Geyim stilləri

Dəb yaranan  gündən özünün bir stili, üslubu, forması olub. Tanınmış dizayner və modelyerlərin fikrincə, hər geyimin öz yeri, vaxtı, vədəsi var. Hər geyimi hər yerdə və istədiyin vaxt geyinmək olmaz. Odur ki sizə tanınmış modelyer və dizaynerlərin hansı geyimi nə vaxt, harda  və necə geyinməyinin bir neçə üsulunu təqdim edirik.

1. Klassik   
Bu növ geyimlərdə artıq heç bir element gözə dəymir. Bu stil dəblə o qədər də ayaqlaşmır. Ciddi insanların stilidir və  dövlət əhəmiyyətli tədbirlərdə, məclislərdə istifadə olunur. Bunlar: klassik ingilis kostyumu,ingilis  yaxalıqlı düz biçimli palto, dizə qədər olan düz karandaş yubkalar, futlyar-donlar, düz biçimli şalvarlar.
Əsas rənglər: boz, ağ, bej və qəhvəyi
ciddi klassik geyim ofis işi üçün

2. İdman
Bu formalı geyimlər əsasən insana bir komfort və dinamizm gətirir.
Onların əsas növləri: mayka, futbolka, polo tipli köynəklər, idman stilli enli şalvarlar, köpürdülmüş  gödəkçələrdir.
Əsas rəngləri: boz, mavi, təbii “ekoloji” rənglər.
Belə tipli geyimləri əsasən gəzintilər, səyahətlər eləcə də müxtəlif  idman yarışlarında geyinmək olar.
idman stilində (sport-style) geyim

ev paltarı: rahat,sərbəst

3. Etnik
Belə geyimlər insanları adətən əcdadlarına, keçmişinə daha yaxın edir. Bunlar əsasən milli geyimlər üzərində tikilən paltarlardır. Müxtəlif milli naxışlarla, ornamentlərlə bəzədilmiş geyimlərdir.
Əsas nümunələri: peysli naxışlı tunikalar,  enli uzun xalatlar, buta təsvirli donlar, allı- güllü sarafanlar, millibəzəkli yubkalar, nazik enli şarovarlar, araqçınlar, jiletlər.
Rəngləri: ən parlaq və dolğun qırmızı, göy, yaşıl, terrakota rəngləridir.
Belə geyimləri adətən milli tədbirlərdə, etnik şənliklərdə, sərgilərdə, müxtəlif  bayram və festivallarda geyinirlər.
Bu cür geyimlərə  əsasən yaradıcı insanlar üstünlük verir.
etnik-style paltar

4. Romantik
Bu geyim növü əsasən incə, zərif, xəyalpərvər xanımların dəbidir. Onlar geyimlərdə zərif aksessuarlara: lentlərə, bantlara, büzmələrə, güllərə daha çox üstünlük verir.
Tipik nümunələri: büzməli koftalar, qat-qatlı yubkalar, ziyafət geyimləri, yüngül ipək donlar.
Əsas rəngləri: incə çəhrayı, mavi, ağ,açıq firuzəyi, bənovşəyi.
Belə geyimləri əsasən teatral gecələrə, klassik musiqi konsertlərinə, bal gecələrinə və müxtəlif görüşlərə geyinmək olar.
müasir zövqlü qadın paltarı gərək fərqli olsunzövqlü və stilli qızların üslubu

Əziz xanımlar, biz sizə dünya dəb aləmində mövcud olan əsas dörd geyim növünü təqdim etdik. Bu geyimləri harda , nə vaxt və necə geyinmək isə, sizdən asılıdır. Bu sadaladığımız üsullara riayət etsəniz hər yerdə, hər zaman daima gözəl, yaraşıqlı və cazibədar görünəcəksiniz.

Mənbə www.itv.az

 

1 şərh

Nobody
Her birinin ozune gore yeri var ama gundelik ucun en yaxsi secim idman stilidi.