Yeni il gecəsinin ən yaxşı stilləri

Göyçək Fatimənin hekayəsi, ağ atlı şahzadə axtarmaq istəyən qızlar üçün yaxşı bələdçi ola bilər. Sadəcə düzgün tufli seçmək kifayətdir. Göyçək Fatma nağılda büllurdan ayaqqabı geyinsə də, razılaşın ki, rahat deyil. Burda bir az baş sındırmaq lazımdır, əsas, ayaqqabının parıltılı olmasıdır.
 

Diqqət çəkməyin ən yaxşı variantı zərli və bəzəkli ayaqqabı modellərinə müraciət etməkdir. Gündəlik onsuz da sadə və klassik modellərə müraciət edirik. Yeni il axşamı isə bu qaydaları bir kənara qoyub, parıldamaq haqqında fikirləşin. Əlbəttə ki, minimalizmi unutmamaq şərti ilə… Düzdür, nağıl qəhrəmanı Göyçək Fatma kimi olmaq üçün gərək çoxlu məşq edəsiniz, pəhriz saxlayasınız. Amma zərli ayaqqabılarda o qədər gözəl görünüb parlayacaqsınız ki, artıq çəkinizi heç kim hiss etməyəcək.
 
 

Yeni il partisi üçün ayaqqabı seçdik, indi isə gözəl don seçməliyik. Yeni il gecəsində donlar da ayaqqabılar qədər parıltı olmalıdır. Cəsarət edə bilməyənlər isə əlvan rənglərə, ən əsas da qırmızı tonlara müraciət edə bilərlər. Yaxasını klassik qara rəngdən qurtara bilməyənlər qısa modellərə müraciət edə bilər. Amma libasınızın ətəyi pilləkənlərdən sürüşmürsə, bu yeni il gecəsi hesab olunmur...
 

Gecəyə parıltı əlavə edin, bu nura heç bir şahzadə biganə qalmayacaq!

Publika.az 

 

0 şərh