Tom Ford

Lakin zamanla o bu sahəyə aid olmadığını başa düşür və təhsili atır. Bu zaman o memar olmağa qərar verir və məşhur Parsons məktəbinə daxil olur. Lakin burada da, bir neçə il təhsil aldıqdan sonra təhsilini yarıda qoyur. Tom Ford başa düşür ki, geyim dizaynerliyi məşğul olmaq istəyir. Bu səbəbdən də, təhsilini ataraq Parisə gedir.
1990-cı illərdə Tom Ford Gucci dəb evinin diqqətini çəkə bilir. İlk olaraq o qadın geyimləri üzrə dizayner olaraq işləməyə dəvət alır. Lakin artıq 1992-ci ildə o art-direktor, 1994-cü ildə isə Gucci dəb evinin kreativ direktoru vəzifəsinə keçir. O burada artıq məşhur bir ulduza çevrilir.
2000-ci ildə Gucci şirkəti Yves Saint Laurent-in mülkiyyətinə çevrilir. Burada onun işi iki qat, hətta üç qat artır. Lakin bu Tom Fordu işindən imtina etməsinə səbəb olmur. Əksinə o bütün enerjisini, yuxusunu, əsəblərini öz işinə fəda edir. Bunun da nəticəsi olaraq ilin ən yaxşı dizayneri adını qazanır.
Lakin Tom Ford 2004-cü ildə Gucci şirkəti ilə anlaşılmazlıq yaşadığına görə şirkəti tərk edir. Bu ilk baxışdan uğursuzluq kimi görünsə də, bu hadisədən sonra Tom Fordun məşhurluğu daha da artır. Ona çoxsaylı iş təklifləri gəlsə də, o Estée Lauder ilə əməkdaşlığı seçir. Şirkətlə əməkdaşlığı ərzində iki xüsusi kosmetika növləri istehsal etməyə başlayır. Bunlardan ən məşhuru da Amber Nude adlanırdı.

Onun digər bir əyləncəli məşğuliyyəti isə öz şəxsi Tom Ford International brendinin yaradılması olur. O deyir: “Mən getdim və dəbə yenidən qayıtmaqğı düşünmürdüm. Lakin tezliklə bu işin mənə necə əziz olduğunu başa düşdüm. Mən yeni əşyalar düşünməyi və yaratmağı sevirəm”. O nə Versace, nə Valentino şirkəti ilə əməkdaşlıq etməyə davam etmədi və müstəqilliyi seçdi.
Və nəhayət 2007-ci ilin aprel ayında Nyu-York öz adının təsvir edildiyi ilk böyük, dəbdəbəli və möhtəşəm mağazasını açdı.
2011-ci ildə Tom Ford öz yaratdığı kosmetika növünü təqdim edir. O bu məhsulların yaradılmasında fəal olaraq iştirak edirdi.
Onun yaratdığı ətirlər sırasında kişilər üçün Tom Ford for Men, Tom Ford for Men Extreme, Noir, qadınlar üşün isə Black Orchid, Violet Blonde, White Patchouli və Voile De Fleur kimi məşhur ətirləri görmək olar. Bəzi mütəxəssislərin hesablamalarına görə Tom Ford ətir evi bu günə qədər 37 ətir yaratmışdır. Bu ətirlərin ən birincisi 2006, sonuncusu isə 2012-ci ildə istehsal edilib.
0 şərh