Рейтинг
+52.52

Menecment

41 üzv, 125 topik

Menecmentdə liderlik

Liderlik nadir idarə etmək keyfiyyətidir. M.Vudkok və D.Frantsisin fikrincə liderlik — insan və başqa resurslardan müəyyən nəticə əldə etmək üçün istifadə etmək qabiliyyətidir.
Liderliyə müasir baxışlar idarəetmə üslubunun tabelikdəki konkret işçiyə uyğun olaraq dəyişdirilməsindən ibarətdir. Birinci növbədə bu suala cavab vermək lazımdır. Bu şəxslə münasibətdən məndən hansı idarəetmə üslubu tələb olunur? Müasir menecement nəzəriyyələrinə görə yaxşı menecer mürəkkəb situasiyalarda idarəetmə tələblərinin qoyuluşunu öyrənir və onlara uyğun olaraq yüksək səviyyədə idarəetmə üslubunu həyata keçirir. Empirik idarəetmə nəzəriyyəsinə görə idarəetmə davranışının 4 üslubunu göstərmək olar:


Ardı →

Müəssisələr,onların növləri və formaları

1. Müəssisə nədir.
2. Müəssisələrin növləri,
3. Müəssisələrin təşkilati-hüquqi formaları
4. Formal və qeyri – formal təşkilatlar
5. Müasir idarəçilik formaları.


Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. İstehsalın bütün həlqələrində ən başlıca amil və ən əsas özək müəssisədir.


Ardı →

İdarəetmə səviyyələri və idarəetmə prosesləri

1. İdarəetmə səviyyələri və pillələri;
2. Aşağı, orta, ali səviyyələr;
3. Menecerlərə xas olan xüsusiyyətlər
4. İdarəetmə prosesi nədir?
5. Texnoloji prosesin xüsusiyyətləri.
6. Səmərəli idarəetmə və onun təşkili.
7. Əməyin üfüqi və şaquli bölüşdürülməsi.
8. İdarəetmə səviyyələri və pillələrinin təşkili.

Ardı →

Mətbuat konfransı

Təcrübi olaraq hər hansı təşkilat vaxtaşırı mətbuat konfransları keçirir.
Firma özünü doğrultmaq və ya onun üçün əlverişsiz şərait yarandığı zaman izahat vermək üçün, məsələn, onun günahından istehsalatda baş vermiş qəzadan ətraf mühitə zərər dəydikdə, istehlakçı üçün buraxdığı məhsulun zərərli olması aşkarlandıqda və.s. hallarda mətbuat konfransı çağırır.
Hökumət nümayəndələri də mətbuat konfransları təşkil edirlər. Şəhər hakimiyyəti orqanları şəhər icra başçısına mətbuat işçilərinin suallarına cavab vermək və həmin anda xalqa nəyinsə barədə sözlərini çatdırmaq imkanı yaratmaq üçün mətbuat konfransı keçirə bilərlər. O, işə muzdla götürmə siyasətini başa sala, mətbuat nümayəndələrini yeni açılan kitabxananın açılış mərasiminə dəvət edə bilər və s.
Davamı →

Menecer kimdir?

Menecmentin əsasını təşkil edən başlıca element — idarəçilik fəaliyyətinin peşəkar xarakter daşımasıdır. İngilis termini olan «manager» muzdla tutulmuş peşəkar idarəediciləri nəzərdə tutur.
Menecer (ingilis manager, manage — idarəetmə) — muzdlu idarəedici, menecment üzrə mütəxəssis kimi qəbul edilir.
Menecment nəzəriyyəsində başlıca məsələ yaxşı menecer nədir? sualıdır. Uzun illər ərzində o, müvəffəqiyyətə necə nail olmaq məsələsinin aydınlaşdırılmasında başlıca məsələ olaraq qalmışdır. Buna görə də əsas diqqət rəhbərin şəxsi keyfiyyətləri üzərində cəmlənmişdir. Belə ki, Konfutsi belə hesab edirdi ki, rəhbər hər şeydən əvvəl öz silahdaşlarının xarakter və hisslərinə incəliklə və dərindən nüfuz etməyi bacarmalıdır.


Ardı →

Motivlərin tipologiyası

İnsan tələbatlarının müxtəlifliyi onun hərəkət və fəaliyyətinin də motivlərinin müxtəlifliyini şərtləndirir, lakin bir sıra motivlər kifayət qədər tez-tez aktuallaşaraq insanın hərəkətinə olduqca çox təsir edir, digərləri isə yalnız müəyyən şəraitdə özünü göstərir. Motivlərin əsas növlərini nəzərdən keçirək.

Özünütəsdiq motivi
–özünü sosiumda təsdiq etməyə cəhd; şəxsi ləyaqət, şöhrət və mənlik hissləri ilə bağlıdır. İnsan ətrafındakılara sübut etməyə çalışır ki, onun dəyəri var, cəmiyyətdə müəyyən status almağa cəhd edir, istəyir ki, onu qiymətləndirsinlər və hörmət etsinlər. Bəzən özünütəsdiqə cəhdi nüfuz motivasiyasına şamil edirlər (yüksək sosial status almağa və ya onu saxlamağa cəhd).Beləliklə, özünütəsdiq, özünün rəsmi və qeyri-rəsmi statusunun yüksəldilməsi, şəxsiyyətinin müsbət qiymətdəndirilməsi cəhdi insanı intensiv işləməyə və tərəqqiyə sövq edən böyük motivasiya amilidir.


Ardı →

Diaqnostika və liderlik qabiliyyətinin inkişaf etdirilməsi

Mütəxəssislər arasında indiyə kimi liderlik proseslərinin idarə olunan və ya təbii olması barədə müzakirələr davam edir. Başqa sözlə, lider doğulurlar, yoxsa sonradan olurlar?
Bu suala birmənalı cavabın olmamasına baxmayaraq, mövcud nəzəri və təcrübə işlər liderlik qabiliyyətlərindən danışmağa imkan verir, lakin bu zaman həmin qabiliyyətlərin sərhədləri, yaxud hüdudları barədə sual meydana çıxır. Anadangəlmə və ya sonradan formalaşan liderlik qabiliyyəti olan insanların aşkar edilməsi və onların rəhbər vəzifələrə cəlb edilməsi son dərəcə aktualdır. Bu fəaliyyət istiqaməti həm «lider doğulurlar» tezisindən, həm də liderlərin məqsədyönlü formalaşmasından irəli gəlir. Birinci halda söhbət liderlik qabiliyyətlərinin aşkar edilməsi və onlardan təşkilati məqsədlə istifadədən, ikinci halda – müəssisələrə artıq hazır və özünü işdə göstərmiş liderlərin cəlb edilməsindən gedir.
Təcrübədən məlumdur ki, bəzi insanlar müxtəlif fəaliyyət növlərinin öhdəsindən yaxşı gəlir, digərləri yox – müxtəlif insanlarda hər hansı fəaliyyət növünü mənimsəmə qabiliyyəti və aldığı nəticələr müxtəlifdir. Bunu adətən insanların konkret fəaliyyət növünə münasibəti ilə izah edirlər.


Ardı →

Iflas prosedurası

Azərbaycan Respublikasında kreditorların ümumi tələbləri­nin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizin­dən çox hissəsini təşkil etdikdə və borclu müəssisə tərəfindən öhdəliklərin yerinə yetirilməsi günündən iki ay keçdikdə onlar borclunun təsis sənədlərini uyğun olaraq yerləşdiyi ərazinin mülki məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qeyd etmək lazımdır ki,müflisləşmə prosedurasının başlanması haqqında borclunun özü və və ya prokurorluq ərizə ilə məhkəməyə müraciət edə bilər.


Ardı →

Innovasiya anlayışı

İnnovasiya menecmentinin öyrənilməsinə hər şeydən əvvəl onun bir sıra ümumi cəhətlərini nəzərdən keçirməkdən başlamaq la­zım­dır. Dünya iqtisadi ədəbiyyatında «innovasiya» potensial elmi-tex­niki tərəqqinin yeni məhsul və texnologiyalarda öz əksini tapması ki­mi şərh olunur. Müxtəlif alimlər «innovasiya» anlayışını öz tədqiqat obyekti və predmetlərindən asılı olaraq təhlil edirlər.


  • Y.P.Morozov geniş mənada innovasiya dedikdə, yeni məhsullar, istehsal, maliyyə, kommersiya və s. xarakterli sosial-iqtisadi və təş­ki­la­ti-texniki qərarlar şəkilində yeniliklərdən mənfəətli, yeni səmərəli is­ti­fadəni nəzərdə tutur.

  • A.İ.Priqojin hasab edir ki, yeniliklər texnika və texnologiyanın in­kişafı, onların yaranması, mənimsənilməsi və digər obyektlərə dif­fu­ziyasının idarə edilməsi şəklinə düşür.

Ardı →