Əziz dost

  • Musiqi
Bir vaxt uşaq idik, dost idin mənə,
Baş açıq, ayaqların gəzərdik bağları.
Səni gördüm, dostum, yad etdim yenə
Bir şirin yuxu kimi ötən o çağları.

Ah, niyə, nə üçün,
Mən beləyəm bəs bu gün.
Ah, niyə sənin mən də
Tuta bilmirəm əllərindən.

Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost.
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost.

Ah, bu gözəlliyi bəs mən o zaman
Nə üçün hiss etmədim, söylə,bugünkü tək.
Bu gün nə olsa da, əzizim, inan,
Öz sözün deyər sənə daha sevən ürək.

Ah, niyə, nə üçün,
Mən beləyəm bəs bu gün.
Ah, niyə sənin mən
Tuta bilmirəm əllərindən.

Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost.
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost.

Ah, niyə, nə üçün,
Mən beləyəm bəs bu gün.
Ah, niyə sənin mən
Tuta bilmirəm əllərindən.

Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost.
Nə qəşəngsən, nə gözəlsən
Bu axşam sən, əziz dost.
Əziz dost!
Əziz dost!



Mus.: T.Quliyev
Söz: Ə.Əlibəyli
 

0 şərh