Eroica | Lüdviq van Bethoven

BethovenBethovenin ömrünün son illəri idi. Qulaqları ağır eşitməyə başlamışdı. Hər kəsin Bethovenin bu halına yazığı gəlirdi. Karlıq onu cəmiyyətdən uzaqlaşdırmaqla kifayətlənmir, eyni zamanda yaradıcılığına da ağır zərbə vururdu.

Bəstələdiyi əsərləri eşitməmək Bethoveni dəli etmişdi. Hətta bir neçə dəfə həyatına qəsd etməyi belə düşündü. Amma hələ tez idi. Bəstələmək məcburiyyətində olduğu əsərləri var idi.

O talehi ilə mübarizə apararkən Avropa böyük bir müharibə ilə imtahan olunurdu.
Bethoven insanlığın qəhrəmanı, səltənətin düşməni olaraq gördüyü Napaleon Bonaparta heyran idi. Bəstələdiyi 3-cü Simfoniyanı ona həsr etməyə qərar verir. Tam əsəri Parisə göndərməyə hazırlaşarkən, Napaleonun «fədəkar qəhrəman»lıqdan çıxıb imperator taxtına oturduğunu eşidir və çox əsəbiləşir.

"Demək Napoleon da sadə bir insan imiş. Digər diktatorlar kimi o da insan qəlbini zədələməkdən başqa heç bir şey bilmir" deyə təəssüflənir və əsərinin
sonundakı «Napoleona həsr olunur» səhifəsini cırır.

Əsərini «Eroica»(Qəhrəman) olaraq adlandırır və arxasına "Vücudu hələ də yaşadığı halda ruhu çoxdan ölmüş olan böyük bir adamın xatirəsinə hörmət əlaməti olaraq" cümləsini də əlavə edir.

 

Həmçinin bax: «Ay» sonatası

12 şərh

velili_hemide
Bir sözlə mükəmməl!
velili_hemide
Lap yadımdan çıxmışdı. BUMERANQ, yazı üçün çox sağ olun!
Ramil
       Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biridir. Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. 
        Nəşrə görə sağ olun. 
Lily996
insan onun əsərlərini pianinoda ifa etdikdə tamam ayrı hisler keçirir.
heyatin-ellerinde

Piano səsi ümümiyyətlə insanı sakitləşdirdiyi üçün çox sevirəm. Bethoven də məşhur pianoçu olub bəstəkardan əlavə. Əsərləri isə maraqlıdır. Onun kar olduğu haqda əvvəllər oxuyanda heyrətlənmişdim. Eşitmədən bəstələyə bilmək böyük bacarıqdır.

Nəşrə görə çox sağ olun ! 

_BUMERANQ_
Qiymətləndirən hər kəsə təşəkkür edirəm.
imtogrul

Maraqlı idi, Üzeyir Hacıbəyov haqqında da yazı olsaydı əla olardı

_Amelie_
bu melumati bilirdim cox sagolun)bethoven haqqinda tamamile oxumuwam)herden ozumu dagidiram onun haqda ensiklopediyalar tapmaq ucun)nece deyerler menim artiq idealima cevrilib)onun heyati,ozu umumiyyetle tam desek mukemmeldir)heqiqeten de o dovrun alimleri,filosoflari,kimyagerleri mukemmel olub ve cox isterdimki ne vaxtsa hemin dovrlere qayitmaq ve onlari yaxindan izlemek,elimde ele bir guc olsaydi kecmiwe seyahet ederdim,en cox behs etdiyim dovre)thanksss)))
azadmamedov90
klassika gozeldir, umid edirem ki oz klassiklerimizdende melumatlar var dunya klassik musigisi sevenlercun