Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

İlk avropalılar kim olub?

Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər.

Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. Nature dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var.
Ardı →

11 Sentyabr nəzəriyyələri

ABŞ-da 2011-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinin ekiz binalarına edilmiş təyyarə hücumlarından 10 il keçsə də, bu faciəvi olay ətrafında mübahisələr səngimək bilmir.


Hücumun araşdırılması ilə bağlı açıqlanan yeni hesabatlar «qaranlıq» qalan məqamlara aydınlıq gətirən kimi, yeni konspirasiya nəzəriyyələri də peyda olur.


Hazırda rəsmi təhqiqatların nəticələrini sual atına konspirologiya tərəfdarlarının 5 əsas nəzəriyyəsinə rast gəlmək olar.


Ardı →

İngilis atom mühəndisi SSRİ-ə qaçıbmış

Britaniyanın əks-kəşfiyyat xidməti Mİ5 yeddi həftədir ki xəbər-ətər olmayan britaniyalı nüvə fiziki Bruno Pontekorvonun axtarışına başlayır.


Professor Pontekorvo və ailəsi senytabr ayında Finlandiyaya gəlmiş və bundan sonra yoxa çıxmışdılar. Bəzi ehtimallara görə, ailə Sovet İttifaqına qaçıb. Bu yaxınlarda professor Harvel Atom Tədqiqatları İnstitutundakı baş elmi işçi vəzifəsini tərk edib və yanvar ayından Liverpul Universitetində işə başlamalı idi. Hökumət israr edir ki, professor yalnız qısa bir müddətdə «məxfi məlumatlara» çıxış əldə edib. Lakin eyni zamanda rəsmilər onun «düşmən» üçün yararlı informasiyaya malik olduğunu da istisna etmirlər.


Ardı →

Burulğan necə meydana gəlir?

Dar bir ərazidə ani təzyiq dəyişikliyi ilə meydana gələn qasırğalar burulğan şəklində olan çox şiddətli küləklərdir. Yəni qasırğalar atmosferdə ani təzyiq dəyişikliyindən və isti hava kütləsinin böyük sürətlə yüksəlməsindən meydana gəlir. İsti hava kütləsinin üstünə soyuq hava kütləsi çıxdıqda sıxlığı az olan isti hava kütləsi sürətlə soyuq havanın içinə doğru yüksəlir. Bu arada təzyiq sürətlə azalır.Təzyiq və temperaturdakı ani dəyişikliyin nəticəsində qısa vaxt ərzində şiddətli küləklər meydana gəlir. Hava yüksəldikcə küləyin sürəti daha da artır
Ardı →

Stounhencin sirri

Arxeoloqlar Britaniyada tarixdən əvvəlki dövrə aid olan Stounhenc (Stonehenge) məntəqəsində qazıntı işlərinə başlayıblar. Bu, 1964-cü ildən bəri daş erası çərçivəsində aparılan ilk qazıntıdır və arxeoloq-alimlər bu obyektlə bağlı indiyədək qalan suallara cavab tapmaq üçün müasir elmi nailiyyətlərdən istifadə etmək niyyətindədirlər.


Stonehenge bir müəmma qalmaqda davam edir. İngiltərənin cənubundakı Salisbury düzənliyində yerləşən bu abidənin 3 min il yaşı var.


Ardı →

İşdə stressə yox!

Yeni bir elmi tədqiqatda göstərilir ki, iş yerində keçirilən stress və əsəbilik 50 yaşına qədər qadınlarda ürək xəstəlikləri risqini artırır.


Tədqiqatda iştirak edən 12 min həkim və sanitar qadınların müayinəsi nəticəsində belə bir nəticə çıxarılıb ki, işdəki stress 50 və ya 60 yaşlarında olan qadınlardan daha daha çox gənc yaşlı qadınlara mənfi təsir göstərir.


İş yerində stressin kişilərdə ürək xəstəliyi yarada bildiyinə dair istənilən qədər sübutlar var. Lakin qadınlara bu amilin nə kimi təsir göstərdiyi o qədər də araşdırılmamışdır.


Ardı →

Bunları bilirsinizmi?

‎1. Bibliya 2462 dilə tərcümə olunub. Həmçinin «Star Track» filmində yadplanetlinin danışdığı klinqon dilinə belə tərcümə olunub. Birdən yad planetlilər Bibliya oxumaq istəsələr çətinlik çəkməsinlər deyə =)
2. Dünyada mövcud olan bütün qarışqaların çəkisi dünyada yaşayan bütün insanların çəkisinə bərabərdir.
3. Braziliyada elə bir hörümçək mövcuddur ki, o kişiləri sancarsa həmin insanlarda bir neçə saat keçməyən ereksiya yaranır. 
4. Anatidaefobiya-elə bir qorxudur ki, bu qorxudan əziyyət çəkən insanlar elə zənn edirlər ki, onları hansısa ördək izləyir.
5. Ağcaqanadları sizdən uzaqlaşdıran vasitələr (sprey və ya kremlər) əslində ağcaqanadları sizdən uzaqlaşdırmır onlar sizi ağcaqanadlardan gizlədir. Belə ki, həmin vasitələr ağcaqanadların hissiyat hüceyrələrini keyləşdirərək onların insanları hiss etmək qabiliyyətini məhv edir. Beləliklə həmin an siz ağcaqanadlar üçün görünməz olduğunuz üçün o sizlərə yaxınlaşmır.
6. Həşərat yeməyənlər üçün xüsusi açıqlama =) Böcəklər dadına görə alma, eşşəkarısı meşə çərəzi, soxulcanlar isə qızardılmış donuz əti tamına malikdirlər. 
Ardı →

Qalileo Qalileyin səhvinin səbəbi axtarılır

Britaniya və İtaliya alimlərindən ibarət tədqiqatçılar qrupu 16-cı əsrdə yaşamış alim-astronom Qalileo Qalileyin ekshumasiyasına icazə istəyib.


Alimlər onun qalıqlarının müayinəsi vasitəsilə DNT-sini tədqiq edib öyrənmək istəyirlər ki, Qalileo Qalileyin bəzi elmi işlərinə onun pis görmə qabiliyyəti nə kimi təsir göstərib.


Elm dünyasında müasir astronomiyanın atası kimi qəbul edilən Qalileo Qalileyin görmə qabiliyyəti çox zəif idi və ömrünün sonlarına yaxın o tamamilə kor olmuşdu.


Onun elmi işləri və tədqiqatlarında bəzi səhvlər aşkar edilmişdi. Misal üçün, Qaliley hesab edirdi ki, Saturnun halqası deyil, iki peyki var.


Qalileo Qaliley həm də Yer Kürəsinin Günəşin ətrafında dövr etməsi nəzəriyyəsinin tərfdarı kimi tanınırdı.



Ardı →

Qeyri-adi "zarafat"


«General Elektrik» şirkətində çox geniş yayılmış bir zarafat var idi. Şirkətə yeni bir işçi qəbul edəndə o işçiyə ağ işıq yayan bir lampa düzəltməyi şərt qoyurdular. Təbii ki, şirkətin işçiləri belə bir lampanı düzəltmək mümkün olmadığını bilirdilər. Ancaq yenə də yeni gələn işçi laboratoriyada sırf bu işə vaxt itirsin deyə və sonra da ağ bayraq qaldırsın deyə, zarafatlarından qalmırdılar. Yeni işçilər isə belə bir lampanı düzəltmək mümkün olmadığını bilmir və böyük bir həvəslə işə girişirdilər. Ancaq apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə insan fitrətinə uyğun olaraq «Mən bacarmaram!» yolunu seçir və təcrübələrinə son qoydular. Ancaq bu işçilərdən yalnız biri, yəni Marvin Pipkin «Mən bacarmaram!» yolu əvəzinə «Mən bacararam!» yolunu seçdi və gecəsini gündüzünə qataraq ağ işıq yayan məşhur fluoressent lampasını kəşf etdi.


Davamı →