6. Təşkilatın resurslarının qiymətləndirilməsi

Təşkilatın marketinq strategiyası variantlarının realistik qiymət­lən­dirilməsi ilə yalnız bu təşkilatın resursları (onun aktivləri, imkanları və səriştəlilik növləri) kontekstində məşğul olmaq olar. Bu zaman həm mövcud, həm də potensial resursları nəzərdən keçirmək lazımdır. Bu əsasda təşkilat öz rəqabətli vəziyyətini yaradır və belə real fundamenti olmayan istənilən marketinq strategiyası iki risklə üzləşə bilər. Birincisi, belə əsaslandırılmamış strategiya ola bilsin ki, istehlakçı nöqteyi-nəzə­rin­dən məhsulun unikal diferensiasiyasını təmin edə bilən resursları nəzərə almasın. İkincisi, belə əsaslandırılmamış strategiya təşkilatda olmayan və ya onun əldə edə bilmədiyi resurslardan və imkanlardan istifadə edilməklə uğura hesablanmışdır. Belə strategiya şübhəsiz ki, tətbiq zamanı müvəf­fəqiyyətsizliyə uğrayacaq.
Bu fəsildə, korporativ imkanların qiymətləndirilməsi üçün struktur əsası təmin edən aşağıda sadalanan məsələlər nəzərdən keçirilir:

  • firma nəzəriyyəsində resurslara əsaslanmış nəticələr;
  • təşkilatın resursları və onların rəqabətli differensiaisiyası ilə bağlı problemlərin aşkarlanması;
  • kompaniyanın rəqabətqabiliyyətliliyini müəyyənləşdirən mar­ke­tinq resursları, reputasiya, brend kimi qeyri-maddi aktivlər, bölüş­dür­mə sisteminin üstünlüyü və digər amillərlə bağlı konkret məsə­lələrin qiymətləndirilməsi üçün firmanın səriştəlilik növləri və resurs bazasının öyrənilməsi;
  • marketinq strategiyasının hazırlanması üçün əsas kimi bu nəticələri marketinq resursları strukturunda birləşdirilməsi.

Təşkilatın resurslarının qiymətləndirilməsi

 

0 şərh