Рейтинг
+55.49

Marketinq

55 üzv, 110 topik

Uğurlu reklam kampaniyası üçün

Reklamda universal qanunlar və düsturlar olmur, ən yaxşı halda ümumi sxemlərdən danışmaq olar. Lakin bir qanunun istifadəsində geniş sahə mövcuddur – sağlam düşüncə qanununun istifadəsi sahəsi.Reklamda çox şey öz başlancığını şəxsi təcrübədən və sağlam düşüncədən götürür. Bu, reklamda həyatın başqa sahələri ilə paralellər quraraq, aydın və çox aydın olmayan təcrübələri çox vaxt aşkar etməyə yardım edir. Lakin insanın davranışı və xarici təsirlərə reaksiyası çox vaxt qanunauyğunluğu nümayiş etdirir və bunlar reklama öz şəxsi qaydalarını, təlimatlar və normativlər toplusunu yaratmağa imkan verir. Marketinqin və reklamın hər bir əsas bölməsinə aid olan əsas prinsipləri aşağıda qısa və dürüst ifadə etməyə çalışdıq.


Ardı →

Reklam haqqında qanun

Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət (bundan sonra — əmtəə) bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimləyir.

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı məna daşıyır:

  • «reklam» — fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiya;
  • «sosial reklam» — qeyri-kommersiya xarakteri daşıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması və geniş xalq kütləsinə çatdırılan, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı biganəliyə qarşı barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik ovqatlarını formalaşdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və istənilən reklam daşıyıcıları ilə yayılan informasiya;

Ardı →

Reklam agentlikləri

Reklam agentliyi— hüquqi şəxs olub marketinq və PR sahəsində fəaliyyət göstərən,reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilatdır. Reklam agentlikləri hazırda 3 növdə olur:
  1. kreativ reklam agentlikləri- TV,mətbuat,internet və s.-də reklamların hazırlanması, reklam ideyaların tərtibi.kopiraytinq xidmətləri. Efirdə gördüyümüz video-reklamları məhz kreativ agentliklər fikirləşib hazırlayır ya da adaptasiya edir.
  2. media firmaları- onlar əsasən reklamın mediada yerləşdirilməsi ilə məşğul olurlar. Çünki şirkətlərin özlərinə reklamı birbaşa yerləşdirmək sərf etmir: onların marketinq mütəxəssisinin vaxtı ya heç olmur,olsa da kifayət qədər bacarığı olmur. həm də reklam firmalarında böyük endirim olur.Ona görə də böyük şirkətlər əsasən öz işləri məşğul olur, reklamı yerləşdirməyi peşəkarlara həvalə edirlər.
  3. xüsusiləşmiş agentliklər- yalnız bir növ işlə məşğul olurlar. Məsələn, Azərbaycanda metro reklamına bir agentlik cavabdehdir.

Ardı →

Marketinqin tarixi

Marketinqin mahiyyəti bir və ya daha çox tərəfin öz tələblərini yerinə yetirmək üçün bir-biri ilə nə isə dəyərli bir şeylə mübadilə prosesi aparmasıdır. Bir halda, insanlar pullarını CD, geyim və ya avtomobil kimi maddi əşyalara verir. digər halda qeyri-maddi, məsələn, uşaqlara baxmaq üçün, bərbərxanada saç düzümü və ya konsertə getmək üçün pul verirlər. Elə situasiyalar da vardır ki, insanlar öz vəsaitlərini və ya vaxtlarını əvəzsiz verirlər, deyək ki, Qırmızı Xaç təşkilatına qan verir, yeni idman zalının, kilsə və ya məktəb tikintisi üçün ianə verir və ya ətraf mühitin yaxşılaşdırılması üzrə kampaniyada iştirak edirlər.
Marketinqin həmişə biznesin bir hissəsi olması və belə də qalmasına baxmayaraq, onun mühümlüyü xeyli dəyişir. Marketinq tarixində dörd dövrü nəzərdən keçirək: 1) istehsal dövrü; 2) satış dövrü; 3)marketinq dövrü; 4) qarşılıqlı münasibətlər dövrü.


İstehsal dövrü
1925-ci ilə qədər fəaliyyət göstərən şirkətlərdən çoxu, hətta Qərbi Avropanın Şimali Amerikanın ən inkişaf etmiş ölkələrində olan şirkətlər əsasən istehsalla məşğul olmuşlar. İstehsalçılar əsasən yüksək keyfiyyətli məhsul istehsalına diqqət yetirmiş, sonra isə bu məhsulun satışı ilə məşğul olan insanları axtarmışlar. İstehsal yönümlü şirkətlərdən Pillsbury-nin tarixi önəmlidir. Vaxtı ilə bu şirkətin icraçı direktoru olmuş mərhum Robert Keyt Pillsburynin fəaliyyətinin ilk illərini belə təsvir etmişdir


Ardı →

Seqmentasiya

Seqmentasiyanın strategiyası coğrafi, psixoqrafik, davranış və ya demoqrafik prinsiplər əsasında fərqlənən xüsusi və çox vaxt yeganə bazar seqmentində rəqiblər üzərində üstünlüyün təmin edilməsinə yönəldilmişdir. Onun zəruriliyi təklif olunan məhsulun, istehlakçıların, bazarların milli xüsusiyyətlərinin xarakteristikalarının müxtəlifliyindən doğmuşdur. Strategiyanın başlıca ideyası ondan ibarətdir ki, müəssisə özünün dar məqsədli bazarında öz resurslarını bütöv bazarda cəmləşdirən rəqiblərdən daha səmərəli xidmət göstərə bilər. Nəticədə rəqiblər üzərində üstünlük ya məqsədli bazarın ehtiyaclarının daha tam ödənilməsi əsasında, ya da seçilmiş seqmentə xidmət zamanı daha az xərclərə nail olunmaqla əldə edilir. Baza bazarının bölgüsü prosesinə makroseqmentasiya və mikroseqmentasiya daxildir.



Ardı →

İnsanlara necə təsir etmək olar?

Nəhəng şirkətləri ortabab şirkətlərdən ayıran başlıca xüsusiyyət, təşəbbüskar və proaktiv davranan rəhbərlərə və işçilərə sahib olmalarıdır. Proaktiv insanlar gördükləri işi bir addım qabağa aparmaq, effektli etmək üçün yaradıcı planlar həyata keçirə bilən və bu istiqamətdə addım atmaqdan çəkinməyən, fərqli insanlardır. Bunun üçün də ətraflarındakılara təsir göstərmək, hədəflərinə çatmaqlarını asanlaşdıracaq insanları yola gətirmək və onların dəstəyini təmin etməkdə uğurlu olmaq məcburiyyətindədirlər. Özlərilə eyni hədəfə doğru çiyin-çiyinə yeriyəcək insanları təsir altına salmağı, öz tərəfinə çəkməyi bacarmalıdırlar.
Davamı →

Purple Cow

Purple Cow (Bənövşəyi İnək) olmağı  fikirləşməyə dəyər


Rəqabət şərtlərinin çox yoğun olduğu günümüzdə, firmalar yenilik və fərq yaratmağa bir növ artıq məcburdurlar. Çünki, rəqiblərin çoxluğu, bazarda malların çox çeşidli olması, müştəri xidmətlərindən və reklamlardan geniş istifadə olunmasi kimi faktorlar firmaları buna məcbur etməkdədir. Başqa bir problem isə malların və xidmətlərin hardasa get-gedə bir-birlərinə daha çox oxşamasıdır.


Belə bir bazar şəraitində  isə bir-birinə bənzəyən mallarla qarşı-qarşıya qalan müştərilər daha ucuz olan malı satın alırlar. Nəticədə isə bazarda firmalar üçün heç də sərfəli olmayan qiymət rəqabəti başlayır. Bu hal isə firmaların gəlirlərinin azalması və böyümələrinin zəyifləməsinə səbəb olur. Belə bir şəraitdə firmalar üçün rəqabət üstünlüyü əldə etmənin ən təsirli yollardan biri də onların rəqibləri haqqında fərkliləşmələri olacaq.  Bu mövzuda bir çox fikir səslənib. Ancaq bunlardan ən məşhurlarından biri məşhur marketinq qurusu Seth Godin tərəfindən irəli sürülüb. Seth Godin firmalara rəqabətdə üstünlük əldə etmələri üçün  fərqlilik yaratmalarını-bir Purple Cow (bənövşəyi inək ) olmalarını təklif edir.


Ardı →

Marketinqin biznesə 7 faydası

Marketinq hər bir müəssisənin uğur qazanmasında əsas rol oynayan strateji bir sahədir. Bu sahə məhsulların və xidmətlərin təqdim edilməsi, tanıtımı və satışını əhatə edir. Müasir iş dünyasında marketinq sadəcə məhsulun satışından daha çox şeyi ifadə edir. Bu həm də brend mədəniyyətinin, müştəri münasibətlərinin və bazar araşdırmalarının mərkəzindədir. Ənənəvi mediadan sosial media platformalarına qədər müxtəlif kanallar vasitəsilə marketinq müəssisələrin bazar yerindəki mövqeyini gücləndirməkdə və rəqabət üstünlüyü əldə etməkdə kritik əhəmiyyət kəsb edir. İndi marketinqin biznesə verə biləcəyi yeddi əsas faydanı ətraflı şəkildə nəzərdən keçirəcəyik.


Davamı →

Uğurlu kontentin növləri

Məşhur marketoloq və sahibkar Ceff Bullas, digərlərindən daha tez populyarlaşan, vizual kontentin 10 növündən danışdı.
1. Ruhlandırıcı sitatlar.
Sitatlar insanların şüuruna təsir etmə imkanına malikdir. Özünə güvəni artıraraq, müxtəlif hisslər yaşada bilir. Bununla da həll edici qərarlar verərək arzularına doğru irəliləməyə köməklik edir.
2. İnsan simaları.
İnsan simaları satış markası ilə alıcı arasında şəxsi bir bağlılıq yaradır və çox vaxt müsbət hisslər doğurur. Üzərində insan siması olan fotoşəkillər digərlərindən daha çox bəyənmələr alır. Koka-Kola “insan siması” taktikasını artıq illərdir öz marketinq kampaniyalarında istifadə edir

Davamı →

Harri Potter'dən öyrəniləcək marketinq dərsi

Harry Potter kitabları daha sonra filmləri ilə bütün dünyanın diqqətini cəlb etməyə və sehrli dünyasında milyonlarla insanı birləşdirməyə müvəffəq olub. Eyni zamanda bütün yaş kateqoriyalarına aid şəxslərə həyat dərsi verə biləcək bir serialdır. Harri Potterdən sizin üçün faydalı olacaq marketinq sirrlərini təqdim edirik.
Davamı →