərini əvvəlcədən bilməyə can atırlar. Bunun üçün, inanmasalar da, cürbəcür fallara üz tutur və batil inancları yerinə yetirirlər. Necə deyərlər, fala inanma, faldan da qalma…

Gələcəyi görə bildiyini iddia edən bir çox falçılar müxtəlif üsullarla fala baxırlar. Lakin qəhvə falı bir növ əyləncə xarakteri daşıyır. Bu tərzdə qəhvə falları sadə qaydalarla baxılır. Qəhvə fincanı saat istiqamətinin tərsinə, baş üzərində üç dəfə çevrilir. Bu zaman bir dilək tutulur. Daha sonra qabın üzərinə doğru çevrilərək bağlanır.

Fincan sapından başlayaraq xəyali bir qütb, ekvator xətti ilə ikiyə yarılıb dörd parça şəklində tutulur. Saatın əqrəb– dəqiqə əqrəbinin dönmə istiqamətinə görə fala baxmağa başlanmalıdır. Xəyali qütb xəttinin sağ tərəfində qalan şəkillər müsbət simvollar olaraq şərh olunur, xəyali qütb xəttin sol tərəfində qalan şəkillər mənfi simvollar kimi yozulur.

Xəyali ekvator xətti üstündə qalan şəkillər üçün hadisələrin qısa bir zaman sonra reallaşacağını göstərdiyinə inanılır. Xəyali ekvator xətti altında qalan şəkillər hadisələrin daha uzun bir zaman sonra reallaşacağını bildirir.

Qəhvə falına baxdığınız adam haqqında şüuraltınızdakı mesajları xatırlamalısınız. Falına baxdığınız adamla fincandakı şəkillər arasındakı əlaqəni dərhal quraraq enerji meydana gətirməli, daha sonra bənzətmə və şərhi verməlisiniz. Fincandakı şəkillərin mənasının nə sizi, nə də falına baxtığınız insanı üzməsinə, ya da çox sevindirməsinə icazə verməməlisiniz, nəticə etibarı ilə fal olduğunu unutmayın.
Davamı →