Рейтинг
+33.52

Masonluq,onun tarixi

39 üzv, 34 topik

Masonlar haqqında

Dünyanın ağalığını arzulayan qüvvələr öz missiyalarını həyata keçirmək üçün müxtəlif vasitələrə əl atırlar.Quldarlıq dövründə, feodalızm quruluşu zamanı və indiki dövrdə hədəfləri eyni proqrammları müxtəlif olmuşdur. İndiki dövrdə dünyanın ağalığını arzulayan qüvvələr artıq bəzi dövlətləri belə əllərində saxlamağa müvəffəq olmuşlar. Bu ölkələrin bu dövrdə ağalıq iddiaları neokolonizm istəklərinə söykənmişdir. Artıq onlar dövlətləri öz bayraqları altında deyil məhs dövlət rəsmilərini öz əmrləri altında saxlayırlar.


Ardı →

Masonluq | Dünyanın qaranlıq üzü 2

Böyük loja idarəçiliyi
Hər böyük loja mövcud olduğu ölkənin qanunlarına uyğun olaraq qurulmuş hər hansı bir dərnək, ictimai təşkilat kimi fəaliyyət göstərir. Hər loja aid olduğu böyük lojada onu təmsil edəcək nümayəndələr seçir. Nümayəndələr bir araya gələrək böyük lojanın idarə heyətini təşkil edir. Böyük lojanın görəvliləri bu heyətə demokratik üsullarla seçilir. Böyük lojaların görəvliləri lojalardan fərqli olaraq bir illik deyil, iki illik müddətə seçilir.

Masonluqda yalnız lojaların deyil, bütün üzvlərin də düzənli olması vacibdir. Bir masonun düzənli intizamını qoruması onun masonik öhdəlikləri yerinə yetirməsinə bağlıdır.

Masonik öhdəliklər
Ölkənin qanun və toplumun ənənələrinə uymaq, masonluğun amac və prinsiplərini mənimsəmək, üzvü olduğu mason təşkilatının qərarlarına əməl etmək, təşkilatın toplantılarını axsatmamaq, üzvlük haqlarını zamanında vermək, tapşırıqları zamanında yerinə yetirmək, masonluqda verdiyi sözə sadiq qalmaq və bir masona yaraşan şəkildə yaşamaq.

Masonlara görə, masonluğa girdiyi kimi masonluqdan çıxmaq da mümkündür.


Ardı →

Masonluq | Dünyanın qaranlıq üzü 1

masonlugun simvoluTürkiyənin “Yeni şəfəq” qəzeti Azərbaycan müdafiə nazirinin müavini Rail Rzayevin qətlində masonların əli olması ilə bağlı fikirlər açıqladı. Hətta qətlin Türkiyədəki mason lojaları tərəfindən həyata keçirildiyini dolayısı ilə təsdiqləyən fikirləri açıqlamaqdan da çəkinmədi. İstintaqda önəmli bir gəlişmə olmadığından mason versiyası ilə bağlı bəzi detallara açıqlama gətirmək maraqlı olardı. Yəqin ki, bir çoxlarında masonluqla bağlı müxtəlif suallar var. O suallara mümkün qədər cavab tapmağa çalışacağıq.

Masonluq sirr pərdələrini necə yırtır?
Çox yaxın keçmişə qədər bu sualın cavabını sıradan bir insanın bilmək şansı yox idi. Çünki “masonluq” anlayışı bir çoxları kimi bizim üçün də dünyanın bir çox təhlükəsizlik orqanlarının işi qədər məxfi və qapalı idi. Günümüzdə bunlar artıq tarixə çevrilib. Çünki masonluqla bağlı tam olmasa da yetərincə bilgi əldə etmək mümkündür. Ən başlıcası, bu “sirr pərdəsinin” müəyyən qatlarını masonların özləri qaldırmağa qərar verib. Hazırda İnternet səhifələrində dünyanın bir çox dillərində masonluq, onun təməl prinsipləri, fəaliyyəti, idarə olunması, strukturları barədə ümumi məlumatlar yayılır ki, bu da masonların təşəbbüsü ilə həyata keçirilir.


Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Masonların dinə qarşı savaşı

Masonluq varlığını ilk dəfə rəsmən 1717-ci ildə Ingiltərədə elan etdi. Bu tarixdən sonra masonluq öncə Ingiltərədə, ardınca isə başda Fransa olmaqla, bütün Avropa ölkələrində dinə qarşı çıxanların toplandığı yer oldu. Özlərini «azad filosoflar» elan edən və bununla da ilahi dinləri tanımadıqlarını bildirən xeyli avropalı elm adamı mason lojalarında bir araya gəldi. Mimar Sinan dərgisindəki «Masonluğun ilk dövrləri» başlıqlı məqalədə də qeyd olunduğu kimi, «Masonluq həqiqəti kilsə xaricində arayanların birləşdiyi, toplandığı yer oldu».
«Həqiqəti kilsə xaricində arayan» bu zümrə dinə qarşı da düşmənçilik edirdi. Buna görə də tezliklə həmin təşkilat kilsəni, xüsusilə də katolik kilsəsini ciddi narahat edən bir quruma çevrildi. Bu masonluq-kilsə mübarizəsi getdikcə genişlənərək, XVIII və XIX əsrlərdə Avropa tarixinin ayrılmaz hissəsini çevrildi. XIX əsrin ikinci yarısında Avropanın hüdudları xaricinə də yayılmağa başlayan masonluq yаyıldığı hər ölkədə dinə qarşı fəlsəfənin və fəaliyyətin çıxış nöqtəsinə çevrildi.
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Masonlar və naturalist fəlsəfə

Erazm Darvin
Təkаmül nəzəriyyəsinin qurucuları deyəndə, öncə ağla gələnlər fransız bioloqu Jan Batist Lamark və ingilis bioloqu çarlz Darvindir. Ehtimаl olunur ki, ilk dəfə təkamül təlimini Lamark ortaya atıb, ancaq bunu yalnız mutasiya anlayışına bağlayaraq yanılıb, Darvin isə təbii seçmə prosesinə əsaslanan ikinci bir təkamül nəzəriyyəsini formalaşdırıb. Amma təkamül nəzəriyyəsinin ortaya çıxmasında çox böyük rolu olan başqa bir şəxs isə arxa plana keçirilir: Erazm Darvin, çarlz Darvinin babası.

Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Ruhu inkarın elmi ziddiyyəti

Masonların ruhun varlığını inkar etmələri, insanı sadəcə maddədən ibarət saymaları da, dedikləri kimi, yalnız «elmin iddiası» deyil. əksinə, günümüzdəki elmi kəşflər bunun tam əksini göstərir. çağdaş alimlərə görə, insanın düşünmək qabiliyyəti beyindəki neytronlarla, onları əmələ gətirən molekul və atomlarla deyil, tamam kənar, anlaşılmaz bir substansiya ilə, qaynaqla bağlıdır. Məsələn, məşhur araşdırmaçı Uilder Penfild (Wilder Penfield) uzun illər apardığı tətqiqatlardan sonra ruhun varlığının inkaredilməz bir həqiqət olduğunu bildirir: 
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Mason qaynaqlarında materializm

I. Mütləq maddə inancı


Dövrümüzün masonları eynilə Qədim Misirdəki fironlar, rahiblər və digər zümrələr kimi maddənin əzəli və əbədi olduğuna, sonsuzluğuna, yaradılmadığına və canlıların təsadüflər nəticəsində cansız maddədən törədiyinə inanırlar. Mason qaynaqlarında bu yanaşmalarla təfərrüatlarına qədər tanış olmaq mümkündür. Ustad mason Səlami Işındağın «Masonluqdan əsinlənmələr» adlı kitabında bu materialist fəlsəfə belə açıqlanır: 


Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Materializmin Pərdəarxası

Kitabın ilk bölümündə Qədim Misirdəki firon rejimindən söz açmış və bu rejimin fəlsəfi dayaqlarının ən əsas məqamlarına toxunmuşduq. Artıq bilirik ki, Qədim Misirdə materialist dünyagörüşü hakim idi, yəni onlar maddənin əzəli və əbədi olduğuna, yaradılmadıqlаrına inanırdılar. Bununla bağlı mason yazarları Kristofer Nayt (Christopher Knight) və Robert Lomasın (Robert Lomas) «The Hiram Key» (Hiram Açarları) adlı kitabından gətirdiyimiz sitatı yenidən xatırladaq: 
«Qədim Misirdə maddənin əbədi olduğuna inanırdılar. Bir Yaradıcının heçlikdən hər şey yaratdığını düşünmək onlara məntiqsiz görünürdü. Onların fikrincə, dünya xaosun içindən düzənin doğması ilə yaranmışdı. Bu xaosu onlar da şumerlər kimi „Nun“ adlandırırdılar. Nun — qaranlıq, su dolu bir dərinlikdi, bu dərinliyin öz içində bir gücü vardı və bu yaradıcı güc düzənin formalaşmasını əmr etmişdi… Xaosun içindəki həmin güc öz varlığının fərqində deyildi. O, qarışıqlığın təsadüfən əmələ gətirdiyi bir potensial idi...»
Bəli, Qədim Misirdəki bu məntiqsiz fikirlərlə dövrümüzün materialist nəzəriyyələri arasında xeyli bənzərlik var. Bunun gizli, amma çox önəmli bir səbəbi isə Qədim Misir inanclarını mənimsəyən və bu günümüzə qədər yaşadan, bundan sonra da yaşatmaq istəyən bir təşkilatla bağlıdır — masonlarla…
Ardı →

Harun Yəhya "Qlobal Masonluq"-Masonluğun hədəfi: humanist dünya qurmaq

Artıq bilirik ki, masonlar humanist fəlsəfəsinə böyük önəm verirlər. Bu fəlsəfə isə Allaha imanı rədd edir və insana sitаyiş etməyi lazım bilir. Amma əsas məsələ bu deyil. Əsаs məsələ ondаn ibаrətdir ki, masonlar bu inamı özləri üçün quraşdırıblar, yoxsa onu bütün insanlara qəbul etdirmək istəyirlər?
Masonluğun mənbələrinə nəzər salanda cavabı açıq-аydın görmək mümkündür: bu təşkilat humanist fəlsəfəni bütün dünyaya yaymaq və nəticədə Ilahi dinləri (Islamı, xristianlığı və hətta yəhudiliyi) tamamilə aradan qaldırmaq niyyətindədir. Məsələn, «Mimar Sinan» jurnаlındа Moiz Berker (Moiz Berker) imzalı müəllif yazır: «Masonluq pislik, yaxşılıq, düzgünlük, ədalət anlayışlarının kökünü fövqəltəbii aləmdə aramır, insanlar arasındakı sosial münasibətlərdən doğduğuna inanır. Və masonluq bu tezisi bütün dünyaya yaymağa çalışır».
ən böyük türk masonlarından biri — Səlami Işındağ isə «Masonluktan Esinlenmeler» adlı kitabında belə yazır:
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Humanist əxlaq nəzəriyyəsi

Humanist əxlaq nəzəriyyəsi


Hazırda bütün dünyada masonlar özlərini cəmiyyətə tanıtmaq və qəbul etdirmək üçün səy göstərirlər. Mətbuat konfransları, internet saytları, hətta qəzet elanları vasitəsilə "əslində sadəcə cəmiyyətin xeyri üçün çalışan" bir təşkilat olduqlarını göstərməyə çalışırlar. Bəzi ölkələrdə masonlar hətta çeşidli xeyriyyə fondları da yaradıblar.


Ardı →