Əfqani şalvarlar

Əfqani şalvarları adi şalvarlardan düz aşağı sallanmış ətəkləri ilə fərqlənir. Bu cür şalvarların dünya geyim dəbinə təntənəli yürüşü İspaniyadan başlanıb. Belə geyimlərin rahat, gözəl və şərq stilinə uyğunluğunu ilk dəfə gənclər qiymətləndirib.
Əfqani şalvarların rahatlılığı və gündəlik geyim növünə çevrilməsi tədricən orta yaşlı xanımların da qəlbini fəth edib. Dünyanın nəhəng moda evlərinin dizaynerləri də tezliklə yeni dəbi hiss edib, onun üzərində işləməyə başlayıblar. Beləliklə, əfqani şalvarlar dünya podiumlarında ən görkəmli yerlərdən birini tutmağa nail olublar.
Əfqani şalvarların ilk baxışdan sadə və universal görünüşlü olmağına baxmayaraq, onlar hər adama yaraşmır.
Xanımlar bu  geyimdə zövqsüz və gülünc görünməməsi üçün bir neçə qaydaya riayət etmələri vacibdir:
1. Belə şalvarların fasonunu və modelini diqqətlə seçin.
2. Bu şalvarları alan zaman arxa görünüşə xüsusi diqqət yetirin.
3. Şalvarlar nə qədər uzun olsa, ayaqqabıların dabanları bir o qədər də hündür olmalıdır.
4. Naxışlı parçalardan tikilən şalvarlarla çox ehtiyatlı olmaq lazımdır. Ən yaxşı variant etnik naxışlı modellərdir.
5. Əgər belə şalvarlarla diqqəti cəlb etmək istəyirsinizsə, artıq detal və aksesuarlarla özünüzü yükləməyin.
Bir sözlə əfqani şalvarlarda hər tikilişin, hər naxışın özəlliyi var.
 

0 şərh